Anket doldurmaq, arxiv şəkli

Nazirlikdən axtaranlara xoş xəbər - Bu layihəyə müraciət davam edir

53
(Yenilənib 18:58 27.10.2020)
Layihədə aztəminatlı ailələrin üzvləri, məcburi köçkünlər, əlilliyi olan şəxslər, ünvanlı sosial yardım alanlar və həssas qruplardan olan digər şəxslərlə yanaşı, şəhid ailəsi üzvlərinə də üstünlük verilir.

BAKI, 27 oktyabr — Sputnik. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin özünüməşğulluq proqramının genişləndirilməsinə dəstək məqsədilə kommersiya banklarının icra etdiyi "Özünüməşğulluğa Dəstək Layihəsi"nə müraciətlərin qəbulu davam edir. Nazirlikdən Sputnik Azərbaycan-a verilən məlumatda bildirilir ki, layihədə aztəminatlı ailələrin üzvləri, məcburi köçkünlər, əlilliyi olan şəxslər, ünvanlı sosial yardım alanlar və həssas qruplardan olan digər şəxslərlə yanaşı, şəhid ailəsi üzvlərinə də üstünlük verilir. Məqsəd aztəminatlı əhali qruplarının kiçik sahibkarlığa çıxışına şərait yaratmaqla gəlir imkanlarının artırılmasıdır.

Layihədən yararlanmaq üçün Nazirliyin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin məşğulluq layihələri üzrə vahid onlayn qeydiyyat sistemi (https://forms.gle/bJ4uBBB8fNPFeYyc9) olan "Layihələr üzrə müraciət forması"na daxil olaraq qeydiyyatdan keçmək olar. Layihəyə qoşulmaq üçün e-sosial.az portalında "Məşğulluq" altsistemi vasitəsilə də müraciət etmək mümkündür. 2020-ci il ərzində 1000 nəfər işsiz şəxs üçün bankların dəstəyi ilə kiçik bizneslərin yaradılması nəzərdə tutulub. Onlardan artıq bir hissəsinə banklar tərəfindən aktivlər verilib və bu proses davam edir.

53
Rusiyada həkim

Şimal qonşumuzda bir gündə 300-dən çox adam koronavirusdan öldü

5
Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 62,7 milyonu keçib, 1,45 milyondan çox adam isə virus səbəbilə ölüb

BAKI, 30 noyabr — Sputnik. Son bir sutka ərzində Rusiyada 26 338 koronavirusa yeni yoluxma halı aşkarlanıb. Sputnik Azərbaycan Rusiya Operativ Qərargahına istinadən xəbər verir ki, bir gün ərzində qonşu ölkədə 368 nəfər ölüb.

Ümumilikdə, Rusiyada bu xəstəliyə yoluxanların sayı 2 milyon 295 654 nəfərə çatıb. Rusiyada pandemiya yayılandan 39895 nəfər COVID-19-dan vəfat edib. Ölkədə bu virusdan sağalanların sayı 1778704-ə çatıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 62,7 milyonu keçib, 1,45 milyondan çox adam isə virus səbəbilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

5
Teqlər:
Rusiya, Koronavirus, COVID-19
Hadisə yerində

İranlı nüvə alimin ölümündə yeni detallar

9
Terrorun törədildiyi ərazidən toplanan silahın fraqmentlərində İsrailin hərbi sənayesinin texniki xüsusiyyətləri və loqosu var.

BAKI, 30 noyabr — Sputnik. İranın nüvə alimi Möhsün Fəxrizadənin qətlində istifadə olunan silah İsraildə istehsal olunub. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə İranın "Press TV" telekanalı mənbəyə istinadən xəbər verir.

"Terrorun törədildiyi ərazidən toplanan silahın fraqmentlərində İsrailin hərbi sənayesinin texniki xüsusiyyətləri və loqosu var".

Xatırladaq ki, noyabrın 27-də Tehranın şimal şərqində yerləşən Absərd şəhərində M.Fəxrizadəyə sui-qəsd edilib. Əvvəlcə partlayış törədilib, daha sonra odlu silahdan atəş açılıb. Ağır yaralanan M.Fəxrizadə xəstəxanada dünyasını dəyişib.

İran alimin ölümündə İsraili günahlandırır. Belə bir bəyanatla həm İranın Prezidenti Həsən Ruhani, həm də xarici işlər naziri Məhəmməd Cavad Zərif bildirib.

İran Prezidenti, həmçinin qeyd edib ki, bu cinayət İranın atom sahəsindəki inkişafına təsir etməyəcək.

9
Teqlər:
İsrail, İran, Məhəmməd Cavad Zərif, Həsən Ruhani, Tehran, iranlı, alim, qətl