DTX-nın Bakıda binası, arxiv şəkli

Döyüş zonasından video yayanlarla bağlı cinayət işi başlanıldı - RƏSMİ

33
(Yenilənib 16:01 04.11.2020)
Bir daha vətəndaşlara fəal döyüş zonasından icazəsiz videoçəkilişlərin aparılmasının və yayılmasının cinayət məsuliyyətinə səbəb olduğu barədə xəbərdarlıq edilir, Azərbaycan əsgərinin həyatına təhlükə yaradan bütün davranışlardan çəkinməyə çağırırıq.

BAKI, 4 noyabr — Sputnik. Ermənistan silahlı qüvvələrinin 2020-ci il sentyabrın 27-dən davam edən hərbi təxribatlarına qarşı Azərbaycan Respublikası Silahlı Qüvvələrinin müvəffəqiyyətlə apardığı əks-hücum əməliyyatları nəticəsində bir neçə rayon, eləcə də strateji əhəmiyyətli ərazilər işğaldan azad edilib.

Sputnik Azərbaycan Dövlət Təhlükəsizlik Xidmətinin məlumatına istinadla xəbər verir ki, aidiyyəti dövlət orqanlarının həyata keçirdiyi dövlət sirrinin mühafizəsi tədbirlərinə zidd olaraq və müvafiq xəbərdarlıqlara baxmayaraq, döyüş əməliyyatları aparılan ərazilərdə bir sıra şəxslər tərəfindən mobil telefon aparatlarının texniki imkanlarından istifadə etməklə icazəsiz videoçəkilişlər edilib, Azərbaycan qoşunlarının strateji və əməliyyat planları, dislokasiyası və yerdəyişmələri, şəxsi heyəti, silah və hərbi texnikaları, digər döyüş təminatı, əməliyyat şəraiti barədə məlumatları əldə etməyə imkan verən müxtəlif videomateriallar yayılıb.

Qeyd olunan videogörüntülər düşmən ordusu tərəfindən Azərbaycan Respublikasının qoşun hissələrinin qüvvə və mövqeləri barədə informasiyanın əldə edilməsi, həmçinin kəşfiyyat-təxribat fəaliyyətinin həyata keçirilməsi məqsədləri üçün istifadə olunub.

Aşkar edilmiş faktlar üzrə Dövlət Təhlükəsizliyi Xidmətində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 284-cü (dövlət sirrini yayma) maddəsi ilə cinayət işi başlanılıb, hazırda həmin şəxslərin cinayət əməlləri ilə bağlı istintaq aparılır.

Bir daha vətəndaşlara fəal döyüş zonasından icazəsiz videoçəkilişlərin aparılmasının və yayılmasının cinayət məsuliyyətinə səbəb olduğu barədə xəbərdarlıq edilir, Azərbaycan əsgərinin həyatına təhlükə yaradan bütün davranışlardan çəkinməyə çağırırıq.

33
Əlaqədar
Prezidentin köməkçisi ermənilərin saxta videolarını ifşa etdi
Erməni hərbçilər niyə bizim formanı geyiniblər? - Prezidentin köməkçisi ifşa edir
Diqqət: DTX-dan vətəndaşlara müraciət
DTX erməni terroru barədə xəbərdarlıq etdi
DTX mülki PUA-larla bağlı məlumat yayıb
Dağıdılmış şəhər, arxiv şəkli

Ulu öndər onları qətliamdan xilas etdi, İlham Əliyev isə torpaqlarına qovuşdurdu

7
(Yenilənib 14:25 30.11.2020)
Səyyarə Mircəfəroova: "Allah rəhmət eləsin Heydər Əliyevə. Onun tapşırığı ilə Araz çayı dayandırıldı və biz Cənubi Azərbaycana keçdik".

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 30 noyabr — Sputnik. 1993 cü il, oktyabrın 29-u... Zəngilan erməni silahlı qüvvələri tərəfindən mühasirədədir. On minlərlə insan ölüm təhlükəsi ilə üz-üzədir. Hamı həyəcanla hadisələrin axarını gözləyir. Uşaqların çığırtısı, qadınların qorxu dolu baxışları...

Hamı ümidini Allaha bağlayıb. Araz sahili Zəngilan sakinləri ilə dolub...

Nə olacaq, ay Allah? Bizidəmi ikinci Xocalı qətliamı gözləyir?

Aradan 27 il keçsə də, zəngilanlılar həmin günləri xatirələrindən silə bilmir. 1993-cü ilin oktyabr ayı onların qan yaddaşına çevrilib...

Məcburi şəkildə Zəngilandan köçkün düşən Səyyarə Mircəfərova Zəngilanı ürək ağrısı ilə xatırlayır. Uşaqlıq, gənclik illəri Zəngilanda keçən Səyyarə ana, deyir ki, rayonu tərk edəndə 31 yaşı olub.

© Sputnik / Irade JELIL
Məcburi şəkildə Zəngilandan köçkün düşən Səyyarə Mircəfərova

"Zəngilan rayonu mənim əbədi olaraq ürəyimdə iz salıb. Mən bu torpaqda böyümüşəm, orada addım atmışam, bütün arzularım Zəngilanla bağlı olub. Rayonumuz iki həftə müharisədə qaldı. Əgər Araz çayını dayandırıb, bizi keçirməsəydilər, Zəngilanda ikinci Xocalı qətliamı baş verə bilərdi. Allah rəhmət eləsin Heydər Əliyevə. Onun tapşırığı ilə Araz çayı dayandırıldı və biz Cənubi Azərbaycana keçdik. Həmin vaxt mənim üç övladım, iki oğlum, bir qızım vardı".

Səyyarə Mircəfərovanın sözlərinə görə, atası seyid olub və həmin vaxt Araz çayı dayandırlan zaman birinci İrana o keçib. Seyid Ərəb kişi illər boyu Zəngilan həsrəti ilə yaşayıb və ömrünün son günlərində belə, o torpaqlara qayıtmaq arzusunu dilə gətirib.

Zəngilandan qaçqın düşən ailə Bakıda Xətai rayonunda uşaq bağçasında məskunlaşıb və uzun illər burada yaşayıb.

Müsahibimiz bildirir ki, illər boyu qaçqın damğası ilə yaşamaq asan olmayıb. Bu damğanı hər yerdə hiss ediblər: "Utanırdıq, sıxılırdıq qaçqın sözündən".

Səyyarə xanım, dnaışdıqca göz yaşları süzülür. Qaçqınlığın ağrılı-acılı günlərini dilə gətirirdi.

Bu gün isə bütün zəngilanlılar kimi o da qürurludur.

"Çox qürurluyam, sevinirəm ki, artıq qaçqın deyiləm. Daha heç kim mənə qaçqın deyə bilməyəcək. Daha özümü damğalı kimi hiss etmirəm" - deyən Səyyarə Mircəfərova səbrsizliklə torpaqlarına gedəcəyi günü gözləyir.

Deyir heç olmasa bircə dəfə Mincivanın torpağını görsün, havasını ciyərlərinə çəksin.

© Sputnik / Irade JELIL
Səyyarə Mircəfərovanın sözlərinə görə, atası seyid olub

"Vətən həsrəti ağırdır, qızım. Kaş o yerlərə gedə biləydim, kaş heç olmasa torpağın qoxusunu hiss edə biləydim. Görəsən evimiz dururmu? Görəsən heç olmasa daşı daş üstə qalıbmı? Bəzən gecələr gəlir gözümün önünə torpağım, vətənim, yurdum. Yadıma gəlir əvvəllər bir qarğış vardı, kimsə kimisə qarğıyanda deyərdi ki, "yurdun, yuvan dağılsın"... Yurdumuzu, yuvamızı dağıdanların, yurdu-yuvası dağılsın..."

Xatırladaq ki, Zəngilanın Mincivan qəsəbəsi Araz çayının sahilində yerləşir. Burada əsasən 1795-1798-ci illərdə acliq nəticəsində Cənubi Azərbaycanın Mincivan kəndindən gəlmiş ailələrin məskunlaşmışdı.

Mincivan 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Oktyabrın 20-də Zəngilan şəhəri, 21-də isə Mincivan qəsəbəsi Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilib.

7
Teqlər:
Heydər Əliyev, Xocalı qətliamı, Qarabağın işğalı, işğal, Zəngilanın azad olunması
Plazma olan paketlrə, arxiv şəkli

TƏBİB-dən açıqlama: İmmun plazmaya ehtiyac var

10
(Yenilənib 13:39 30.11.2020)
İndiyə qədər ölkəmizdə 180-ə yaxın vətəndaş donor olmaq üçün müraciət edib, onların 100 nəfərindən immun plazma toplanılaraq 238 xəstəyə köçürülüb.

BAKI, 30 noyabr — Sputnik. Mərkəzi Qan Bankı "Donor ol, həyat qurtar!" şüarı ilə yeni növ koronavirusdan (COVID-19) sağalmış xəstələrə müraciət edib. Müraciətdə bildirilir ki, onlar ağır xəstələrə donor ola bilərlər. Sputnik Azərbaycan-ın məlumatına görə, Qan Bankının müdiri, TƏBİB-in Mikrobiologiya İşçi qrupunun rəhbəri Qumral Ələkbərovanın sözlərinə görə, hazırda süni tənəffüs cihazına bağlı və vəziyyəti kritik olan xeyli xəstə var. Onların sağalması üçün immun plazma müalicəsi lazımdır: "COVID-19 xəstəliyini keçirərək sağalanlarda anticisimlər formalaşır. Anticisimlər həmin xəstələrin heç də hamısında formalaşmır. Anticisimlər olan xəstələrdən immun plazma toplanılaraq ağır xəstələrə köçürülür. 18 yaşdan 60 yaşadək hər kəsin xəstəliyi keçirəndən 14 gün sonra donor olması mümkündür, qadınlardan hamiləlik keçirməyənlər donor ola bilər. İndiyə qədər ölkəmizdə 180-ə yaxın vətəndaş donor olmaq üçün müraciət edib, onların 100 nəfərindən immun plazma toplanılaraq 238 xəstəyə köçürülüb".

Proses tamamilə ağrısız və təhlükəsizdir, immun plazma qapalı və steril şəraitdə toplanılır. Həmin müalicə üsulunun səmərəsi pandemiyanın birinci dalğası zamanı sübut olunub. Virusun yoluxma dinamikasına fikir verəndə görürük ki, infeksiyadan minlərlə sağalan var, amma nədənsə onlar bəzən bunu gizlədirlər. Mütəxəssislər deyirlər ki, sağalanlar tərəddüd etmədən digər xəstələrin xilaskarı ola bilərlər.

10
Teqlər:
müraciət, vətəndaş, donor, TƏBİB
Şuşa şəhərindən görüntü

Dilqəmin yazdığı şeir Şuşa həbsxanasından tapıldı

0
(Yenilənib 14:35 30.11.2020)
Xatırladaq ki, 2014-cü ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüblər.

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 30 noyabr — Sputnik. Hərbçilərimiz Şuşa həbsxanasında saxlanılan Ermənistan Silahlı Qüvvələrinin girov götürdüyü Dilqəm Şahbazovun yazdığı şeiri tapıb. Bu barədə Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov məlumat verib. Sputnik Azərbaycan-a açıqlamasında Kürdoğlu Əsgərov bildirib ki, hərbçilərimiz Şuşa həbsxanasından atasının yazdığı şeirin şəklini çəkərək ona göndəriblər. K.Əsgərov uzun illərdir ki, Şuşa həbsxanasında saxlanılan atasına aid başqa əşyaların tapılacağına da ümid etdiyini söyləyib. O bildirib ki, atasına aid hər bir əşya onun üçün dəyərlidir.

Qeyd edək ki, Dilqəm Əsgərov və Şahbaz Quliyev Şuşa həbsxanasından Ermənistana aparılıb. Hazırda onların Ermənistanın Şırak rayonundakı "Atik" türməsində saxlandığı bildirilir. Qeyd edək ki, Şuşanın Azərbaycan Ordusu tərəfindən azad olunmasına qədər girovlar Şuşa qalasında saxlanılırdılar.

Xatırladaq ki, 2014-cü ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüblər, Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb. H.Həsənovun meyiti düşməndən alınaraq Bakıda dəfn edilib. Həmin vaxt işğal altında olan Dağlıq Qarabağda D.Əsgərov və Ş.Quliyev üzərində qanunsuz "məhkəmə" qurulub. "Məhkəmə"nin qərarı ilə D.Əsgərov ömürlük, Ş.Quliyev 22 il müddətinə azadlıqdan məhrum edilib.

0
Teqlər:
həbsxana, şeir, Şahbaz Quliyev, Dilqəm Əsgərov, Şuşa şəhəri