Ombudsman Səbinə Əliyeva

Ombudsman Gəncədə faktaraşdırıcı missiya həyata keçirir

23
Ermənistanın bu dəfə də mülki obyektləri, uşaq, qadın, əlilliyi olan şəxslər və ahıl insanların da yaşadığı evləri qəsdən hədəfə alması nəticəsində 3-ü uşaq olmaqla 13 nəfər həlak olub, 52 nəfər ağır dərəcəli xəsarətlər alıb, 2 uşağın taleyi barədə məlumat yoxdur

BAKI, 17 oktyabr — Sputnik. Oktyabr ayının 17-də, gecə saat 01 radələrində Ermənistan növbəti dəfə müharibə cinayəti törədərək cəbhə bölgəsindən uzaq məsafədə yerləşən, əhalinin sıx məskunlaşdığı, Azərbaycanın ikinci böyük şəhəri Gəncəni raket atəşinə tutub. Qadağan olunmuş silahlardan istifadə etməklə həyata keçirilmiş bu hücum çoxsaylı insan tələfatı və ciddi dağıntılarla nəticələnib.

Ombudsman Aparatından Sputnik Azərbaycan-a bildirilib ki, işğalçı Ermənistan 10 oktyabr 2020-ci il tarixdən saat 12:00-dan etibarən elan edilmiş humanitar atəşkəs rejiminin tələblərini təkrarən kobud şəkildə pozmaqla BMT Nizamnaməsinə, beynəlxalq hüququn ümumi norma və prinsiplərinə, o cümlədən beynəlxalq humanitar və insan hüquqları normalarına bir daha açıq hörmətsizlik nümayiş etdirir.

Ombudsman Səbinə Əliyeva Ermənistan silahlı qüvvələrinin Gəncə şəhərində törətdiyi növbəti terror aktı nəticəsində baş vermiş insan təlafatı ilə əlaqədar insan hüquqlarının kobud şəkildə pozulmasını təsdiq edən faktların və dəymiş zərərin beynəlxalq hüquq normaları çərçivəsində qiymətləndirilməsi və beynəlxalq ictimaiyyətinin diqqətinə çatdırılması məqsədi ilə Gəncə şəhərində faktaraşdırıcı missiya həyata keçirir. Missiya çərçivəsində Ombudsman Səbinə Əliyeva həlak olmuş şəxslərin yaxınları, yaralanmış və zərərçəkmiş şəhər sakinləri ilə görüşüb, dağıdılmış yaşayış evlərinə və digər infrastruktur obyektlərinə baş çəkərək araşdırma aparıb. Ombudsman, həmçinin hər iki valideyni dağıntılar altında qalan və hazırda taleləri barədə məlumat olmayan yaralanmış uşağa da baş çəkib.

Mövcud problemlərin yerində həll olunması ilə bağlı aidiyyəti qurumlarla birgə müvafiq tədbirlər görülüb. Ermənistanın bu dəfə də mülki obyektləri, uşaq, qadın, əlilliyi olan şəxslər və ahıl insanların da yaşadığı evləri qəsdən hədəfə alması nəticəsində 3-ü uşaq olmaqla 13 nəfər həlak olub, 52 nəfər ağır dərəcəli xəsarətlər alıb, 2 uşağın taleyi barədə məlumat yoxdur. Dağıntılar altında qalanların xilasetmə tədbirləri davam etdirilir. Təcavüzkar Ermənistanın növbəti ağlasığmaz qəddarlığı Azərbaycanın dinc əhalisinə hədəflənmiş terror aktı, insanlıq əleyhinə yönəlmiş müharibə cinayəti kimi beynəlxalq təşkilatlar, dünya dövlətləri tərəfindən kəskin şəkildə pislənməli, həmin cinayəti törədənlər beynəlxalq hüquqi məsuliyyətə cəlb olunaraq cəzalandırılmalıdır. Ermənistanın terror əməllərini dəstəkləyənlər bu hadisələrdən lazımi nəticə çıxarmalı, susqunluq nümayiş etdirməməlidirlər. Qeyd olunmalıdır ki, Ermənistanın dinc əhaliyə qarşı törətdiyi bu vandalizmin beynəlxalq təşkilatların diqqətinə çatdırılması məqsədilə Ombudsman Səbinə Əliyeva tərəfindən beynəlxalq ictimaiyyətə növbəti bəyanat ünvanlanıb, faktaraşdırıcı missiyanın materialları əsasında hesabat hazırlanaraq beynəlxalq təşkilatlara göndəriləcək.

23
Teqlər:
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, dinc sakinlər, ölənlər və yaralılar, raket zərbələri, erməni təxribatı, Gəncə
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə (1184)
Əlaqədar
Gəncənin Ermənistan tərəfdən raket atəşinə tutulması nəticəsində 2 azyaşlı itkin düşüb
Erməni faşizminin Gəncədə üzə çıxan sübutları - Bu kadrlar ürək ağrıdır
BMT ermənilərin Gəncədə mülki şəxsləri hədəf alan hücumunu kəskin şəkildə qınadı
Gəncəyə raket zərbəsi Azərbaycan-Gürcüstan elektrik xəttində qəza törədib
Gecə bombardmanından sonra Gəncədə axtarış-xilasetmə əməliyyatları necə gedir – VİDEO
Xəstəxana

Qobustanda kütləvi zəhərlənmə baş verib

6
(Yenilənib 10:59 27.01.2021)
Onlar kustar üsulla quraşdırılan qızdırıcının nasazlığı səbəbindən mənzilə dolan dəm qazından zəhərləniblər.

BAKI, 27 yanvar - Sputnik. Qobustan rayonunda dəm qazından kütləvi zəhərlənmə hadisəsi baş verib.

Sputnik Azərbaycan APA-ya istinadla xəbər verir ki, hadisə ötən gecə Qobustan şəhərinin Tofiq İsmayılov küçəsindəki 66 nömrəli mənzildə qeydə alınıb.

Rayon sakinləri - 2003-cü il təvəllüdlü Rəhimli Zərifə İlham qızı, 2007-ci il təvəllüdlü Rəhimli Elçin İlham oğlu, 2015-ci il təvəllüdlü Rəhimli Elnur İlham oğlu, 1982-ci il təvəllüdlü Rəhimova Rəna Əli qızı, 1954-cü il təvəllüdlü Rəhimova Qənifə Ağaşiraz qızı və 1944-cü il təvəllüdlü Əkbərova Zivər Ağaşiraz qızı kustar üsulla quraşdırılan qızdırıcının nasazlığı səbəbindən mənzilə dolan dəm qazından zəhərləniblər.

Ailə üzvləri Qobustan rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.

6
Sinif otağında dərs prosesi, arxiv şəkli

Məktəblə bağlı suallar - direktorlara göndərilən kağızlarda yazılıb?

65
(Yenilənib 00:09 27.01.2021)
Məktəb direktorlarına dərslərin hibrid formada təşkili üçün xüsusi təlimat göndərilib. Hətta sinifdə bircə şagird belə olsa, ona dərs keçiləcək

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 27 yanvar — Sputnik. Fevral ayının 1-dən etibarən ölkə üzrə ümumtəhsil müəssisələrində ənənəvi təhsil qismən bərpa olunur. Nazirlər Kabineti yanında Operativ Qərərgahın qərarına əsasən, məktəblərdə dərslər hibrid formada təşkil olunacaq. Belə ki, Bakı Abşeron, Sumqayıt və digər iri şəhərlərdə dərslər həftədə üç dəfə əyani, kənd yerlərində, şagird sıxlığının az olduğu məktəblərdə isə dörd-beş dəfə ənənəvi formada keçiriləcək. Koronavirus pandemiyası dövründə şagirdlərin ənənəvi təhsilə cəlb olunması könüllü xarakter daşıdığından valideynləri düşündürən əsas məqamlardan biri siniflərin necə bölünəcəyi, hər qrupda neçə şagirdin olacağı və məktəbə getməyən şagirdlərin dərs proqramını necə mənimsəyəcəyi barədədir.

Sputnik Azərbaycan bu suallara aydınlıq gətirməyə çalışıb.

Valideyn Gülnar Səfərova Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, artıq sinif rəhbərləri onlayn valideyn iclasları keçirərək əyani təhsil alacaq şagirdlərin siyahısını hazırlayırlar. Övladı 3-cü sinifdə oxuyan G.Səfərova bildirir ki, valideynlərin bir qismi məktəblərin açılmasına sevinsə də, aralarında uşağını məktəbə göndərmək istəməyənlər də var: "Məktəblərin açılmasını gözləsək də, valideynlərin bəziləri uşağını məktəbə göndərməyə ehtiyat edir. Amma bilmirik ki, hər sinifdən iki-üç şagird məktəbə getsə, əyani təhsil veriləcəkmi?"

Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Cəsarət Valehov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, bununla bağlı məktəb direktorlarına təlimatlar göndərilib.

Bakı şəhəri 53 saylı məktəbin direktoru Tünzalə Zeynalova Sputnik Azərbaycan-a açıqlamasında valideynləri düşündürən bir sıra məqamlara aydınlıq gətirib. O bildirib ki, 2020-2021-ci il üzrə tədrisin ikinci yarımilində dərslər hibrid formada təşkil olunacaq. T.Zeynalovanın sözlərinə görə, ikinci yarımildən təhsil müəssisələri mərhələli şəkildə açılacaq:

"Bakı şəhərində dərslər 3 gün əyani, 3 gün distant formada təşkil olunacaq. Bizim məktəbdə üç mindən artıq şagird təhsil alır. Dərslər həftədə üç dəfə əyani, üç dəfə isə distant keçiriləcək. Məktəbimizdə ibtidai siniflərdə şagird sayı 1200-ə yaxındır. Hər sinifdə isə 40-dan yuxarı şagird sayı var. Siniflər iki qrupa bölünüb. NK-nın 10 sentyabr tarixli qərarına əsasən, bununla bağlı bütün məktəblərə təlimat göndərilib. Təlimata görə, sinif otaqlarında hər parta arxasında bir şagirdin oturması təmin edilməlidir. Şagirdlər arasında məsafə isə 1,5 metrdən az olmamalıdır".

T.Zeynalova deyir ki, əyani təhsil alan şagirdlərin sayı hər qrupda iki nəfər olsa belə, dərs əyani formada həftədə üç dəfə keçiriləcək: "Qruplarda əyani təhsil alan şagirdlərin sayı iki-üç nəfər olsa da, əyani dərslər keçiriləcək. Məqsəd təhsilin mərhələli təşkilini təmin etməkdir".

Direktor dərs saatlarının azaldılması ilə bağlı məlumatlara da aydınlıq gətirib. O bildirib ki, dərs saatı azaldılmayacaq: "Tədris planına əsasən, əyani dərs vaxtı 45 dəqiqə, distant formada isə 30 dəqiqədir".

Şagirdlərin sinifdə tibbi maskadan istifadəsinə gəlincə, T.Zeynalovanın sözlərinə görə, tibbi maskalardan istifadə bütün yaş qrupları üzrə şagirdlər üçün məcburi deyil: "NK-nın müvafiq qərarına əsasən, 12 yaşa qədər şagirdlərə maska taxmaq vacib deyil. 12 yaşdan yuxarı şagirdlər maska taxmalıdırlar. Təhsilverənlər isə mütləq şəkildə maskadan istifadə etməlidirlər".

T.Zeynalovanın sözlərinə görə, şagirlərə parça maska taxmağa qadağa olmasa da, tibbi maskadan istifadə tövsiyə edilir.

Fevralın 1-dən etibarən mərhələli şəkildə ənənəvi təhsilə start verilsə də, bu, məcburi olmayacaq. Məktəb direktoru bildirir ki, hər hansı şagird məktəbə gəlməyə məcbur edilməyəcək. Amma məktəbə getməyən şagirdlərlə bağlı valideynlər yazılı iltizam ərizəsi imzalamalıdırlar: "Hansı valideyn övladını məktəbə göndərməyəcəksə, bunun üçün iltizam ərizəsi yazmalıdır. 53 saylı məktəbdə ibtidai sinifdə təhsil alan şagirdlərin sayı 1200-dür. Məktəbəqədər hazırlıq qruplarında isə 200 uşaq təhsil alır. Biz bu sayda iltizam ərizəsi hazırlamışıq. Valideyn ərizəni imzalayaraq övladının distant təhsilə cəlb olunması ilə bağlı üzərinə öhdəlik götürür. Əgər şagird hibrid formada təhsil almırsa, distant dərslər keçirilməyən günlərdə teledərslər hesabına dərs proqramını mənimsəməlidir. Bütün bunlar iltizam ərizələrində aydın şəkildə göstərilib. Şagirdin distant təhsili üçün valideynin üzərinə məsuliyyət qoyulur".

T.Zeynalova bildirir ki, məktəblərdə əyani təhsil zamanı bütün gigiyenik qaydalara əməl edilməlidir. Hər gün təhsilalanların və təhsilverənlərin temperaturu yoxlanılacaq: "Məktəbdə izolyasiya otağı var. Kimin temperaturu 37.1 dərəcədirsə, həmin şəxs izolyasiya otağına yönəldiləcək. Artıq bütün məktəblərin bununla bağlı təcrübəsi var. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bizim məktəbə dezinfeksiyaedici məhlullar və digər zəruri avadanlıqlar verilib".

O ki qaldı məktəbdə dərs keçəcək müəllimlərin vaksinasiyasına, məktəb direktoru bildirir ki, təhsil müəssisəsinin rəhbəri kimi bu barədə bir tapşırıq almayıb:

"Əgər tapşırıq veriləcəksə, müəllimlərin də vaksinasiyası aparılacaq. NK-nın müvafiq qərarına əsasən, 65 yaşdan yuxarı müəllimlər ənənəvi dərslərə cəlb olunmayacaqlar. Amma məktəbə göstəriş verilməyib ki, yaşı 50-dən yuxarı müəllimlər əvəzlənsinlər".

Direktor bildirir ki, müvafiq göstərişdən sonra hər bir sinif müəllimi valideynlərlə iclaslara başlayıb: "Valideynlərin əksəriyyəti öz övladının məktəbdə iştirakının tərəfdarıdır. 53 saylı məktəbdə 38 ibtidai sinifdən 12-nin sinif rəhbəri valideynlərlə onlayn iclas keçirib. Bu iclaslarda valideynlər məktəbin açılmasının tərəfdarı olduğunu söyləyiblər".

65
Teqlər:
vaksinasiya, Koronavirus, epidemiya, COVID-19, əyani, sinif, təlimat, məktəb, dərs
Mövzu:
Azərbaycan karantində: nikbinlər, bədbinlər, xeyirxahlar və ixtiraçılar
SES

Ərəblər Azərbaycanda 300 milyon dolları küləyə verəcəklər

0
(Yenilənib 12:13 27.01.2021)
Artıq İqtisadiyyat və Energetika nazirlikləri tərəfindən bəzi kiçik güclü elektrik stansiyalarının özəlləşdirilməsi ilə bağlı təkliflər hazırlanıb.

BAKI, 27 yanvar — Sputnik. İşğaldan azad edilmiş ərazilərdə yaşıl enerji zonasının yaradılması məqsədilə bərpaolunan enerji mənbələrindən istifadə ilə bağlı da özəl investisiyaların cəlb olunması üçün sərmayədarlarla müzakirələr aparılır.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə İqtisadiyyat və Energetika nazirliklərinin birgə məlumatında deyilir.

Məlumatda bildirilir ki, Azərbaycanın elektroenergetika, o cümlədən bərpaolunan enerji mənbələri sahəsinə xarici və yerli sərmayədarların marağı artır. "Azərbaycan Respublikasının energetika sektorunda islahatların sürətləndirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 may tarixli Sərəncamı ilə müəyyən edilmiş vəzifələrin mühüm istiqamətlərindən biri elektroenergetika sahəsinə özəl investisiyaların cəlb edilməsi üçün zəruri tədbirlərin görülməsidir. Energetika Nazirliyi tərəfindən ilkin layihəsi hazırlanmış 2050-ci ilədək dövrü əhatə edən energetika sektorunun uzunmüddətli inkişaf strategiyası məhz özəl investisiyalara istiqamətlənən inkişaf modelinə əsaslanır.

Azərbaycan bərpaolunan enerji mənbələri ilə zəngin resurslara malik ölkələrdəndir. Günəş və külək enerjisi potensialının səmərəli istifadəsini təmin etmək üçün 2030-cu ilə qədər elektrik enerjisi istehsalında bərpaolunan enerji mənbələrinin payının 30 faizə çatdırılması hədəf olaraq müəyyənləşdirilib. Bununla əlaqədar olaraq, 2030-cu ilədək təqribən 1500 meqavat həcmində yeni gücün istifadəyə verilməsi nəzərdə tutulur. Bu vəzifənin məhz özəl investisiyalar hesabına reallaşdırılması planlaşdırılır.

Beynəlxalq tələblərə cavab verən qanunvericilik bazasının mövcudluğu sərmayədarları maraqlandıran başlıca şərtlərdəndir. Qeyd olunan Sərəncama əsasən, "Elektrik enerjisi istehsalında bərpaolunan enerji mənbələrindən istifadə haqqında" qanun layihəsi hazırlanıb və aidiyyəti qurumlarla razılaşdırılaraq baxılmaq üçün təqdim edilib. Qanunun qəbulundan sonra Avropa Yenidənqurma və İnkişaf Bankı ilə birlikdə enerji mənbələrindən istifadə sahəsində özəl investisiya hesabına kiçikhəcmli layihələrin həyata keçirilməsinə başlanılacaq.

Bununla yanaşı, bu sahədə pilot layihələr də həyata keçirilir. Ötən il dekabrın 29-da Səudiyyə Ərəbistanı Krallığının "ACWA POWER" şirkəti ilə 240 meqavat gücündə külək elektrik stansiyasının tikintisi ilə bağlı müqavilələr imzalanıb. Layihənin həyata keçirilməsinə ümumilikdə 300 milyon ABŞ dolları həcmində investisiya qoyuluşu, il ərzində 1 milyard kilovat saata yaxın elektrik enerjisinin istehsalı nəzərdə tutulur.

Bu layihənin icrası nəticəsində il ərzində 200 milyon kubmetr qaza qənaət ediləcək, habelə ətraf mühitə atılan tullantıların həcmi ildə 400 min tonadək azaldılacaq. Layihənin reallaşdırılması həmçinin müasir istehsal və xidmət sahələrinin yaranmasına, yeni iş yerlərinin açılmasına töhfə verəcək. 2020-ci ilin yanvar ayında Birləşmiş Ərəb Əmirliyinin "Masdar" şirkəti ilə günəş elektrik stansiyasının tikintisi ilə bağlı icra müqaviləsi imzalanıb. Hazırda şirkətlə müzakirələr davam edir və mart ayında digər müqavilələrin imzalanması gözlənilir.

Dövlət başçısının tapşırığına əsasən, işğaldan azad edilmiş ərazilərdə yaşıl enerji zonasının yaradılması məqsədilə bərpaolunan enerji mənbələrindən istifadə ilə bağlı da özəl investisiyaların cəlb olunması üçün sərmayədarlarla müzakirələr aparılır. Bunlarla yanaşı, ənənəvi enerji resurslarından elektrik enerjisi istehsalı sahəsinə də özəl investisiyaların cəlb olunması istiqamətində işlər davam etdirilir.

Müasir yanaşmalara əsaslanan "Elektroenergetika haqqında" qanun layihəsinin qəbul edilməsi bu sahədə rəqabət mühitinin formalaşmasını təmin edəcək. İnvestisiyaları həm mövcud stansiyaların özəlləşdirilməsi, həm də yeni özəl elektrik stansiyalarının tikintisi yolu ilə cəlb etmək nəzərdə tutulur. Artıq İqtisadiyyat və Energetika nazirlikləri tərəfindən bəzi kiçik güclü elektrik stansiyalarının özəlləşdirilməsi ilə bağlı təkliflər hazırlanıb. Eyni zamanda, nazirliklər yeni qaz-turbin elektrik stansiyasının tikintisi üçün investisiya şirkətləri ilə danışıqları davam etdirir və bir çox beynəlxalq şirkətlər layihədə iştiraka marağını ifadə edib.

0