Cəbhə bölgəsinə yardım göndərən şəxs

Azərbaycanın arxa cəbhədəki qəhrəmanları - Onlar əsgərlərimiz üçün gecə-gündüz çalışırlar

636
İki kilo konfet, 5 cüt corab, 1 litr süd, yaxud da 127 TIR yardımla əlindən gələn köməkliyi əsirgəməyən xalqımız - Onlar arxa cəbhədə vuruşurlar, əsgərlərimizə dəstək naminə

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 13 oktyabr — Sputnik. Onlarla həqiqətən də fəxr etməyə dəyər. Azərbaycan oğulları, Azərbaycan igidləri bu gün yalnız ön cəbhədə deyil, arxa cəbhədə də vuruşurlar.

Sentyabrın 27-dən cəbhə xəttində gərginliyin artması bir daha necə gözəl bir xalq olduğumuzu, həmrəyliyimizi nümayiş etdirdi. Sputnik Azərbaycan bildirir ki, ön cəbhədə vuruşan igidlərimizin hər zaman yanında olan, onlara dəstək verənlər arasında Elnur Əliyev də var. O, cəbhədə vuruşan əsgərlərimizə iyul ayından etibarən yardım aksiyasına start verib: "Polad Həşimovun ölüm xəbəri hər kəsə, eyni zamanda da mənə təsir etdi. Bundan sonra, iyulun 17-də cəbhəyə dəstək aksiyasına start verdik. İlk olaraq düşündük ki, müdafiə xətləri üçün nələr edə bilərik. Səngərlərdə əsgərlərin müdafiəsini təşkil etmək üçün təkərlərin yığılması aksiyasına başladıq. Beləcə, "Facebook" üzərindən könüllü olaraq təkər yardımı aksiyasına start verdik və tırlarla ön cəbhəyə təkərlərin göndərilməsini təşkil etdik".

© Photo : Courtesy of Elnur Aliyev
Cəbhə bölgəsinə göndərilən yardım

"Bundan sonra təkər satışını həyata keçirən bir yer tapdıq, iş adamı bizə xeyli sayda, təxminən 400 minə yaxın təkəri pulsuz verdi. Könüllü dostlarımızı oraya çağıraraq təkərləri tırlara yükləməyə başladıq. Bir çox həkim dostlarımız da bu işdə maddi dəstəyini göstərdi, onlar maşınların ödənişlərini həyata keçirdilər. Bundan sonra sadə şəxslər və 18 deputatımız da bizim aksiyamıza qoşuldular. Beləcə, həftəlik olaraq 30-40 tır göndərdik. Demək olar ki, ön xətdə bütün hərbi hissələrə təkər göndərmişik. Cəbhəyə 127 tır təkər, 20 minə yaxın isə kisə göndərmişik. Könüllülər səhər 6-dan axşam 7-dək, günün ən qızmar vaxtında, yaxud da axşam 11-dək fənər işığında belə təkər yükləyir, işləyirdik. Könüllülərin nahar və suyunu isə həkimlərimiz təşkil edir, eyni zamanda da onların səhhətlərini də nəzarətdə saxlayırdılar", - deyə həmsöhbətimiz əlavə edir.

© Photo : Courtesy of Elnur Aliyev
Cəbhə bölgəsinə yardım göndərən şəxslər

O deyir ki, sentyabrın 27-də cəbhə xəttində gərginliyin başlaması ilə əlaqədar aksiyanın istiqamətini bir qədər də genişləndiriblər: "Orduya əlcək, corab və qalın geyimlər göndərməyə başladıq. Həkimindən, müəllimindən, sadə vətəndaşından tutmuş hər kəs aksiyamıza qoşuldu. Bu çox gözəl bir ənənə oldu".

"Bu günədək 10 min papaq, 10 min alt paltarı, 10 min corab, 10 min qalın, isti geyimlər, siqaret göndərmişik. Bunların əsgərlərə çatdırılmasında şəxsən özümüz iştirak edirdik. Bundan başqa, dərman və tibbi ləvazimatların da göndərilməsini təmin edirdik. Elə adam var idi ki, gətirib 5 cüt corab verirdi, gücü ona çatırdı. Adam istəyirdi ki, o ahılı qucaqlayıb ağlasın. Belə milləti olan ordu heç zaman uduzmaz", - deyə qəhrəmanımız əlavə edir.

© Photo : Courtesy of Elnur Aliyev
Cəbhə bölgəsinə yardım göndərən şəxs

Sentyabra qədər olan aksiya vaxtı müəyyən durğunluq yaşandığı müddətdə isə qəhrəmanımız Elnur Əliyev dostu Nurlan Piriyevlə öz maaşları hesabına da müəyyən yardımları təşkil ediblər. Hər gün cəbhəyə yollandıqlarını deyən həmsöbətimiz ötən axşam Murovdan qayıtdıqlarını deyir: "Murov, Goranboy, Füzuli, Tərtər, Ağdam, Ağcabədi istiqamətlərində olub bütün aksiyalarda şəxsən iştirak etmişik. Hazırda da tırı yükləməklə məşğuluq. Əsgərlər üçün çəkmə, termoslar, fənərlər və digər lazım olan vəsaitləri toplayaraq tırlara yığırıq".

Hazırda tibb şirkətlərinin birində çalışan 34 yaşlı həmsöhbətimiz deyir ki, belə dar günlərdə həkimlər xüsusən yaxından dəstəklərini göstəriblər. O, bizə əsgərlərlə görüşlərindən də danışır: "Əsgərlərimizin motivasiyaları, əhval-ruhiyyəsi yüksək səviyyədədir, hamısının gözü parıldayır. Onlar deyirlər ki, qələbə bizim olacaq və torpaqlarımızı azad edəcəyik. O gün bir əsgər deyir ki, kənddən bir qoca kişi əlində iki kilo konfetlə gələrək deyir ki, mənim də buna gücüm çatıb. Deyirlər, o gün bir nənə Murovda dağı qalxıb, əlində 1 litr süd gətirib ki, əsgərlər içsinlər. Əsgərlərimiz bunu deyə-deyə gözləri yaşarır ki, necə gözəl xalqımız var".

© Photo : Courtesy of Elnur Aliyev
Cəbhə bölgəsinə yardım göndərən şəxs

Həmsöhbətimiz deyir ki, hazırda əsas diqqətləri ön cəbhəyə yönəlib, yəni, belə durumda demək olar ki, əsgərlərin ailələri ilə yaxından maraqlana bilmirlər: "Çalışırıq ki, əsgərlərimizin ayağı su olmasın. Murov çox çətin yerdir. Orada bir çəkmə bir ay dözmür, dağılır. 3-4 gündür, artıq oraya qar yağıb".

Bizə isə qələbə xəbərini çatdırmaq qalır...

636
Teqlər:
dəstək, yardım, arxa cəbhə, erməni təxribatı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə (1189)
Əlaqədar
Pensiyasını orduya bağışlayan Hikmət baba: "İndi ayaqqabı almağın vaxtı deyil..."
On iki yaşlı qızcığazdan nümunəvi addım
Silahlı Qüvvələrə Yardım Fondunda əlavə hesablar açılıb
Bir xoş söz yetər - Əsgərlərə dəstək göstərmək üçün möhtəşəm layihə
"Qarabağda müharibənin sonunadək hər əsgərə bir bağlama" - rusiyalı biznesmendən aksiya
Yanğın, arxiv şəkli

Qonşumuzda müdhiş qəza - AES-də yanğın baş verdi

5
Mühafizəçilərin müdaxiləsi ilə meydana çıxan yanğın söndürülüb. Hazırda insidentlə əlaqədar araşdırma aparılır.

BAKI, 11 aprel - Sputnik. Bu gün səhər saatlarında İranın Nətanz Atom Elektrik Stansiyasında qəza olub.

AZƏRTAC İranın Atom Enerjisi üzrə Dövlət Agentliyinin nümayəndəsi Bəhruz Kəmalvəndinin açıqlamasına istinadla xəbər verir ki, qəza elektrik şəbəkəsində baş verən qısa qapanma nəticəsində baş verib.

Mühafizəçilərin müdaxiləsi ilə meydana çıxan yanğın söndürülüb. Hazırda araşdırma aparılır.

Qeyd edək ki, Nətanzda bir neçə dəfə qəza baş verib. Hətta ötən il bu stansiyada terror aksiyasına cəhd də olub. Lakin İranın xüsusi xidmət orqanları aksiyanın qarşısını alıblar.

5
Qəza, arxiv şəkli

Salyanda minik avtomobili aşıb, 5 nəfər xəsarət alıb

9
Xəsarət alnlardan Hüseyn Bağırovun vəziyyəti ağır olduğundan paytaxt xəstəxanasına göndərilib. Faktla bağlı BDYPİ tərəfindən araşdırma aparılır.

BAKI, 11 aprel - Sputnik. Salyanda minik avtomobili aşıb, 5 nəfər xəsarət alıb.

APA-nın məlumatına əsasən, hadisə Ələt-Astara magistralının 37-ci kilometrliyində Salyan rayonunun Xələc kəndi ərazisində baş verib.

“Prado” markalı avtomobil idarəetməni itirərək yoldan çıxıb və aşıb. Nəticədə avtomobildə olan 5 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Qəzada xəsarət alan Sumqayıt şəhər sakinləri, 1990-cı il təvəllüdlü Bağırova Nübar Xanəhməd qızı, 2008-ci iil təvəllüdlü  Bağırov Baqir Novruz oğlu, 1991-ci il təvəllüdlü  Bağırov Hüseyn Novruz oğlu, 1970-ci il təvəllüdlü Bağırova Sevda Əhmədağa qızı və 2019-cu il təvəllüdlü Bağırov Əhməd Hüseyn oğlu Salyan rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.  Xəsarət alnlardan Hüseyn Bağırovun vəziyyəti ağır olduğundan paytaxt xəstəxanasına göndərilib.

Faktla bağlı BDYPİ tərəfindən araşdırma aparılır.

9