Bakıda avtobus, arxiv şəkli

Bakıda avtobuslar üçün ayrıca hərəkət zolağı salınacaq

15
"Müvafiq qurumlarla bir neçə müddət idi ki, məsləhətləşmələr aparılırdı. Məsləhətləşmələr avtobuslar üçün ayrıca hərəkət zolaqlarının hansı küçələrdə, hansı yollarda olması ilə bağlı idi. Bütün bunların hamısı kompleks şəkildə təhlil edilirdi".

BAKI, 5 noyabr — Sputnik. "Bakıda avtobusların maneəsiz hərəkəti üçün ayrıca hərəkət zolağının salınması istiqamətində artıq işlər real müstəviyə keçir".

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Bakı Nəqliyyat Agentliyinin Mətbuat katibi Mais Ağayev bildirib.

"Əsas məqsədimiz avtobusların maneəsiz hərəkətinə nail olmaqdır".

Onun sözlərinə görə, paytaxtda müxtəlif beynəlxalq tədbirlər, oyunlar keçirilən zaman avtobuslar üçün ayrılmış ayrıca hərəkət zolağının faydası görülüb: "Müvafiq qurumlarla bir neçə müddət idi ki, məsləhətləşmələr aparılırdı. Məsləhətləşmələr avtobuslar üçün ayrıca hərəkət zolaqlarının hansı küçələrdə, hansı yollarda olması ilə bağlı idi. Bütün bunların hamısı kompleks şəkildə təhlil edilirdi. Yolun infrastrukturu da bunun üçün uyğun olmalıdır. Artıq müəyyən küçələrlə bağlı razılıq var".

15
Heroin, arxiv şəkli

Yemək qazanının qulplarından heroin çıxdı

7
(Yenilənib 15:56 28.11.2020)
Baxış zamanı yemək qazanının qulplarının daxilində xüsusi üsulla gizlədilmiş sellofan bükülülərdə ümumi çəkisi 1,580 qram heroin və ümumi çəkisi 1,797 qram olan psixotrop maddə - metamfetamin aşkarlanıb.

BAKI, 28 noyabr — Sputnik. Penitensiar Xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq Təcridxanasına narkotik və psixotrop maddələrin keçirilməsi cəhdinin qarşısı alınıb.

Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən Sputnik Azərbaycan-a bildirilib ki, cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə əsasən təqsirli bilinərək həbs edilmiş və hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Ağayev Rəşad Hüseyn oğluna tanışı Qaxiyev Rauf İsmayıl oğlu tərəfindən gətirilmiş sovqata baxış keçirilib.

Baxış zamanı yemək qazanının qulplarının daxilində xüsusi üsulla gizlədilmiş sellofan bükülülərdə ümumi çəkisi 1,580 qram heroin və ümumi çəkisi 1,797 qram olan psixotrop maddə - metamfetamin aşkarlanıb. Faktla bağlı araşdırma aparılır.

7
Məktəbdə dərs, arxiv şəkli

İnklüziv təhsillə bağlı qanun təkmilləşdiriləcək

3
Bu məsələ Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş "Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı"nda əks olunub.

 

BAKI, 28 noyabr — Sputnik. 2021–2022-ci illərdə uşaqların təhsilə çıxışında bərabərliyin təmin olunması məqsədilə inklüziv təhsilə dair mövcud normativ hüquqi bazanın təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlanacaq.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş "Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı"nda əks olunub.

3