Ağgöl milli parkların ərazisində

Nazirlikdən Ermənistanın törətdiyi ekoloji terrorla bağlı - Açıqlama

34
(Yenilənib 19:43 30.10.2020)
Ağcabədi və Göygöl rayonlarını mütəmadi artilleriya atəşinə tutması nəticəsində Ağgöl və Göygöl milli parklarının ərazilərinə bir neçə dəfə raket mərmiləri düşüb

BAKI, 30 oktyabr — Sputnik. "İşğalçı Ermənistan insanlığa və günahsız dinc sakinlərə qarşı törətdiyi cinayətləri, terror aktlarını davam etdirərək təkcə region üçün deyil, planetin ekoloji tarazlığı üçün də qiymətli olan təbiət abidələrini, flora və faunanı məhv edir. Bununla da Ermənistan faktiki olaraq Azərbaycan təbiətinə qarşı ekoloji terror törədir".

Bu barədə Sputnik Azərbaycan-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova bildirib.

O deyib ki, Ermənistan silahlı qüvvələri beynəlxalq humanitar hüquq normalarını kobud şəkildə pozaraq və münaqişənin coğrafiyasını genişləndirərək cəbhə xəttindən kənarda yerləşən Ağcabədi və Göygöl rayonlarını mütəmadi artilleriya atəşinə tutması nəticəsində Ağgöl və Göygöl milli parklarının ərazilərinə bir neçə dəfə raket mərmiləri düşüb:

"Təcavüzkar Ermənistanın törətdiyi bu terror siyasəti nəticəsində Cənubi Qafqazda füsunkar gözəlliyə malik nadir təbii gölləri və unikal landşaftı ilə zəngin yeganə təbiət ərazisi olan Göygöl milli parkının və "Əsasən su quşlarının yaşama yerləri kimi beynəlxalq əhəmiyyəti olan sulu-bataqlıq yerlər haqqında" Ramsar Konvensiyasının siyahısına daxil edilmiş Ağgöl milli parkının ərazisində yanğınlar baş verib, flora və faunaya, təbii landşafta ciddi ziyan dəyib".

Nazirliyin rəsmisi qeyd edib ki, uzun illərdir işğal altında saxladığı ərazilərdə törətdiyi ağır ekoloji terrorla kifayətlənməyən təcavüzkar Ermənistan dövləti indi də ekoloji mühitin toxunulmazlığı haqqında beynəlxalq konvensiyaların tələblərini kobudcasına pozaraq və BMT-nin ətraf mühit üzrə müvafiq təşkilatlarının normativ aktlarına məhəl qoymayaraq cəbhə bölgəsindən kənarda yerləşən xüsusi mühafizə olunan təbiət ərazilərini hədəfə alır. Ermənistan Azərbaycanın mülki əhalisinə, həmçinin təbiətinə qarşı törədilən və biomüxtəlifliyin məhvinə səbəb olan işğalçı siyasətini, qeyri-insani cinayət əməllərini bununla da bir daha nümayiş etdirir: "Ermənistan tərəfindən insanlara və ətraf mühitə qarşı bu cür qəddar və qeyri-humanist hərəkətləri şiddətlə qınayır və beynəlxalq hüquq müdafiəçilərini işğal olunmuş Azərbaycan ərazilərində erməni separatçılarının törətdikləri cinayətləri dünya ictimaiyyətinə çatdırmaq üçün təxirəsalınmaz addımlar atmağa çağırırıq".

34
Teqlər:
Göygöl dövlət təbiət qoruğu, Göygöl, Ağcabədi, Ağgöl Milli Parkı, erməni təxribatı, terror, ekoloji fəlakət, ekologiya
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə (1130)
Əlaqədar
Ermənistan ordusunun törətdiyi cinayət faktları üzrə 52 cinayət işi başlanıb
Ermənistanın atəşi nəticəsində baş verən meşə yanğınları ilə bağlı açıqlama
İşğaldan azad olunmuş ərazilərində müvəqqəti idarəetmənin təşkili haqqında fərman verildi
"İşğal olunmuş ərazilərdə ağır ekoloji cinayətlərə son qoyulmalıdır" - Nazir müavini
Ermənistan dinc əhalidən sonra ekoloji terrora keçib
Heroin, arxiv şəkli

Yemək qazanının qulplarından heroin çıxdı

7
(Yenilənib 16:22 28.11.2020)
Baxış zamanı yemək qazanının qulplarının daxilində xüsusi üsulla gizlədilmiş sellofan bükülülərdə ümumi çəkisi 1,580 qram heroin və ümumi çəkisi 1,797 qram olan psixotrop maddə - metamfetamin aşkarlanıb.

BAKI, 28 noyabr — Sputnik. Penitensiar Xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq Təcridxanasına narkotik və psixotrop maddələrin keçirilməsi cəhdinin qarşısı alınıb.

Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən Sputnik Azərbaycan-a bildirilib ki, cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə əsasən təqsirli bilinərək həbs edilmiş və hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Ağayev Rəşad Hüseyn oğluna tanışı Qaxiyev Rauf İsmayıl oğlu tərəfindən gətirilmiş sovqata baxış keçirilib.

Rəşad Ağayevin tanışı Qaxiyev Raufa gətirdiyi sovqat

Baxış zamanı yemək qazanının qulplarının daxilində xüsusi üsulla gizlədilmiş sellofan bükülülərdə ümumi çəkisi 1,580 qram heroin və ümumi çəkisi 1,797 qram olan psixotrop maddə - metamfetamin aşkarlanıb. Faktla bağlı araşdırma aparılır.

7
Məktəbdə dərs, arxiv şəkli

İnklüziv təhsillə bağlı qanun təkmilləşdiriləcək

3
Bu məsələ Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş "Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı"nda əks olunub.

 

BAKI, 28 noyabr — Sputnik. 2021–2022-ci illərdə uşaqların təhsilə çıxışında bərabərliyin təmin olunması məqsədilə inklüziv təhsilə dair mövcud normativ hüquqi bazanın təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlanacaq.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş "Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı"nda əks olunub.

3
Dəniz Mall Ticarət Mərkəzinə mənzərə, arxiv şəkli

Sabahdan hava mülayimləşir

0
(Yenilənib 16:03 28.11.2020)
Havanın temperaturu gecə 2-6, gündüz 8-12 dərəcə isti, dağlarda gecə 2-7 dərəcə şaxta, gündüz 0-3 dərəcə isti olacaq.

BAKI, 28 noyabr — Sputnik. Noyabrın 29-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin buludlu olacağı, gecə və axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, mülayim cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 6-9, gündüz 10-13, Bakıda gecə 7-9, gündüz 11-13 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 773 mm civə sütunundan 770 mm civə sütununa enəcək, nisbi rütubət 65-75 faiz olacaq.

Noyabrın 29-da Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gündüzdən başlayaraq bəzi yerlərdə yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 2-6, gündüz 8-12 dərəcə isti, dağlarda gecə 2-7 dərəcə şaxta, gündüz 0-3 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza gəlincə, noyabrın 29-da Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

0
Teqlər:
hava proqnozu, Hava proqnozu, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamenti, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti, Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosu, Milli Hidrometeorologiya Departamenti