CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sosial şəbəkədə təcavüz videosu yayılan mollanın məhkəməsi olub

© Sputnik / Evgeniy Odinokov / Mediabanka keçidМусульманин перед намазом в день праздника Ураза-байрам у Соборной мечети в Москве
Мусульманин перед намазом в день праздника Ураза-байрам у Соборной мечети в Москве - Sputnik Azərbaycan
Abunə olmaq
Qeyd edək ki, Burhan Dalğalı İmam Hatip liseyinin məzunu olduğunu bildirərək, özünü insanlara belə tanıdıb. Və sosial şəbəkə hesablarında adının altında "İlahiyyatçı Müəllim El Ensari" deyə qeyd edib.

BAKI, 7 noyabr — Sputnik. İstanbulda qadınları ailələrini xilas edəcəyi vədi ilə aldadan təcavüzçü molla hakim qarşısına çıxarılıb.

Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, mollaya 7 il həbs cəzası istənilən zaman o, " mən təcavüz etmədim, qadın mənə təcavüz etdi" deyib.

Bir müddət əvvəl İstanbulda bir qadını soyunduraraq, bədəninə ərəbcə yazılar yazan xalq arasında "cinçi molla" kimi tanınan Burhan Dalğalının videogörüntüləri sosial şəbəkədə yayılandan sonra o "Dini inanc və duyğuları istismar etməklə aldatma" maddəsi həbs edilmişdi.

Fırıldaqçı mollaya məhkəmədə 7 il 3 ay cəza istənilmişdi.

Məhkəmə zamanı o günahsız olduğunu bildirib: "Mənə çay içirdilər. Başım gicəlləndi. Məni bir qadınla otağa qoyub, video çəkiblər. Görüntülərdə mənim qadına deyil, qadının mənə təcavüz etdiyi görülür. Həmin vaxt qorxduğum və məni öldürəcəklərini düşündüyüm üçün heç nə etmədim".

Qeyd edək ki, Burhan Dalğalı İmam Hatip liseyinin məzunu olduğunu bildirərək, özünü insanlara belə tanıdıb. Və sosial şəbəkə hesablarında adının altında "İlahiyyatçı Müəllim El Ensari" qeydi var.

Xəbər lenti
0