Post Patrul Xidmətinin avtomobilləri, arxiv şəkli

Abşeronda karantin qaydalarına əməl etməyən şəxslərə qarşı reyd keçirilib

26
(Yenilənib 14:41 02.11.2020)
Abşeron rayonuda karantin qaydalarına əməl olunmasını təmin etmək məqsədilə polis əməkdaşları tərəfindən nəzarət bundan sonra da mütəmadi olaraq davam etdiriləcək.

BAKI, 2 noyabr — Sputnik. Bu gün səhər saatlarından başlayaraq Abşeron rayonunda COVID-19 infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə növbəti profilaktik təbliğat işlərinə start verilib.

Sputnik Azərbaycan Daxili İşlər Nazirliyinin məlumatına istinadla xəbər verir ki, Abşeron Rayon Polis İdarəsi və Mehdiabad Polis Böməsinin əməkdaşlarından təşkil olunan mobil qruplar vasitəsilə Xırdalan şəhəri, Mehdiabad və Novxanı qəsəbələrində fəaliyyətinə icazə verilən obyektlərə baxış keçirilib, sakinlərlə söhbətlər aparılıb. Polis əməkdaşları tərəfindən satıcı və alıcıların tibbi maskalardan istifadəsinin, sosial məsafənin gözlənilməsinin, marketlərdə yarana biləcək sıxlığın qarşısının alınması və ticarət obyektinin dezinfeksiyaedici vasitələrlə təmin olunmasının zəruriliyi bir daha diqqətə çatdırılıb.

Reydlər zamanı mağazalara maskasız daxil olan və bu hala nəzarət etməyən obyekt əməkdaşları polislər tərəfindən qanunvericiliyə uyğun şəkildə ciddi cəzalandırılıblar. Tədbir zamanı polislər satıcı və alıcıların diqqətinə sanitar-karantin qaydalarına ciddi əməl etməklə fəaliyyət göstərməyin vacibliyi çatdırılıb. Reydlərdə sosial məsafəni gözləməyən, tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə etməyən, dəfələrdl edilən xəbərdarlıqlardan nəticə çıxarmayan şəxslər qanunvericiliyə uyğun olaraq, inzibati məsuliyyətə cəlb olunublar.

Abşeron rayonuda karantin qaydlarına əməl olunmasını təmin etmək məqsədilə polis əməkdaşları tərəfindən nəzarət bundan sonra da mütəmadi olaraq davam etdiriləcək.

Vətəndaşlarımızdan bir daha tələb olunur ki, koronavirusun cəmiyyətimizin müxtəlif təbəqələri arasında yayılmasına imkan verməmək üçün karantin qaydalarına əməl etsinlər. Bunun üçün hər birimizdan sosial məsafəni gözləmək, tənəffüs yollarını qoruyan fərdi vasitələrdən, yəni maskalardan istifadə etmək və şəxsi gigiyenamıza fikir vermək tələb olunur.

Qeyd edək ki, COVID-19 infeksiyasının ölkə ərazisində yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2020-ci il 1 dekabr saat 06:00-dək uzadılıb.

26
PPX avtomobili, arxiv şəkli

Bakı sakini küçədə qətlə yetirilib

18
Hazırda prokurorluq və polis əməkdaşları tərəfindən cinayəti törətmiş şəxs və ya şəxslərin müəyyən edilərək tutulub istintaqa cəlb edilməsi istiqamətində intensiv və zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

BAKI, 27 noyabr — Sputnik. Noyabrın 25-də saat 21 radələrində Xətai rayonu ərazisində İntizam İsmayılovun aldığı bədən xəsarətləri nəticəsində xəstəxanada ölməsi barədə Xətai rayon prokurorluğuna məlumat daxil olub.

Sputnik Azərbaycan Baş Prokurorluğun məlumatına istinadla xəbər verir ki, dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı Xətai rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar təyin edilib.

İstintaqla hadisənin zərərçəkmişin yaşadığı evin yaxınlığında naməlum şəxs və ya şəxslər tərəfindən aralarında yaranmış münaqişə zamanı törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

Hazırda prokurorluq və polis əməkdaşları tərəfindən cinayəti törətmiş şəxs və ya şəxslərin müəyyən edilərək tutulub istintaqa cəlb edilməsi istiqamətində intensiv və zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

18
Teqlər:
cinayət, istintaq, Bakı, qətl, Xətai rayonu, Xətai

Azərbaycanda koronavirusa yoluxan icra başçısı vəfat edib

68
(Yenilənib 00:04 27.11.2020)
Vahid Tağıyev bir müddət öncə yeni növ koronavirus infeksiyasına yoluxmuşdu və bununla bağlı müalicə alırdı.

BAKI, 26 noyabr - Sputnik. Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Vahid Tağıyev bu gün dünyasını dəyişib.

Sputnik Azərbaycan Report-a istinadla xəbər verir ki, Vahid Tağıyev bir müddət öncə yeni növ koronavirus infeksiyasına yoluxmuşdu və bununla bağlı müalicə alırdı.

Qeyd edək ki, Vahid Tağıyev ötən il Prezident İlham Əliyevin imzaladığı sərəncamla Ağsu Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

68
Teqlər:
Koronavirus, epidemiya, COVID-19, icra başçısı, Ağsu rayonu, Ağsu