Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Hazırlıq kurslarında koronavirus təhlükəsi - Necə edək ki, savadlanaq, amma yoluxmayaq

© Sputnik / © Sputnik / Elvin AhmadШкольница делает уроки
Школьница делает уроки - Sputnik Azərbaycan
Abunə olmaq
"Ən yaxşısı repetitorluqla məşğul olan və kurslarda dərs keçən müəllimlərin mütəmadi koronavirusa görə test olunmasıdır. Çox təəssüf ki, bu xərc apardığından kurslar müəllimləri testdən keçirmirlər"

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 6 noyabr — Sputnik. Təhsil müəssisələrində əyani təhsil koronavirus pandemiyasına görə dayandırılsa da, distant təhsil elə də səmərə vermədiyindən şagirdlər hazırlıq kurslarına, repetitorlara müraciət edir. Təhsil eksperti Kamran Əsədov Sputnik Azərbaycan-a açıqlamasında hazırlıq kurslarının, qrup şəklində repetitor hazırlıqlarının şagirdlər arasında koronavirusa yoluxmanı sürətləndirdiyini qeyd edib. O bildirib ki, hazırlıq kurslarında çalışan müəllimlər və bu kurslara gedən şagirdlər koronavirusa görə testdən keçirilmir. Bu isə şagirdlər arasında virusa yoluxma riskini artırır.

Дистанционное образование, фото из архива - Sputnik Azərbaycan
Bu gündən distant təhsilə başlanılır

K.Əsədov bildirib ki, onun da övladları dərslər onlayn keçiriləndən dərslərini repetitor vasitəsilə öyrənir. K.Əsədov nə fərdi repetitorluq fəaliyyəti ilə məşğul olan müəllimlərin, nə də ki, kurslarda çalışan müəllimlərin virusa görə testdən keçmədiyini bildirib: "Məktəbləri ona görə bağlayıblar ki, koronavirusa yoluxma sayı az olsun. Amma digər tərəfdən şagirdlər Virtual Məktəbdə dərslər effektli keçirilmədiyindən repetitor hazırlığına müraciət edir. Son aylar artıq repetitorlara müraciət kütləvi hal alıb. Şagirdlər dərsə gedən kimi səhər durub hazırlıq kurslarına gedirlər. Amma heç kəs bilmir ki, hazırlıq kurslarında çalışan müəllimlər bu virusun daşıyıcılarıdır yoxsa yox? Çünki həmin müəllimlərin koronavirusa görə test edilməsi kurslara sərf etmir. Bu isə şagirdlər arasında virusa yoluxma sayını artıra bilər. Hazırda heç kəs bilmir ki, kurslarda dərs keçən, fərdi repetitorluq edən müəllimlərin nə qədəri virusa yoluxub. Düşünürəm ki, bu məsələyə nəzarət gücləndirilməlidir. Əks halda, məktəbləri bağlamağın, təhsili dayandırmağın heç bir xeyri olmayacaq".

İnfeksionist Nilufər Məmmədova Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, hazırlıq kurslarına və repetitorlara müraciətlərin artmasına görə şagirdlərin qəbulunda say məhdudiyyətinə ciddi əməl edilməlidir: "Hazırlıq kurslarının fəaliyyəti ilə bağlı qaydalar var. Bu kurslar həmin qaydalara əməl etməlidirlər. Kursa gələn şagird və müəllimlərin mütləq şəkildə temperaturu ölçülməli, onlarla söhbət aparılmalıdır. Əgər müəllimdə yaxud da şagirddə koronavirusun əlamətləri müşahidə olunursa, həmin şəxslər kursa buraxılmamalıdırlar. Həmçinin şagirdlərdən ailələrində koronavirusa yoluxanların olub-olmadığı dəqiqləşdirilməlidir. Bundan əlavə kursa gələn müəllim və şagirdlər əllərini yumalı, iki metr məsafə saxlamalı, maskadan istifadə etməlidirlər. Kurslar, fərdi repetitorluqla məşğul olan müəllimlərin 3-4 şagirddən artıq uşağa dərs keçməsi məsləhət görülmür".

Тест на коронавирус, фото из архива - Sputnik Azərbaycan
SƏHİYYƏ
Koronavirusa yoluxma sayı kəskin artıb

N.Məmmədova deyir ki, ən yaxşısı repetitorluqla məşğul olan və kurslarda dərs keçən müəllimlərin mütəmadi koronavirusa görə test olunmasıdır: "Çox təəssüf ki, bu xərc apardığından kurslar müəllimləri tetsdən keçirmirlər. Bu isə kurslarda koronavirusa yoluxma təhlükəsini artırır. Ona görə də kurslara öz övladını göndərən valideynlər daha diqqətli olmalıdırlar".

N.Məmmədova bildirir ki, hazırlıqlar qapalı məkanlarda aparıldığından virusa yoluxma təhlükəsi daha da artır: "Nəzərə almaq lazımdır ki, bəzi uşaqlar bu virusu simptomsuz keçirir. Bu isə təhlükəni daha da artırır".

İnfeksionist fəsil dəyişkənliyi və havaların soyuması ilə əlaqədar şagirdlərin digər viruslara yoluxma riskinin də böyük olduğunu bildirir: "Hazırda bizi ən çox narahat edən koronavirus infeksiyası olsa da, COVID-19-dan başqa yoluxucu viruslar var. Ona görə də kurslara gələn şagirdlər arasında boğazı ağrıyan, ishal halı müşahidə olunan uşaqlar kursa buraxılmamalıdırlar. Çünki bu digər yoluxucu virusların yayılmasına səbəb ola bilər".

Qeyd edək ki , Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, avqustun 31-dən etibarən xüsusi karantin rejimi qaydalarına riayət etməklə, 10 nəfərədək qruplarda fərdi tədris və repetitor xidmətlərinə icazə verilib.

Xəbər lenti
0