20 nömrəli məktəbdə tədris prosesi

Qiymətə görə şagirdlər sinifdə saxlanmayacaq

14
(Yenilənib 13:23 30.10.2020)
"Dərslər distant və ya adi qaydada olsa da, şagirdlərin qiymətləndirilməsi həyata keçiriləcək""Dərslər distant və ya adi qaydada olsa da, şagirdlərin qiymətləndirilməsi həyata keçiriləcək"

BAKI, 30 oktyabr — Sputnik. "Təhsil onlayn qaydada davam etdirildiyindən şagirdlərin növbəti il üçün eyni sinfi təkrar oxumasına ehtiyac yoxdur".

Sputnik Azərbaycan-ın məlumatına görə, bu sözləri nazir bu gün keçirilən brifinqdə jurnalistlərin sualını cavablandırarkən bildirib: "Artıq səkkiz aydır ki, pandemiya ilə üz-üzəyik. Əyani olmasa belə, müəllimlərin istənilən vasitə ilə şagirdlərə dərs keçmək istəyi təqdirəlayiqdir. Uşaqların növbəti il üçün sinifdə qalması nəzərdə tutulmur. Yəni, qiymət və davamiyyətə görə şagirdlərin sinifdə qalması baş verməyəcək. Hər bir şagird təhsilini davam etdirəcək".

Nazir şagirdlərin onlayn təhsil sistemində bu tədris ilində necə qiymətləndiriləcəyinə də münasibət bildirib: "Şagirdlərin naliyyətlərinin qiymətləndirilməsi üçün artıq bizdə təcrübə var. Ötən il bu onlayn qaydada keçirildi. Bu il isə fərqi yoxdur, dərslər distant və ya adi qaydada olsa da, bu qiymətləndirmə həyata keçiriləcək. Pandemiya imkan verərsə, biz daha tez ənənəvi dərs qaydalarına qayıtmağa çalışacağıq".

14
Həblər, arxiv şəkli

Hər birimizin köməyinə çatan dərmanlarla bağlı qorxunc xəbərdarlıq - öldürə bilər

12
(Yenilənib 16:21 26.11.2020)
"Hər xəstəliyə antibiotik istifadə edilə bilməz. Bəzən insanlar özləri özlərini antibiotiklərlə müalicə edirlər. Ona görə də antibiotiklər reseptsiz buraxılmamalıdır"

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 26 noyabr — Sputnik. Azərbaycanda antimikrob dərmanların apteklərdə əhaliyə sərbəst satışı qadağan olunmalıdır. Bununla bağlı dövlət qurumları lazımi dəstək verməlidir. Bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Hande Harmancı deyib. Onun sözlərinə görə, bu preparatlara əlçatanlığını azaltmaq lazımdır. "İnsanların antibiotiklərə qarşı davamlılığı ölçülməlidir. Bunun üçün Azərbaycanın lazımi laboratoriyaları var. Həmçinin, maarifləndirmə də olmalıdır. Bu gün apteklərdə hər kəs istənilən antibiotiki ala bilər. Bu cür dərmanlar açıq satışda var və buna heç bir nəzarət yoxdur. Bu, bizim problemimiz idi".

Qeyd edək ki, antibiotiklər yüngün soyuqlama zamanı hər birimizin köməyinə çatır. Ona görə də antibiotiklərin reseptlə satılması əhali tərəfindən birmənalı qarşılanmır. Sputnik Azərbaycan antibiotiklərin reseptsiz satışının fəsadlarını araşdırıb.

Professor Adil Qeybulla Sputnik Azərbaycan-a açıqlamasında antibiotiklərin reseptsiz satışının məhdudlaşdırılması ilə bağlı təklifləri dəstəklədiyini bildirib. A.Qeybulla deyir ki, apteklərdə antibiotiklərin reseptsiz satışı qanunda olan boşluqdan irəli gəlir. Onun sözlərinə görə, xarici ölkələrdə antibiotiklər reseptlə satılır:

"Antibiotiklərin həkim təyini olmadan istifadəsi çox risklidir. Bu, hətta ölümə belə gətirib çıxardır. Koronavirusun müalicəsində antibiotiklərdən istifadə məsləhət görülmür. Çox təəssüf ki, insanlar evdə müalicə zamanı kortəbii antibiotiklərdən istifadə edirlər. Bu isə anafilaktik şok, allergik təsirlər göstərə bilər. Antibiotiklərdən həkim təyinatı olmadan istifadə qulağı kar edə, böyrək problemlərinə səbəb ola bilər. Sovet dövründə antibiotiklərdən istifadə geniş yayılmışdı. İndi də bəzi insanlar həkim təyinatı olmadan antibiotikləri alaraq istifadə edirlər. Təbii ki, buna son qoyulmalıdır".

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və Sanitariya-Epidemioloji Nəzarət Şöbəsinin müdiri Nəzifə Mürsəlova Ümumdünya Antimikrob Preparatlardan Düzgün İstifadəyə dair Maarifləndirmə Həftəsinə həsr olunmuş virtual mətbuat konfransında bildirib ki, hazırda antibiotiklər reseptlə buraxılan dərmanlar sırasındadır: "Bu gün apteklərdə hər kəs istənilən antibiotiki ala bilər. Bu cür dərmanlar açıq satışda var və buna heç bir nəzarət yoxdur. Bu, bizim problemimiz idi. Bu məsələ qanunvericilikdə tənzimlənir, təəssüf ki, bu tənzimlənmə kağız üzərində qalır. COVID-19 dövründə problem daha da artdı. Bu qanunvericiliyin yerlərdə işləməsi istiqamətində işlər gücləndirilməli, ona nəzarət artırılmalıdır. Dövlət səviyyəsində bu məsələyə sərt nəzarət olmalıdır".

Koronavirusdan ölüm artır - Səbəblər virusun özü qədər qorxuludur>>

Milli Məclisin Səhiyyə komitəsinin üzvü, deputat Müşfiq Məmmədli Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, antibiotiklərin satışı "Əhalinin sağlamlığının qorunması haqqında" qanunla müvafiq qaydada tənzimlənir:

"Bu, qanunvericilikdə olan hər hansı boşluq yox, qanunun icrası ilə bağlı problemdir. Qanunların icra müxanizmi NK-nın müvafiq qərarları ilə tənzimlənir. Ola bilər ki, bu məsələ də icra mexanizmində yaranan anlaşılmazlıqla bağlı ola bilər. Qanun antibiotiklərin satışını kifayət qədər tənzimləyir. İşçi qaydada təlimatlarla bu məsələyə baxılmalıdır", - deyə deputat bildirib.

M.Məmmədli bildirir ki, antibiotiklərin kortəbii təyini mənfi təsirə səbəb ola bilər. Koronavirusla mübarizədə isə bu, daha təhlükəlidir: "Çünki koronavirusa yüngül yoluxmada müalicə əsasən orqanizmin gücləndirilməsi, immun sisteminin möhkəmləndirilməsi ilə bağlı aparılır. Antibiotiklərdən istifadə isə orqanizmi, immun sistemini zəiflədir. Bu, o demək deyil ki, xəstələrə antibiotik ümumiyyətlə təyin olunmamalıdır. Sadəcə olaraq bunun üçün tibbi göstəriş olmalıdır. Hər xəstəliyə antibiotik istifadə edilə bilməz. Bəzən insanlar özləri özlərini antibiotiklərlə müalicə edirlər. Ona görə də antibiotiklər reseptsiz buraxılmamalıdır. Bu, beynəlxalq təcrübəyə əsaslanır. Antibiotiklər həkimlərin təyinatı ilə resept əsasında satılmalıdır".

12
Teqlər:
Müşfiq Məmmədli, Nəzifə Mürsəlova, Adil Qeybulla, antibiotik, Koronavirus, epidemiya, COVID-19
Koronavirus testi, arxiv şəkli

TƏBİB Azərbaycanda koronavirus testlərinin bitməsi barədə məlumatlara aydınlıq gətirdi

11
(Yenilənib 19:41 26.11.2020)
Bu problemin aradan qaldırılması məqsədilə, simptomsuz təmaslılardan testlərin götürülməsinə müvəqqəti məhdudiyyət qoyulması qərara alınıb.

BAKI, 26 noyabr - Sputnik. Azərbaycanda koronavirus (COVID-19) ilə əlaqədar aparılan testlərin bitməsi barədə yayılan məlumatlar həqiqəti əks etdirmir.

Bu barədə Sputnik Azərbaycan-a TƏBİB-dən məlumat verilib. 

"Bildiririk ki, ölkəmizdə koronavirusun diaqnozu üçün kifayət qədər test ehtiyatı mövcuddur. Sadəcə olaraq, gün ərzində götürülən testlərin sayı çox olduğundan bu, laboratoriyaların iş gücünə təsir göstərir. Nəticədə, təbii olaraq testin nəticələri bir qədər gecikmiş olur", - TƏBİB bildirib.

Məlumatda o da qeyd olunub ki, bu problemin aradan qaldırılması məqsədilə, simptomsuz təmaslılardan testlərin götürülməsinə müvəqqəti məhdudiyyət qoyulması qərara alınıb.

"Hazırda ölkədə 37 laboratoriya mövcuddur. Bu laborotoriyalarda gündəlik 10 000 testin aparılması nəzərdə tutulurdu, artıq müraciətlərin sayı çox olduğundan gün ərzində laboratoriyalara daxil olan test nümunələri nəzərdə tutulduğundan 2 dəfə (19178 test) artıb", - deyə məlumatda bildirilir. 

11
Teqlər:
test, korona virusu, Koronavirus, epidemiya, COVID-19, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi, TƏBİB

Rusiyalı sülhməramlılar Laçın dəhlizində təhlükəsizliyə necə nəzarət edirlər video

0
(Yenilənib 15:04 26.11.2020)
Rusiyalı sülhməramlıların Laçın dəhlizi ilə nəqliyyat hərəkətinin təhlükəsizliyini necə təmin etdiyini videoda izləyin.

Dağlıq Qarabağda Rusiya sülhməramlıları üçtərəfli sülh razılığı və atəşkəs rejiminin təmin edilməsinə nəzarət edir. 

Hərbçilər təmas xəttində yerləşən 23 müşahidə məntəqəsindən vəziyyəti gecə-gündüz müşahidə edir. Sülhməramlılar həm də Laçın dəhlizi boyunca hərəkətin təhlükəsizliyini təmin edirlər.

Kəlbəcərə ilk daxil olan Azərbaycan hərbçiləri - FOTOLAR>>

İstehkamçılar hərbi əməliyyatlardan zərər çəkən əraziləri minalardan təmizləyirlər. Mühəndis bölmələri yolları təmizləyir, bölgədə nəqliyyat hərəkətinin tənzimlənməsinə yardım edir, habelə yaşayış məntəqələrinin su, enerji və istilik tədarükünü bərpa edir.

0