CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qonşudan dala qalmayaq - Həm yenilikdir, həm də təhlükəsizlik

© AFP 2023 / STRАвтомобили, ожидающие погрузки на судно, фото из архива
Автомобили, ожидающие погрузки на судно, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Avtomobilin qeydiyyat məlumatlarının kağız üzərində saxlanılmasının nə dərəcədə etibarlı olduğunu deyə bilmərik.

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 4 noyabr — Sputnik. Noyabrın 1-dən Rusiyada bütün texniki avadanlıqlara elektron qeydiyyat şəhadətnamələrinin (texniki pasportların) verilməsinə keçilib.

Bununla yanaşı, texniki pasportların ənənəvi forması da istifadədə olacaq. Yəni, avtomobil sahibləri sənədi elektron şəklinə dəyişdirib-dəyişdirməməyə özləri qərar verəcəklər.

Qeyd edək ki, Rusiyada istehsal olunan yeni avtomobillər və idxal olunan avtomobillər üçün yalnız elektron texniki pasport veriləcək.

Avtomobillərə elektron pasportların verilməsi qeydiyyat prosedurlarını asanlaşdırmaqla yanaşı, nəqliyyat vasitələrinin qanunsuz alqı-satqısını da azaldacaq.

Azərbaycanda isə bu günə qədər sığorta şəhadətnamələri, texniki baxış talonları elektronlaşdırılıb.

Sürücülük vəsiqəsi və avtomobillərin qeydiyyat şəhadətnamələrinin elektronlaşdırılması məsələsi ilə hələ gündəmdə deyil.

Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfər Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Azərbaycanda avtomobillərə elektron qeydiyyat şəhadətnaməsi verilməsi məsələsinə baxılmalıdır. Çünki, elektron qeydiyyat şəhadətnaməsi vətəndaşlara öz avtomobillərini onlayn qaydada satmağa imkan verəcək.

Ekspertin sözlərinə görə, elektron pasportlar kağızdan fərqli olaraq, daha çox məlumat daşıya bilir. Burda avtomobildə edilən dəyişikliklər, servis xidmətləri də qeyd edilə bilər.

Onun fikrincə, Azərbaycanda avtomobillərə elektron qeydiyyat şəhadətnaməsinin verilməsi alqı-satqı zamanı baş verə biləcək qanunsuzluqların qarşısını ala biləcək.

Digər ekspert Elməddin Muradlı Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, sənədlərin elektronlaşdırılması dünyada bir təcrübəyə çevrilib. Sürücülük vəsiqələri və digər sənədlər elektron qaydada verilir.

Onun sözlərinə görə, Azərbaycanda da belə təcrübə var. Belə ki, artıq sığorta şəhadətnaməsi elektron qaydada verilir. Texniki baxış talonu və etibarnamə də elektron qaydadadır.

E.Muradlı bildirib ki, elektron qeydiyyat şəhadətnaməsinin və sürücülük vəsiqəsinin də gələcəkdə elektronlaşdırılması gözlənilir: "Avtomobilin qeydiyyat məlumatlarının kağız üzərində saxlanılmasının nə dərəcədə etibarlı olduğunu deyə bilmərik. Amma inkişaf tempi baxımından bu məlumatların elektron şəkildə saxlanılması daha məqsədə uyğundur".

Xəbər lenti
0