CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Noyabrın ilk iş gününün havası

© Sputnik / Shahperi AbbasovaZaqatala mənzərə
Zaqatala mənzərə - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı, lakin axşam bəzi dağlıq ərazilərdə yağış yağacağı ehtimalı var

BAKI, 1 noyabr - Sputnik. Sabah Azərbaycan ərazisində gözlənilən hava şəraiti haqda məlumat açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, noyabrın 2-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə  duman olacağı gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 13-16, gündüz  19-23, Bakıda gecə 13-15, gündüz 20-22 dərəcə isti olacaq. Atmosfer  təzyiqi 761 mm civə sütunundan 766  mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 70-80, gündüz  50-55 faiz olacaq. 

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə  duman olacağı, lakin axşam bəzi dağlıq ərazilərdə yağış yağacağı  ehtimalı var. Mülayim şərq küləyi əsəcək.  Havanın temperaturu  gecə 10-15, gündüz 20-25, dağlarda gecə 7-12, gündüz  18-23 dərəcə  isti olacaq.  

Xəbər lenti
0