Əsgər, arxiv şəkli

Agentlik orduya dəstəklə bağlı müraciət etdi

32
(Yenilənib 16:45 29.10.2020)
"Ölkəmiz üçün bu məsuliyyətli dönəmdə xalqın birlik və həmrəylik nümayiş etdirərək dövlətə dəstək olması qürurvericidir"

BAKI, 29 oktyabr — Sputnik. "Bu gün Azərbaycan səhiyyəsi iki cəbhədə mübarizəni davam etdirməkdədir. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın dəstəyi ilə ön cəbhədə və koronavirusla mübarizədə səhiyyə resurslarımız səfərbər olunub və bütün lazımi addımlar atılır.  Ölkəmiz üçün bu məsuliyyətli dönəmdə xalqın birlik və həmrəylik nümayiş etdirərək dövlətə dəstək olması qürurvericidir. Vətəndaşlar tərəfindən orduya dəstək aksiyaları yüksək vətənpərvərlik hissi ilə ümumxalq hərəkatına çevrilməkdədir".

Bu barədə İcbari Tibbi Sığorta Agentliyindən Sputnik Azərbaycan-a verilən məlumatda bildirilib. Qeyd olunub ki, son zamanlar bir çox azərbaycanlı iş adamlarının səhiyyəyə, dolayısı ilə orduya dəstək məqsədli müraciətləri çoxalmaqdadır. İş adamları ölkə üzrə tibb müəssisələrinin maddi-texniki bazasının və təchizatının yaxşılaşdırılmasına dəstək olurlar. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) həmin şəxslərə öz təşəkkürünü bildirir və bu fəaliyyəti yüksək qiymətləndirir.

"Sözügedən dəstək təşəbbüslərinin artmasını nəzərə alaraq bildiririk ki, tibb müəssisələrinə müxtəlif növ yardımların edilməsi ilə bağlı fəaliyyətin mərkəzləşdirilmiş qaydada həyata keçirilməsi və yardımın səmərəliliyinin artırılması məqsədilə Agentliyə müraciət edilməsi məqsədəuyğun hesab edilir. Bununla bağlı müraciətlərin qeyd edilən elektron poçt ünvanına (support@its.gov.az) göndərilməsi xahiş olunur".

32
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə (1121)
Əlaqədar
Türkiyənin məşhur aktyoru Bərdədə baş verən terrorla bağlı paylaşım edib
Yelena Parxomenko: Özümü azərbaycanlı hesab edir və Qarabağda qələbə gözləyirəm
Müharibəyə görə həyatını itirən hərbçi və mülki şəxslərin krediti silinəcək
İsrail səfiri: "Mülki vətəndaşlara edilən hücumlar qəbuledilməzdir"
Azərbaycan əsilli müğənnidən növbəti dəstək

Cəbhəyanı ərazilərdə onlarla tank piyada əleyhinə mina, bombacıqlar aşkarlandı

16
Mina təhlükəsinə dair maarifləndirmə üzrə mütəxəsisslər tərəfindən 80 141 nəfər mülki şəxs arasında mina təhlükəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.

BAKI, 26 noyabr - Sputnik. Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ağcabədi, Ağdam, Beyləqan, Füzuli, Goranboy, Göygöl, Tərtər rayonları ərazisində mərmilərin aşkar olunması barədə Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən 38 və Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən 7 müraciət daxil olub.

ANAMA-dan Sputnik Azərbaycan-a verilən məlumata görə, daxil olmuş 45 çağırış əsasında agentliyin xüsusi mobil çevik əməliyyat qrupları tərəfindən Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birlikdə 28 operativ və təxirəsalınmaz əməliyyat çıxışı həyata keçirilib.

Aparılmış əməliyyat-axtarış tədbirləri zamanı 71 ədəd partlamamış hərbi sursat (PHS), 2 ədəd tank əleyhinə mina, 42 ədəd piyada əleyhinə mina, 4 ədəd bombacıq və 40 ədəd partlamış mərmi qalıqları aşkar olunub.

Agentliyin partlayış qrupu tərəfindən 26 ədəd mina və partlamamış hərbi sursat (PHS), 4 ədəd bombacıq zərərsizləşdirilib, mina təhlükəsinə dair maarifləndirmə üzrə mütəxəsisslər tərəfindən 80 141 nəfər mülki şəxs arasında mina təhlükəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.

16
Məktəbdə dərs prosesi, arxiv şəkli

Ümumi təhsil pilləsi nələri əhatə edəcək?

8
(Yenilənib 23:41 25.11.2020)
Ümumi təhsil pilləsi məktəbəhazırlıq mərhələsini, ibtidai, ümumi orta və tam orta təhsil səviyyələrini əhatə edəcək.

BAKI, 25 noyabr — Sputnik. Azərbaycan Respublikasında ümumi təhsil pilləsi məktəbəhazırlıq mərhələsini, ibtidai, ümumi orta və tam orta təhsil səviyyələrini əhatə edəcək.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu, Prezident İlham Əliyev tərəfindən bu gün təsdiqlənən "Təhsil haqqında" qanuna dəyişiklik edilməsi barədə qanunda əksini tapıb.

Qanuna əsasən, Ümumtəhsil məktəbi ibtidai, ümumi orta və tam orta məktəb formasında ayrı-ayrılıqda da təşkil oluna bilər.

Həmçinin, qanunda göstərilib ki, İbtidai təhsilin məqsədi təhsilalanlara oxu, yazı və hesablama bacarıqları, vətənpərvərlik və Azərbaycan xalqının dəyərlərinə, dövlət rəmzlərinə hörmət hissi aşılamaq, onlarda insan, cəmiyyət və təbiət haqqında ilkin biliklər, şəxsiyyətin formalaşdırılmasına yönəlmiş həyati bacarıqlar, sadə əmək vərdişləri, məntiqi təfəkkür elementləri, bədii-estetik keyfiyyətlər və digər xüsusiyyətlər formalaşdırmaqdan ibarətdir.

Eyni zamanda ümumi orta təhsilin məqsədi təhsilalanlarda nitq, yazı və ünsiyyət mədəniyyətinin, sağlam həyat tərzinin formalaşdırılmasını, onların dövlətə və dövlətçiliyə, Azərbaycan xalqının dəyərlərinə və ümumbəşəri dəyərlərə sədaqət ruhunda tərbiyə olunmasını, insan hüquq və azadlıqlarına hörmətlə yanaşmasını, idrak fəallığının və məntiqi təfəkkürünün inkişafını, müvafiq təhsil proqramı üzrə əldə etdiyi bilikləri tətbiq etmək, müasir informasiya-kommunikasiya texnologiyalarından istifadə etmək, cəmiyyətdə baş verən hadisələri dəyərləndirmək, öz gələcək həyat yolunu və fəaliyyət istiqamətlərini müəyyənləşdirmək, müstəqil öyrənmə və qərar qəbuletmə bacarığını, peşə seçiminə və əmək fəaliyyətinə hazırlığını təmin etməkdən ibarətdir.

8