Gəncədə vəziyyət

İki qurumun rəhbərləri raketin düşdüyü əraziyə baş çəkdilər: hər şey yenidən qurulmalıdır

123
(Yenilənib 19:22 17.10.2020)
Haqqında danışılan ərazini 24 saat fasiləsiz keyfiyyətli elektrik enerjisi ilə təchiz etmək üçün yeni yüksəkgərginlikli xəttin çəkilişi nəzərdə tutulur

BAKI, 17 oktyabr - Sputnik. Bu gün "Azərişıq" ASC-nin sədri Vüqar Əhmədov və “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev Gəncə şəhərində olublar.

Sputnik Azərbaycan-ın məlumatına görə, onlar Ermənistan silahlı qüvvələrinin Gəncə şəhərində gecə vaxtı, sakinlər yatarkən raket zərbələri endirdiyi yaşayış məhəllələrinə baş çəkiblər. Hər iki qurumun rəhbərləri şəhərin elektrik enerjisi və qaz təsərrüfatına dəymiş ziyanla maraqlanıblar. Yaranan fəsadların aradan qaldırılması üçün müvafiq tapşırıq və tövsiyələr verilib.

Həmçinin bildirilib ki, haqqında danışılan ərazini 24 saat fasiləsiz keyfiyyətli elektrik enerjisi ilə təchiz etmək üçün yeni yüksəkgərginlikli xəttin çəkilişi nəzərdə tutulur. Sıradan çıxan qaz şəbəkəsinin yenilənməsindən ötrü qaz boruları, eləcə də digər avadanlıqlarla təminat diqqətdə saxlanılır.

"Azərişıq" ASC-nin sədri Vüqar Əhmədov və “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev yerli sakinlərlə söhbətlərində düşmənin Gəncə şəhərinin heç bir hərbi infrastrukturun olmadığı yaşayış məhəllələrinə gecə vaxtı, insanlar yatarkən raket zərbələri endirməsini bir daha pisləyiblər.

123
Teqlər:
ölənlər və yaralılar, dinc əhali, raket zərbələri, erməni təxribatı, Gəncə
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə (1184)
Əlaqədar
Gəncə terroru barədə daha bir bəyanat
Kamran Əliyev: Ermənistanın siyasi rəhbərliyi məsuliyyətə cəlb ediləcək
Raket Aybəniz Haşımovanın bacısının evini dağıtdı
Avropa İttifaqı Ermənistanın Gəncəyə raket hücumunu pislədi
Ombudsman: "Ermənistan beynəlxalq hüququn tələblərini tanımır"
 Pandemiya zamanı imtahan, arxiv şəkli

Qəbul imtahanlarında müharibə sualları - Gözlənilən yenilik

4
(Yenilənib 19:59 18.01.2021)
"Dövlət İmtahan Mərkəzinin qəbul imtahan qaydalarında xüsusi bir qeyd var ki, son dövrlərdə baş verən və imtahan iştirakçılarının canlı şahidi olduğu hadisələr də birbaşa test tapşırıqlarında istifadə edilə bilər".

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 18 yanvar — Sputnik. Bu il ali məktəblərə qəbul imtahanlarına yeni tip suallar salınacaq. Bu barədə Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə məlumat verib. O bildirib ki, qəbul imtahanlarında mütləq Vətən müharibəsi ilə bağlı suallar olacaq. Suallar Tarix fənnindən olacaq: "Vətən müharibəsi ilə bağlı "Abituriyent 1" jurnalında müəyyən məqalələr çap olunacaq. Bu suallar da həmin materialların əsasında hazırlanacaq. Bu, ona görədir ki, imtahanda iştirak edən şəxs o məqalədən məlumatlar əldə edə bilsin. Tarix dərsliyimizdə işğaldan azad olunan rayonların işğal tarixləri qeyd edilib. Lakin indi həmin rayonlar azaddır. Bizim qəbul imtahanında real tarix haqqında sual verməyə ixtiyarımız var. Çünki 17-18 yaşında olan şagirdlər bu tarixi yaşayıb".

DİM Mərkəzinin bu açıqlaması sosial platformalarda müəyyən müzakirələrə yol açıb. Sputnik Azərbaycan qəbul imtahanlarında dərsliklərdə olmayan mövzuların imtahan suallarına salınması məsələsini araşdırıb.

Təhsil üzrə ekspert Kamran Əsədov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, ali təhsil müəssisələrinə qəbul imtahanlarına yalnız dərsliklərdə olan mövzulardan suallar salınması tövsiyə edilir: "Eyni zamanda, Dövlət İmtahan Mərkəzinin qəbul imtahan qaydalarında xüsusi bir qeyd var ki, son dövrlərdə baş verən və imtahan iştirakçılarının canlı şahidi olduğu hadisələr də birbaşa test tapşırıqlarında istifadə edilə bilər. Bunun üçün isə elmi və elmi-kütləvi jurnallarda, ədəbiyyatlarda həmin mövzular birmənalı şəkildə əks olunmalıdır. Azərbaycan ali məktəblərinə qəbul imtahanlarında iştirak edən hər bir abituriyent Dövlət İmtahan Mərkəzinin çap etdiyi "Abituriyent 1" jurnalını oxuyur. Bütün abituriyentlərə bu tövsiyə olunur ki, qəbul imtahanlarında istifadə ediləcək mövzularla tanış olsunlar, eləcə də oradakı məqalələri oxusunlar. Təbii ki, Azərbaycanın son dövrdə əldə etdiyi ən mühüm nailiyyət Vətən müharibəsində qazandığı qələbədir. Ona görə də bu mövzu qəbul imtahanlarının suallarında istifadə oluna bilər. Yəqin ki, bu çətin test tapşırığı formatında olmayacaq. Çox güman ki, xronologiya tipli test tapşırığı, işğaldan azad edilmiş ərazilərimizlə bağlı sual ola bilər. Bu həmin ərazilərdəki mədəni-tarixi abidələrimizin dağıdılması, abidələrin hansının işğal altında olduğuna dair ola bilər. Buna da hər bir abituriyent asanlıqla cavab verəcək. Düşünmürəm ki, Azərbaycanda abituriyentlər bu tip suallara cavab verməkdə çətinlik çəksinlər. Digər tərəfdən də bu tip sualların sayı o qədər də çox olmayacaq. Nəzərə alaq ki, ancaq bir fənn üzrə - tarix fənnindən salınacaq. Amma ola bilər ki, gələcəkdə mətnlə verilmiş test tapşırıqlarına Vətən müharibəsində iştirak edən qəhrəmanlarımızla bağlı mətnlər salınsın. Test tapşıqlarında işğaldan azad edilmiş ərazilərimizin coğrafiyası, çayları, təbii-ehtiyatları ilə bağlı suallar da yer ala bilər. Xarici dillərlə bağlı suallarda da Vətən müharibəsi ilə bağlı mətnlərin tərcüməsi tələb oluna bilər. Hər bir fəndə Vətən müharibəsi ilə bağlı suallar yer ala bilər. Bu da normal qəbul edilməlidir. Biz çalışmalıyıq ki, abituriyentlər bu mövzularda müəyyən biliyə malik olsun, bu mövzuları mənimsəsinlər".

4
Televizora baxan adam, arxiv şəkli

Teleradio yayımı ilə bağlı qanunvericilik təkmilləşdiriləcək

4
(Yenilənib 17:53 18.01.2021)
Avropa ölkələrinin, Türkiyənin, Gürcüstanın, Ukraynanın, Qazaxıstanın və Rusiya Federasiyasının bu sahədə olan qanunvericilik yenilikləri öyrənilib.

BAKI, 18 yanvar — Sputnik. Milli Televiziya və Radio Şurası 2020-ci il ərzində televiziya və radio yayımı ilə bağlı Azərbaycan qanunvericiliyinin daha da təkmilləşdirilməsi istiqamətində müvafiq layihələr hazırlayıb və aidiyyəti qurumlar qarşısında təkliflərlə çıxış edib. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Milli Televiziya və Radio Şurasının 2020-ci il üzrə hesabatında bildirilib.

Qeyd olunub ki, bu məqsədlə Şura Aparatının Hüquq və beynəlxalq əlaqələr şöbəsi qabaqcıl Avropa ölkələrinin, Türkiyənin, Gürcüstanın, Ukraynanın, Qazaxıstanın və Rusiya Federasiyasının bu sahədə olan qanunvericilik yeniliklərini öyrənib, Azərbaycanın yerli xüsusiyyətləri nəzərə alınmaqla bu yenilikləri ehtiva edən layihələr təqdim olunub.

4