QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

İş adamı Türkiyədən ordumuza tonlarla dərman yolladı

© AP Photo / Burhan OzbiliciТабло с флагами Азербайджана и Турции, фото из архива
Табло с флагами Азербайджана и Турции, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
"Helba İlaç" şirkətinin sahibi olan Vəfadar Həsənov Silahlı Qüvvələrə Yardım Fonduna nə az, nə çox, düz 30 ton tibbi yardım göndərib.

BAKI, 19 oktyabr — Sputnik. Ali Baş Komandan İlham Əliyevin  rəhbərliyi ilə Azərbaycan 30 illik işğala son qoymaq üçün Vətən müharibəsinə başlayıb.

Sputnik Azərbaycan xəbər verir ki, bütün ölkə müsəlləh əsgər kimi silahlı qüvvələrimizin və onun ali rəhbərinin ətrafında yumruq kimi birləşib.

© Photo : Courtesy of Vafadar HasanovVəfadar Həsənovun Azərbaycana göndərdiyi yardım
İş adamı Türkiyədən ordumuza tonlarla dərman yolladı - Sputnik Azərbaycan
Vəfadar Həsənovun Azərbaycana göndərdiyi yardım

Təkcə ölkə daxilində deyil, dünyanın dörd bir yanında yaşayan soydaşlarımız, qədirbilən qardaşlarımız da bu vətən savaşına öz töhfələrini vermək üçün əllərindən gələni əsirgəmirlər.

Türkiyədə yaşayan azərbaycanlı iş adamı Vəfadar Həsənov da ürəyi vətən segisi ilə döyünən soydaşlarımızdandır.

© Photo : Courtesy of Vafadar HasanovTürkiyədə yaşayan azərbaycanlı iş adamı Vəfadar Həsənov
İş adamı Türkiyədən ordumuza tonlarla dərman yolladı - Sputnik Azərbaycan
Türkiyədə yaşayan azərbaycanlı iş adamı Vəfadar Həsənov

"Helba İlaç" şirkətinin sahibi olan Vəfadar Həsənov Silahlı Qüvvələrə Yardım Fonduna nə az, nə çox, düz 30 ton tibbi yardım göndərib. Həmin tibbi yardımlar minlərlə hərbçimizin, düşmən atəşi nəticəsində yaralanan xeyli sayda mülki insanlarımızın dadına çatacaq, onları yenidən həyata qaytaracaq.

Xəbər lenti
0