Stadler qatarı, arxiv şəkli

Bayraq günü qatarlar belə işləyəcək

36
(Yenilənib 12:43 06.11.2020)
Nazirlər Kabinetinin qərarına müvafiq olaraq, 7 və 8 noyabr (şənbə və bazar) günləri qatarlar hərəkətdə olmayacaq.

BAKI, 6 noyabr — Sputnik. "Azərbaycan Dəmir Yolları" QSC sərnişinlərə müraciət edib.

Sputnik Azərbaycan xəbər verir ki, Dövlət Bayrağı Günü kimi qeyd olunan noyabrın 9-u Azərbaycanda qeyri-iş günü olduğuna görə həmin gün yalnız aşağıda qeyd olunan Bakı-Sumqayıt elektrik qatarları hərəkətdə olacaq.

- Sumqayıtdan saat 07:40-da yola düşən 6606 nömrəli qatar

- Sumqayıtdan saat 09:20-də yola düşən 6614 nömrəli qatar

- Bakıdan saat 16:55-də yola düşən 6611 nömrəli qatar

- Bakıdan saat 17:20-də yola düşən 6613 nömrəli qatar

- Bakıdan saat 18:50-də yola düşən 6621 nömrəli qatar

- Bakıdan saat 19:50-də yola düşən 6625 nömrəli qatar

Nazirlər Kabinetinin qərarına müvafiq olaraq, 7 və 8 noyabr (şənbə və bazar) günləri qatarlar hərəkətdə olmayacaq.

36
PPX avtomobili, arxiv şəkli

Bakı sakini küçədə qətlə yetirilib

19
Hazırda prokurorluq və polis əməkdaşları tərəfindən cinayəti törətmiş şəxs və ya şəxslərin müəyyən edilərək tutulub istintaqa cəlb edilməsi istiqamətində intensiv və zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

BAKI, 27 noyabr — Sputnik. Noyabrın 25-də saat 21 radələrində Xətai rayonu ərazisində İntizam İsmayılovun aldığı bədən xəsarətləri nəticəsində xəstəxanada ölməsi barədə Xətai rayon prokurorluğuna məlumat daxil olub.

Sputnik Azərbaycan Baş Prokurorluğun məlumatına istinadla xəbər verir ki, dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı Xətai rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar təyin edilib.

İstintaqla hadisənin zərərçəkmişin yaşadığı evin yaxınlığında naməlum şəxs və ya şəxslər tərəfindən aralarında yaranmış münaqişə zamanı törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

Hazırda prokurorluq və polis əməkdaşları tərəfindən cinayəti törətmiş şəxs və ya şəxslərin müəyyən edilərək tutulub istintaqa cəlb edilməsi istiqamətində intensiv və zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

19
Teqlər:
cinayət, istintaq, Bakı, qətl, Xətai rayonu, Xətai

Azərbaycanda koronavirusa yoluxan icra başçısı vəfat edib

70
(Yenilənib 00:04 27.11.2020)
Vahid Tağıyev bir müddət öncə yeni növ koronavirus infeksiyasına yoluxmuşdu və bununla bağlı müalicə alırdı.

BAKI, 26 noyabr - Sputnik. Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Vahid Tağıyev bu gün dünyasını dəyişib.

Sputnik Azərbaycan Report-a istinadla xəbər verir ki, Vahid Tağıyev bir müddət öncə yeni növ koronavirus infeksiyasına yoluxmuşdu və bununla bağlı müalicə alırdı.

Qeyd edək ki, Vahid Tağıyev ötən il Prezident İlham Əliyevin imzaladığı sərəncamla Ağsu Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

70
Teqlər:
Koronavirus, epidemiya, COVID-19, icra başçısı, Ağsu rayonu, Ağsu