QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Raket Aybəniz Haşımovanın bacısının evini dağıtdı

© Sputnik / Rahim MammadovСитуация в Гяндже
Ситуация в Гяндже - Sputnik Azərbaycan
Abunə olmaq
Baş vermiş hadisədə Əməkdar artistin bacısının evinə ziyan dəysə də, xoşbəxtlikdən, xəsarət alan olmayıb

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 17 oktyabr — Sputnik. Xəbər verdiyimiz kimi, Ermənistan silahlı qüvvələri bu gün gecə saat 1 radələrində Gəncənin mərkəzi hissəsində yerləşən dinc sakinlərin yaşayış məntəqələrini raket atəşinə tutub. Hadisə nəticəsində ölənlərin sayı 13 nəfərə çatıb.

Sputnik Azərbaycan xəbər verir ki, hadisə zamanı Əməkdar artist Aybəniz Haşımovanın bacısı Rənanın evi də dağılıb. Əməkdar artist bu barədə özünün "Instagram" səhifəsində yazıb: "Gəncəni yenidən raket atəşinə tutublar bu vicdansız erməni vandalları. Bacım Rənanın evinin bütün pəncərələri çilik-çilik oldu. Allah bəlanızı versin, ay vicdansız vandallar! Nə istəyirsiniz axı bu dinc əhalidən? Allah sizi yer üzündən yox eləsin. Amma şükür ki, özlərinə heç nə olmayıb".

 

Xəbər lenti
0