Bakı metrosu, arxiv şəkli

Bakıda ultramüasir metro stansiyasının tikintisi yekunlaşır

59
(Yenilənib 15:26 07.11.2020)
Yeni xəttin stansiyaları 7 vaqonluq hərəkət tərkibləri üçün nəzərdə tutulub və gələcəkdə bütün stansiyalar məhz bu standartlara uyğun tikiləcək

BAKI, 7 noyabr — Sputnik. "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin şərti adı "B-3" olan Bənövşəyi xəttin üçüncü stansiyasının inşası yekunlaşmaq üzrədir. Bu barədə qurumdan Sputnik Azərbaycan-a verilən məlumatda bildirilib. Qeyd olunub ki, yeni xəttin stansiyaları 7 vaqonluq hərəkət tərkibləri üçün nəzərdə tutulub və gələcəkdə bütün stansiyalar məhz bu standartlara uyğun tikiləcək.

Bənövşəyi xətdə infrastrukturda, hərəkətin təşkilində, idarəetmə sistemlərində yeni texnologiyalar tətbiq olunur. Hazırda Fransanın "Thales" şirkəti tərəfindən Bənövşəyi xətdə SCADA şəbəkəsi qurulur, gələcəkdə qatarların hərəkəti radiokanal idarəetməsi prinsipinə söykənən CBTC sistemləri ilə təmin olunacaq və bu istiqamətdə texnoloji proseslərin ardıcıllığına uyğun ilk addımlar indidən atılır. Burada həmçinin simsiz telefoniyanın birləşdirilməsinə imkan verən TETRA sistemi tətbiq edilir.

59
Teqlər:
tikinti, stansiya, metro, Bakı
PPX avtomobili, arxiv şəkli

Bakı sakini küçədə qətlə yetirilib

18
Hazırda prokurorluq və polis əməkdaşları tərəfindən cinayəti törətmiş şəxs və ya şəxslərin müəyyən edilərək tutulub istintaqa cəlb edilməsi istiqamətində intensiv və zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

BAKI, 27 noyabr — Sputnik. Noyabrın 25-də saat 21 radələrində Xətai rayonu ərazisində İntizam İsmayılovun aldığı bədən xəsarətləri nəticəsində xəstəxanada ölməsi barədə Xətai rayon prokurorluğuna məlumat daxil olub.

Sputnik Azərbaycan Baş Prokurorluğun məlumatına istinadla xəbər verir ki, dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı Xətai rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar təyin edilib.

İstintaqla hadisənin zərərçəkmişin yaşadığı evin yaxınlığında naməlum şəxs və ya şəxslər tərəfindən aralarında yaranmış münaqişə zamanı törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

Hazırda prokurorluq və polis əməkdaşları tərəfindən cinayəti törətmiş şəxs və ya şəxslərin müəyyən edilərək tutulub istintaqa cəlb edilməsi istiqamətində intensiv və zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

18
Teqlər:
cinayət, istintaq, Bakı, qətl, Xətai rayonu, Xətai

Azərbaycanda koronavirusa yoluxan icra başçısı vəfat edib

69
(Yenilənib 00:04 27.11.2020)
Vahid Tağıyev bir müddət öncə yeni növ koronavirus infeksiyasına yoluxmuşdu və bununla bağlı müalicə alırdı.

BAKI, 26 noyabr - Sputnik. Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Vahid Tağıyev bu gün dünyasını dəyişib.

Sputnik Azərbaycan Report-a istinadla xəbər verir ki, Vahid Tağıyev bir müddət öncə yeni növ koronavirus infeksiyasına yoluxmuşdu və bununla bağlı müalicə alırdı.

Qeyd edək ki, Vahid Tağıyev ötən il Prezident İlham Əliyevin imzaladığı sərəncamla Ağsu Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

69
Teqlər:
Koronavirus, epidemiya, COVID-19, icra başçısı, Ağsu rayonu, Ağsu