Baş Prokurorluğun binası, arxiv şəkli

Baş Prokurorluq qeyri-rəsmi məlumat yayanlara xəbərdarlıq etdi

13
(Yenilənib 16:10 24.10.2020)
Bu tipli hərəkətlər düşmənin informasiya əldə etməsinə şərait yaratmaqla yanaşı, hərbçilərimizin həyati təhlükəsinə səbəb olmaqdadır.

BAKI, 24 oktyabr — Sputnik. 2020-ci il sentyabrın 27-dən başlayaraq cəbhənin bütün istiqamətlərində Azərbaycan Ordusu uğurlu əks-hücum əməliyyatlarını davam etdirərək düşmənə sarsıdıcı zərbələr endirir.

Bu barədə Azərbaycan Respublikası Baş Prokurorluğunun Mətbuat xidmətinin yaydığı məlumatda deyilir.

"Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin televiziya ilə xalqa müraciətlərində və sosial şəbəkələrdəki rəsmi səhifələri vasitəsilə düşməndən azad edilmiş şəhər və kəndlərimiz, ələ keçirilmiş döyüş mövqeləri, hərbi texnika və silah-sursatlar barədə vətəndaşlarımıza mütəmadi məlumatlar verilir.

Bununla yanaşı, vətəndaşlarımız Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu hərbi əməliyyatlar və ön xətdəki yerdəyişmələr barədə Müdafiə Nazirliyi tərəfindən gün ərzində mütəmadi olaraq rəsmi qaydada məlumatlandırılır.

Lakin, bəzi sosial şəbəkə istifadəçiləri və kütləvi informasiya vasitələrinin nümayəndələri tərəfindən Azərbaycan Ordusunun bir sıra yaşayış məntəqələrini işğaldan azad etməsinə və digər əməliyyatlarına dair video, foto və informasiyaların yayılması, eləcə də döyüş əməliyyatlarının aparıldığı istiqamət və cari vəziyyətlə bağlı müxtəlif şəxsi fikirlərin paylaşılaraq hadisələri qabaqlamağa çalışma cəhdləri müşahidə olunur.

Bu tipli hərəkətlər düşmənin informasiya əldə etməsinə şərait yaratmaqla yanaşı, hərbçilərimizin həyati təhlükəsinə səbəb olmaqdadır.

Azərbaycan Respublikası Baş Prokurorluğu ölkəmizdə olan müharibə vəziyyətini nəzərə alaraq sosial şəbəkə istifadəçiləri və kütləvi informasiya vasitələrinin nümayəndələrini bu tipli hərəkətlərə yol verməməyə çağırır.

Nəzərə çatdırırıq ki, bu kimi hərəkətlər qanunvericiliklə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur".

13
Bərbərxana, arxiv şəkli

Restoran bərbərxanaların fəaliyyəti dayandırılıb

8
Noyabrın 30-dək bütün ölkə ərazisində restoran, bərbərxana və gözəllik salonlarının fəaliyyəti dayandırılıb.

BAKI, 28 noyabr — Sputnik. Bu gündən noyabrın 30-dək bütün ölkə ərazisində restoran, bərbərxana və gözəllik salonlarının fəaliyyəti dayandırılıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarında bildirilir.

Qərara əsasən, 2020-ci il 21 noyabr saat 00:00-dan 28 dekabr saat 06:00-dək şənbə və bazar günləri həyati əhəmiyyət kəsb edən fəaliyyət növləri, o cümlədən aptek və ərzaq mağazaları istisna olmaqla digər bütün sahələr üzrə, həmçinin, restoran, bərbərxana və gözəllik salonlarında xidmət dayandırılır.

8
Teqlər:
epidemiya, pandemiya, restoran, bərbər, Nazirlər Kabineti yanında Operativ Qərargah
Bakı şəhər Baş Polis İdarəsi, arxiv şəkli

Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat xidməti ləğv edilib

7
Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidməti fəaliyyət göstərməyəcək, "Polis" qəzetinin də nəşri dayandırılıb.

BAKI, 28 noyabr — Sputnik. Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat xidməti ləğv edilib.

Sputnik Azərbaycan-ın məlumatına görə, bundan sonra idarənin bu xidməti fəaliyyət göstərməyəcək. Xidmət Daxili İşlər Nazirliyinin KİV və İctimaiyyətlə əlaqələr şöbəsinə birləşdirilib.

Məlumata görə, həmçinin Bakı Şəhər Baş Polis İdarəsinin "Polis" qəzetinin də fəaliyyəti dayandırılıb.

Xatırladaq ki, BŞBPİ-nin mətbuat katibi Elşad Hacıyev noyabrın 26-da daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Kütləvi İnformasiya və İctimaiyyətlə Əlaqələr Şöbəsinə rəis təyin edilib.

7
Teqlər:
polis, Elşad Hacıyev, Azərbaycan Respublikasının daxili işlər naziri, daxili işlər naziri, Vilayət Eyvazov, Bakı Şəhər Baş Polis İdarəsi