CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

On iki yaşlı qızcığazdan nümunəvi addım

© pixabay / SkitterphotoДевочка во дворе дома, фото из архива
Девочка во дворе дома, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
"Gözlərində sevinc, balaca ürəyində böyük həyəcanla əsgərlərə dəstəyini göstərib. Belə gözəl balaları olan Vətənə ancaq və ancaq Qələbə yaraşır" - Azərbaycanlı qızcığazdan möhtəşəm addım.

BAKI, 12 oktyabr — Sputnik. 12 yaşlı Mina Salamzadə doğum günü üçün ona verilən 50 manatı əsgərlərə bağışlayıb. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə "Bank of Baku"nun mətbuat katibi Gülşən Cumayeva məlumat paylaşıb. Balaca qızcığaz özünə doğum günü üçün heç nə almayaraq ona verilən 50 manatı Silahlı Qüvvələrin Yardım Fonduna köçürmək üçün bankın Mərdəkanda yerləşən filialına üz tutub.

"Gözlərində sevinc, balaca ürəyində böyük həyəcanla əsgərlərə dəstəyini göstərib. Belə gözəl balaları olan Vətənə ancaq və ancaq Qələbə yaraşır", - deyə bankın paylaşımında bildirilib.

Xəbər lenti
0