CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Gəncədən mesaj: Başqa ərazilərə köçən yoxdur

© Sputnik / Mihail Voskresenskiy / Mediabanka keçidОбострение ситуации вокруг Нагорного Карабаха
Обострение ситуации вокруг Нагорного Карабаха - Sputnik Azərbaycan
Abunə olmaq
Məlumatda bildirilir ki, ermənilərin atdıqları raketlər nəticəsində evləri dağılan və həlak olanların ailə üzvləri diqqətdə saxlanılır, onların problemləri ilə diqqətdə saxlanılır

BAKI, 23 oktyabr — Sputnik. Sentyabrın 27-dən bu günə qədər Ermənistan silahlı qüvvələrinin 5 dəfə terror törətdiyi Gəncə şəhərində vəziyyət stabildir.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Gəncə şəhər İcra hakimiyyətinin məlumatında deyilir.

Qeyd edilir ki, hazırda şəhərdə həyat öz axarı ilə davam edir, əhali arasında heç bir ruh düşkünlüyü yoxdur: "Dəfələrlə erməni təcavüzünə məruz qalsa da, əhali Azərbaycan Ordusuna inanır. Əhali anlayır ki, Ermənistan döyüş meydanında uduzduğu üçün mülki insanları hədəf alır, terror vasitəsilə Azərbaycana təsir etməyə cəhd edir. Amma Gəncə əhalisi daim Ali Baş Komandanın, Azərbaycan Ordusunun yanındadır. İnanırıq ki, torpaqlarımız tezliklə tam olaraq işğaldan azad olunacaq və ərazi bütövlüyümüz təmin ediləcək. Hazırda şəhər ərazisində vəziyyət tam normaldır, əhali gündəlik işləri ilə məşğuldur. Şəhər ərazisində sərnişin marşrutları da fəaliyyətini davam etdirir, evlərini tərk edib başqa ərazilərə köçən yoxdur".

Məlumatda bildirilir ki, ermənilərin atdıqları raketlər nəticəsində evləri dağılan və həlak olanların ailə üzvləri diqqətdə saxlanılır, onların problemləri də diqqətdə saxlanılır: "Müvəqqəti sığınacaqlarda yerləşdirilən ailələrə tez-tez baş çəkilir, problemləri ilə maraqlanılır".

Xatırladaq ki, sentyabrın 27-dən bu günə qədər Ermənistan Gəncə şəhərini 5 dəfə raket atəşinə tutub. Azərbaycan Hərbi Hava Qüvvələrinin səyi nəticəsində ermənilərin 2 həmləsinin qarşısı alınıb.

Xəbər lenti
0