Уполномоченный по правам человека Азербайджанской Республики (омбудсмен) Сабина Алиева

Ombudsman UNICEF-in bəyanatına etiraz etdi: məlumat məqsədli şəkildə gizlədilib

144
(Yenilənib 14:08 29.10.2020)
Bu faktların bəyanatda göstərilməməsi UNICEF-in bitərəf mövqedən çıxış etməməsi və ikili standartlara yol verməsi ilə yanaşı, baş vermiş insan təlafatlarının döyüş zonası ilə bağlamaq məqsədi daşıdığını deməyə əsas verir

BAKI, 29 oktyabr — Sputnik. UNICEF-in 28 oktyabr 2020-ci il tarixli, Dağlıq Qarabağ və ətraf ərazilərdə davam edən döyüşlərlə bağlı verdiyi bəyanatında ikili standartlara yol verilərək qətlə yetirilmiş uşaqlarla əlaqədar həqiqətlərin gizlədildiyi müşahidə olunub.

Bu barədə Sputnik Azərbaycan-a Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilindən (Ombudsman) daxil olan məlumatda deyilir. Qeyd edilir ki, Səbinə Əliyeva qətlə yetirilmiş azərbaycanlı uşaqların sayının, soyadlarının və həlak olduqları rayonların adlarının məqsədli şəkildə bəyanatda göstərilmədiyini əsas götürməklə qəti etirazını bildirib və UNICEF icraçı direktoru xanım Henrietta Holsman Foreya həmin faktlarla bağlı müraciət edib.

Ombudsman bildirib ki, uşaqlar döyüş zonasına yaxınlığı olmayan, həmin zonalardan uzaq məsafədə yerləşən mülki yaşayış məntəqələrində Ermənistan silahlı qüvvələrinin Ermənistan ərazisindən atdıqları raket atəşləri nəticəsində qətlə yetiriliblər. Bu faktların bəyanatda göstərilməməsi UNICEF-in bitərəf mövqedən çıxış etməməsi və ikili standartlara yol verməsi ilə yanaşı, baş vermiş insan təlafatlarının döyüş zonası ilə bağlamaq məqsədi daşıdığını deməyə əsas verir.

Ermənistan silahlı qüvvələrinin beynəlxalq hüquq normalarını kobud şəkildə pozmaqla cəbhə bölgəsi və cəbhə bölgəsindən uzaq ərazilərdəki mülki əhalinin sıx məskunlaşdığı yaşayış məntəqələrini intensiv şəkildə atəşə tutması nəticəsində mülki əhali arasında 90 nəfər həlak olmuşdur ki, onlardan 11-i uşaqdır. Yaralanan 395 nəfərdən isə 48-i uşaqdır. Bu isə, Ermənistanın mülki əhaliyə qarşı davam etdirdiyi terror aktlarına göz yumulması beynəlxalq hüququn norma və prinsiplərinin, o cümlədən Cenevrə Konvensiyalarının, xüsusilə də BMT-nin Uşaq Hüquqları Konvensiyasının müddəalarının kobud şəkildə pozulmasına şərait yaradılması deməkdir. Yuxarıdakı faktlara və apardığı faktaraşdırıcı missiyanın nəticələrinə əsaslanmaqla Ombudsman Səbinə Əliyeva Ermənistanın Azərbaycan ərazilərinə və mülki əhaliyə hərbi təcavüzü ilə bağlı UNICEF-in regional direktoruna çağırış edərək baş vermiş insan tələfatına, o cümlədən uşaqların qətlə yetirilməsinə və yaralanmasına BMT səviyyəsində münasibət bildirilməsini tələb etməklə yanaşı, birgə faktaraşdırıcı missiyanın keçirilməsini təklif etmişdi. Bu günədək isə UNICEF tərəfindən hər hansı bir fakaraşdırıcı fəaliyyət həyata keçirilməyib.

Qeyd olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva UNICEF-in 28 oktyabr 2020-ci il tarixli, Dağlıq Qarabağ və ətraf ərazilərdə davam edən döyüşlərlə bağlı bəyanatına etirazını bildirir, həlak olan uşaqlarla bağlı yuxarıda qeyd olunan faktlara münasibətdə UNICEF tərəfindən mövqe nümayiş etdirilməsini, Ermənistanın müharibə cinayətlərinin qarşısının alınması ilə bağlı təsirli tədbirlər görülməsini, uşaqların ən ümdə maraqlarının təminini ədalət və insanlıq naminə tələb edir.

144
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə (1117)
Əlaqədar
Prezidentin köməkçisi: "Paşinyan, böyük səhv etdin"
Möhkəm ol, Bərdə! Raket bombardmanından sonra şəhərdəki vəziyyət – video
Bərdə və Goranboy yenə atəş altında
Ermənistan terroru nəticəsində Bərdədə öldürülən şəxslərin adları açıqlanıb
BQXK: Bərdəyə raket atılması nəticəsində bir könüllümüz ölüb, ikisi yaralanıb
Milli Məclisin iclası, arxiv şəkli

Milli Məclisin iclası keçiriləcək

0
(Yenilənib 10:31 24.11.2020)
“Ətraf mühitin mühafizəsi haqqında” qanuna, İnzibati Xətalar Məcəlləsinə və s. dəyişikliklər ediləcək.

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 24 noyabr — Sputnik. Bu gün Milli Məclisin növbəti plenar iclası keçiriləcək.

Sputnik Azərbaycan-ın məlumatına görə, iclasın gündəliyinə 6 məsələ daxi edilib.

Həmin məsələlər aşağıdakılardır:

1.Vətən Müharibəsində qələbə münasibətilə Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (ikinci oxunuş).

2."Azərbaycan Respublikasının "Vətən Müharibəsi Qəhrəmanı" adının təsis edilməsi haqqında" Azərbaycan Respublikası qanununun layihəsi barədə (ikinci oxunuş).

3."Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (üçüncü oxunuş).

4.Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 100 illiyi (1920-2020)" Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (ikinci oxunuş).

5."Ətraf mühitin mühafizəsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (ikinci oxunuş).

6. İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (ikinci oxunuş).

0
Teqlər:
qanun layihəsi, Milli Məclis
Ancelina Coli, arxiv şəkli

Ancelina Coli fotoqrafın həyatından film çəkəcək

3
Filmdə fotoqraf Don Makklinin həyatından bəhs olunacaq. Ancelina Don Makklin kimi fotoqrafın həyatını lentə alacağı üçün xoşbəxt olduğunu bildirib.

 

BAKI, 23 noyabr — Sputnik. Hollivud ulduzu Ancelina Coli yeni layihəsi ilə gündəmə gəlib. Sputnik Azərbaycan xəbər verir ki, məşhur aktrisa rejissor fəaliyyətinə davam edəcək. Ancelina 4 il aradan sonra yenidən film çəkəcək. Aktrisanın budəfəki ekran işi "Unreasonable Behaviour" adlanır.

Filmdə fotoqraf Don Makklinin həyatından bəhs olunacaq. Ancelina Don Makklin kimi fotoqrafın həyatını lentə alacağı üçün xoşbəxt olduğunu bildirib.

Qeyd edək ki, Coli ilk dəfə rejissor kimi özünü 2011-ci ildə sınayıb. "Unreasonable Behaviour" isə aktrisanın beşinci ekran işi olacaq.

3
Teqlər:
rejissor, film, Ancelina Coli