Azərbaycan Ordusunun hərbi qulluqçuları, arxiv şəkli

Silahlı Qüvvələrə Yardım Fondunda əlavə hesablar açılıb

51
(Yenilənib 17:49 12.10.2020)
Silahlı Qüvvələrə Yardım Fondunun Beynəlxalq bankda mövcud olan Bank hesablarında Türk lirəsi və Böyük Britaniya funt sterlinqi hesabları da əlavə olunub

BAKI, 12 oktyabr — Sputnik. Azərbaycan Ordusuna maliyyə dəstəyinin göstərilməsi ilə bağlı xaricdə yaşayan həmvətənlərimiz tərəfindən Müdafiə Nazirliyinə daxil olan çoxsaylı müraciətlər nəzərə alınaraq Silahlı Qüvvələrə Yardım Fondunun Beynəlxalq bankda mövcud olan Bank hesablarında Türk lirəsi və Böyük Britaniya funt sterlinqi hesabları da əlavə olunub.

Bu barədə Sputnik Azərbaycan-a Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

 

51
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə (1190)
Əlaqədar
Pensiyasını orduya bağışlayan Hikmət baba: "İndi ayaqqabı almağın vaxtı deyil..."
Orduya dəstək olmaq istəyənlər üçün təlimat yayıldı
Bir xoş söz yetər - Əsgərlərə dəstək göstərmək üçün möhtəşəm layihə
Həm ön, həm arxa cəbhədə birlik - hər kəs yardıma tələsir

"Eurovision-2021": Azərbaycan təmsilçisi finala yüksəldi

43
Rotterdamda 16 ölkədən olan nümayəndələrin iştirakı ilə beynəlxalq mahnı müsabiqəsinin birinci yarımfinalı keçirilib.

BAKI, 19 may — Sputnik. Azərbaycanın "Eurovision-2021" beynəlxalq mahnı müsabiqəsindəki təmsilçisi Samirə Əfəndi (Efendi) mayın 22-də Ahoy zalının səhəsində keçiriləcək finala yüksəlib.

Mayın 18-i gecə saatlarında Rotterdamda müsabiqənin birinci yarımfinalı keçirilib. Yarımfinalda 16 ölkənin - Azərbaycan, Litva, Sloveniya, Rusiya, İsveç, Avstraliya, Şimali Makedoniya, İrlandiya, Kipr, Norveç, Xorvatiya, Belçika, İsrail, Rumıniya, Ukrayna və Maltanın nümayəndələri iştirak ediblər.

Samirə Efendi "Mata Hari" mahnısı ilə 14-cü çıxış edib.

Builki müsabiqənin şüarı “Open up!”-dır. İkinci yarımfinal mayın 20-də keçiriləcək.

Xatırladaq ki, Azərbaycan təmsilçiləri artıq bir dəfə bu mötəbər müsabiqənin qalibi olublar. 2011-ci ildə Eldar Qasımov - Nigar Camal cütlüyü bu uğura imza atıb.

43
Təcili tibbi yardım avtomobili, arxiv şəkli

Lənkəranda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub

9
Qəzanı törədən sürücü öz avtomobili ilə A.Əliyevi Lənkəran Mərkəzi Xəstəxanasına gətirib. Xəsarət alan A.Əliyev xəstəxanaya gətirilərkən yolda dünyasını dəyişib.

BAKI, 18 may - Sputnik, Rahim Muradov. Lənkəranda avtomobil piyadanı vurub. Sputnik Azərbaycan-ın məlumatına əsasən, hadisə rayonun Şağlaser kəndi ərazisində baş verib.

Gecə saatlarında adı hələlik məlum olmayan Masalli rayonu Alvadı kənd sakini idarə etdiyi "VAZ 2107" markalı minik avtomobili ilə Şağlaser kənd sakini 57 yaşlı Ağaziyad Əliyevi vurub. Qəzanı törədən sürücü öz avtomobili ilə A.Əliyevi Lənkəran Mərkəzi Xəstəxanasına gətirib. Xəsarət alan A.Əliyev xəstəxanaya gətirilərkən yolda dünyasını dəyişib. Ağaziyad Əliyevin meyiti aidiyyatı üzrə Məhkəmə Tibbi Ekspertiza və Və Patoloji Anatomiya Mərkəzinin Lənkəran Rayon Şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

9