Bakıda avtobus, arxiv şəkli

Deputat: "Hərbçilərimiz ictimai nəqliyyatdan pulsuz istifadə etməlidirlər"

14
(Yenilənib 15:18 06.11.2020)
Deputat bildirib ki, hərbçilər ehtiyata çıxandan sonra hospitallarda pulsuz müalicə almalıdırlar: "Polis işçiləri tibbi yardımı pulsuz alır, müalicə olunur. Niyə bundan hərbçilərimiz də istifadə etməsin?"

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 6 noyabr — Sputnik. "Hərbçilərimiz ictimai nəqliyyatdan pulsuz istifadə etməlidirlər".

Sputnik Azərbaycan xəbər verir ki, bu təkliflə parlamentin bugünkü plenar iclasında deputat Aqil Abbas çıxış edib.

Deputat bildirib ki, hərbçilər ehtiyata çıxandan sonra hospitallarda pulsuz müalicə almalıdırlar: "Polis işçiləri tibbi yardımı pulsuz alır, müalicə olunur. Niyə bundan hərbçilərimiz də istifadə etməsin? Qardaş Türkiyədə hərbçi pensiyaya çıxandan, yaxud işindən ayrılandan sonra xəstəxanadan pulsuz istifadə edir. Bizdə də belə olmalıdır. Xahiş edirəm ki, bu təklifimi nəzərə alasınız".

Spiker Sahibə Qafarova qeyd edib ki, onda olan məlumata görə, müəyyən güzəştlər tətbiq olunur: "Amma siz dediyiniz bu təkliflər qeydə alınır".

14
Xəzər dənizi, arxiv şəkli

Xəzərdə zəlzələ olub

1
(Yenilənib 16:13 24.11.2020)
Xəzər dənizindəki zəlzələnin maqnitudası 3,2 bal, dərinliyi 62 km olub. Yeraltı təkanlar hiss olunmayıb

BAKI, 24 noyabr — Sputnik. Bu gün Xəzər dənizində zəlzələ olub. Sputnik Azərbaycan-ın Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən verdiyi xəbərə görə, zəlzələ yerli vaxtla saat 14:11-də Xəzər dənizində qeydə alınıb.

Zəlzələnin maqnitudası 3,2, dərinliyi 62 km olub. Zəlzələ hiss olunmayıb.

1
Teqlər:
zəlzələ, Xəzər dənizi
Təcili yardım avtomobili

Karantin rejimi qaydalarını pozan COVID-19 xəstələri məsuliyyətə cəlb edildilər

6
(Yenilənib 15:50 24.11.2020)
Paytaxtda 30, bölgələrdə isə 21 aktiv COVID-19 xəstəsinin digər şəxslərin sağlamlığını təhlükə qarşısında qoyaraq sərbəst hərəkət etmələri müəyyən olunub.

BAKI, 24 noyabr — Sputnik. Xüsusi karantin rejimi qaydalarına zidd olaraq, COVID-19 xəstələrinə ev şəraitində müalicə təyin edilməsinə baxmayaraq, yaşayış yerlərini tərk etməsi halları müşahidə olunub. Sputnik Azərbaycan-a bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat verib. Bildirilib ki, noyabrın 22-də və 23-də polis və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən paytaxtda 30, Gəncə, Sumqayıt, Şirvan şəhərləri, eləcə də Goranboy, Şabran, Zaqatala, Sabirabad, Biləsuvar, Quba, Qusar, Cəlilabad və Saatlı rayonlarında isə 21 aktiv COVID-19 xəstəsinin digər şəxslərin sağlamlığını təhlükə qarşısında qoyaraq sərbəst hərəkət etmələri müəyyən olunub və görülmüş tədbirlərlə həmin şəxslər dərhal təcrid ediliblər.

Hər bir fakt üzrə müvafiq rayon polis idarə və şöbələrində Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanıb. Bu istiqamətdə tədbirlər davam etdirilir.

6
Teqlər:
Daxili İşlər Nazirliyi, COVID-19, Koronavirus