Meşə yanğını, arxiv şəkli

Azərbaycanın "Qırmızı Kitab"a düşən nadir bitki heyvan növləri məhv edilib

25
(Yenilənib 14:35 03.11.2020)
"Ermənistan tərəfindən təbiətə qarşı törədilən bu ağır cinayətlər ətraf mühit sahəsində mövcud olan "Bioloji Müxtəliflik", "Ramsar" və "Bern" beynəlxalq konvensiyalarının tələblərinin kobud surətdə pozulmasıdır".

 

BAKI, 3 noyabr — Sputnik. Erməni separatçılarının törətdikləri cinayətlərin dünya ictimaiyyətinə çatdırılması məqsədilə beynəlxalq konvensiyaların katibliklərinə müraciət edilib. Təcavüzkar Ermənistan 30 ildir işğal altında saxladığı Azərbaycan ərazilərində təbiət abidələrinə, bioloji müxtəlifliyə, meşə sahələrinə, yeraltı və yerüstü təbii sərvətlərə ciddi zərər vurmaqla böyük miqyaslı ekoloji terror aktları törədir.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəis müavini Arzu Səmədova danışıb.

O, bildirib ki, son günlərdə işğalçı Ermənistan dövləti döyüş bölgəsindən kənarda yaşayan mülki əhaliyə, ekoloji mühitə, təbii sərvətlərə, regionun ümumdünya əhəmiyyətinə malik bioloji müxtəlifliyinə, zəngin meşə sahələrinə yenidən qəsd etməyə başlayıb.

"Ermənistan silahlı qüvvələri beynəlxalq humanitar hüquq normalarını kobud şəkildə pozaraq cəbhə xəttindən kənarda yerləşən rayonları mütəmadi artilleriya atəşinə tutması nəticəsində xüsusi mühafizə olunan və beynəlxalq səviyyədə tanınan təbiət ərazilərinə, o cümlədən Ağgöl və Göygöl milli parklarına geniş miqyaslı yanğınlara səbəb olan bir neçə raket mərmisi düşüb. Ermənistanın ekoloji terrorunun davamı olaraq qiymətli Şuşa meşələrinə zəhərli, söndürülməsi mümkün olmayan və qadağan olunmuş ağ fosfor maddəsindən istifadə olunmaqla od vurulub".

A.Səmədova qeyd edib ki, təcavüzkar Ermənistan tərəfindən qəsdən törədilən bu terror aktları nəticəsində bölgədə ciddi ekoloji fəsadlar yaranıb, təbii bitki örtüyü, min illərlə əmələ gələn torpağın üst qatı tamamilə yanıb, Azərbaycanın "Qırmızı Kitab"ı və Beynəlxalq Qırmızı Siyahıya daxil olmuş nadir, sayı kritik həddə azalan bitki və heyvan növləri məhv olub, heyvanların yaşayış arealları dağıldılıb, ekosistemin tarazlığı pozulub, ətraf mühit komponentlərinə ciddi ziyan dəyib.

"Ermənistan tərəfindən təbiətə qarşı törədilən bu ağır cinayətlər ətraf mühit sahəsində mövcud olan "Bioloji Müxtəliflik", "Ramsar" və "Bern" beynəlxalq konvensiyalarının tələblərinin kobud surətdə pozulmasıdır.

Azərbaycan ərazisində işğalçı Ermənistan dövləti tərəfindən mütəmadi həyata keçirilən ekoloji terror aktlarına son qoyulması və erməni separatçılarının törətdikləri cinayətlərin dünya ictimaiyyətinə çatdırılması məqsədilə Bioloji Müxtəlifliyin Qorunması Xidməti sözügedən konvensiyaların katibliklərinə müraciət edib".

25
Teqlər:
Dövlət Ekoloji Təhlükəsizlik Xidməti, Ermənistan, fauna, flora, bioloji, "Qırmızı kitab"
Əlaqədar
Ermənistanın ekoloji cinayətləri - işğal olunmuş ərazilərdə məhv edilmiş flora və fauna
İşğal olunmuş ərazidə Qırmızı kitaba düşən 120-dək flora və fauna növündən məlumat yoxdur
Plazma olan paketlrə, arxiv şəkli

TƏBİB-dən açıqlama: İmmun plazmaya ehtiyac var

7
(Yenilənib 13:39 30.11.2020)
İndiyə qədər ölkəmizdə 180-ə yaxın vətəndaş donor olmaq üçün müraciət edib, onların 100 nəfərindən immun plazma toplanılaraq 238 xəstəyə köçürülüb.

BAKI, 30 noyabr — Sputnik. Mərkəzi Qan Bankı "Donor ol, həyat qurtar!" şüarı ilə yeni növ koronavirusdan (COVID-19) sağalmış xəstələrə müraciət edib. Müraciətdə bildirilir ki, onlar ağır xəstələrə donor ola bilərlər. Sputnik Azərbaycan-ın məlumatına görə, Qan Bankının müdiri, TƏBİB-in Mikrobiologiya İşçi qrupunun rəhbəri Qumral Ələkbərovanın sözlərinə görə, hazırda süni tənəffüs cihazına bağlı və vəziyyəti kritik olan xeyli xəstə var. Onların sağalması üçün immun plazma müalicəsi lazımdır: "COVID-19 xəstəliyini keçirərək sağalanlarda anticisimlər formalaşır. Anticisimlər həmin xəstələrin heç də hamısında formalaşmır. Anticisimlər olan xəstələrdən immun plazma toplanılaraq ağır xəstələrə köçürülür. 18 yaşdan 60 yaşadək hər kəsin xəstəliyi keçirəndən 14 gün sonra donor olması mümkündür, qadınlardan hamiləlik keçirməyənlər donor ola bilər. İndiyə qədər ölkəmizdə 180-ə yaxın vətəndaş donor olmaq üçün müraciət edib, onların 100 nəfərindən immun plazma toplanılaraq 238 xəstəyə köçürülüb".

Proses tamamilə ağrısız və təhlükəsizdir, immun plazma qapalı və steril şəraitdə toplanılır. Həmin müalicə üsulunun səmərəsi pandemiyanın birinci dalğası zamanı sübut olunub. Virusun yoluxma dinamikasına fikir verəndə görürük ki, infeksiyadan minlərlə sağalan var, amma nədənsə onlar bəzən bunu gizlədirlər. Mütəxəssislər deyirlər ki, sağalanlar tərəddüd etmədən digər xəstələrin xilaskarı ola bilərlər.

7
Teqlər:
müraciət, vətəndaş, donor, TƏBİB
İnsanlar maskada

Karantin daha da sərtləşdirilə bilər - TƏBİB

13
(Yenilənib 13:28 30.11.2020)
TƏBİB rəsmisi qeyd edib ki, koronavirusa təkrar yoluxma halları təsdiqlənib, buna görə də virusdan sağalan insanlar arxayınlaşmamalıdır.

BAKI, 30 noyabr — Sputnik. Yoluxma sayının artmağa doğru davam etməsi sərt tədbirləri qaçılmaz edəcək. Sputnik Azərbaycan-ın məlumatına görə, bunu TƏBİB-in İnfeksiya xəstəlikləri üzrə işçi qrupunun rəhbəri Vasif Əliyev deyib. Onun sözlərinə görə, bir çox ölkələr yoluxmanın artması ilə əlaqədar sərt tədbirlərə gedir: "Bütün ölkələrdə çarpayı sayı, tibbi personalın sayı məhduddur. Vətəndaşlar dərk etməlidirlər ki, maska qoruyucu vasitədir. Maska taxmaqla təkcə özünü deyil, ailəsini, yaxınlarını da qorumuş olur. Maskadan istifadə və digər karantin qaydalarına əməl etməyin məsuliyyətini hər bir vətəndaş hiss etməlidir".

TƏBİB rəsmisi qeyd edib ki, koronavirusa təkrar yoluxma halları təsdiqlənib, buna görə də virusdan sağalan insanlar arxayınlaşmamalıdır.

13
Teqlər:
karantin, yoluxma, maska, TƏBİB