Gəncədə vəziyyət

Ombusdman Gəncədə araşdırma aparıb

38
S.Əliyeva faktaraşdırıcı missiyası çərçivəsində Ermənistan silahlı qüvvələrinin Gəncə şəhərinin mərkəzini raket atəşinə tutması nəticəsində dağıdılmış çoxmənzilli yaşayış binalarına və digər ictimai obyektlərə baş çəkməklə araşdırma aparıb

BAKI, 12 oktyabr — Sputnik. Ermənistan silahlı qüvvələri oktyabrın 11-də gecə saat 02 radələrində cəbhə zonasından 100 km kənarda yerləşən, Azərbaycan Respublikasının ikinci böyük şəhəri olan və əhalinin sıx məskunlaşdığı Gəncə şəhərini Ermənistan ərazisindən növbəti dəfə raket atəşinə tutub.

Sputnik Azərbaycan Ombudsman Aparatının məlumatına istinadla xəbər verir ki, bununla da işğalçı Ermənistan BMT Nizamnaməsini, beynəlxalq hüququn norma və prinsiplərini, o cümlədən beynəlxalq humanitar hüquq normalarını, habelə 10 oktyabr 2020-ci il tarixdə saat 12:00-dan etibarən elan edilmiş humanitar atəşkəs rejiminin tələblərini kobud şəkildə pozub.

Ermənistanın növbəti hərbi təcavüzü nəticəsində içərisində uşaq, qadın, ahıl insanların da yaşadığı çoxmənzilli binalarda 4-ü qadın olmaqla 9 nəfər həlak olub, 16-sı qadın, 6-sı uşaq olmaqla 34 nəfər yaralanıb, çoxsaylı mülki infrastruktur obyektlərinə külli miqdarda ziyan dəyib.

Ölkə Ombudsmanı Səbinə Əliyeva bununla əlaqədar hadisə baş verdikdən sonra təcili olaraq Gəncə şəhərinə səfər edib və növbəti dəfə faktaraşdırıcı missiya həyata keçirib.

Ermənistan silahlı qüvvələrinin raket atəşinə tutması nəticəsində həlak olan, yaralanan, habelə mülkiyyətlərində olan əmlakın dağıdılması ilə əlaqədar külli miqdarda ziyan dəymiş şəxslərin insan hüquqlarının və azadlıqlarının kobud şəkildə pozulmasına dair real faktlar yerində araşdırılıb və bu barədə həqiqətlərin beynəlxalq təşkilatların diqqətinə çatdırılması məqsədilə artıq Ombudsman tərəfindən növbəti hesabat hazırlanır.

S.Əliyeva faktaraşdırıcı missiyası çərçivəsində Ermənistan silahlı qüvvələrinin Gəncə şəhərinin mərkəzini raket atəşinə tutması nəticəsində dağıdılmış çoxmənzilli yaşayış binalarına və digər ictimai obyektlərə baş çəkməklə araşdırma aparıb, həlak olmuş şəxslərin yaxınları, yaralanmış və zərərçəkmiş şəhər sakinləri ilə görüşüb, vəziyyətlə yerində tanış olub, mövcud problemlərin yerində həll olunması ilə bağlı aidiyyəti qurumlarla birgə müvafiq tədbirlər görülüb.

Təcavüzkar Ermənistanın törətdiyi növbəti hərbi təxribatlar Azərbaycanın dinc əhalisinə hədəflənmiş terror aktıdır və bu, insanlıq əleyhinə yönəlmiş müharibə cinayəti kimi beynəlxalq təşkilatlar, dünya dövlətləri tərəfindən kəskin şəkildə pislənilməli, həmin cinayəti törədənlər beynəlxalq hüquqi məsuliyyətə cəlb olunaraq cəzalandırılmalıdır.

Qeyd olunmalıdır ki, Müvəkkil tərəfindən hadisə ilə bağlı beynəlxalq təşkilatlara və dünya dövlətlərinə, milli insan hüquqları təsisatlarına növbəti bəyanat ünvanlanıb, işğalçı Ermənistan dövlətinin xüsusi raket sistemlərindən istifadə etməklə mülki əhalini hədəf seçməsi, bununla da Cenevrə konvensiyaları və onların Əlavə protokollarının, xüsusilə "Müharibə zamanı mülki əhalinin müdafiəsi haqqında" Konvensiyanın, "Silahlı münaqişə zamanı mədəni sərvətlərin mühafizəsi haqqında" Haaqa Konvensiyasının, Uşaq hüquqları Konvesiyasının və insan hüquqları sahəsində digər beynəlxalq sənədlərin müddəalarını bir daha kobud şəkildə pozması faktı onların diqqətinə çatdırılıb.

Bəyanatda beynəlxalq hüquququn norma və prinsiplərinin kobud şəkildə pozulması ilə qəsdən törədilmiş, mülki əhalinin qətlə yetirilməsi və yaralanması ilə nəticələnən terror aktlarını törətməkdə davam edən işğalçı Ermənistan Respublikasından insanlıq əleyhinə yönəlmiş müharibə cinayətlərinə təcili olaraq son qoymaq və beynəlxalq hüquqi məsuliyyət müəyyən edən qətiyyətli addımlar atmaq tələb edilib.

38
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə (561)
Əlaqədar
"Diplomatlar Paşinyanın Gəncə sakinlərinə qarşı törətdiyi cinayətləri gördülər"
Gəncədə vəziyyət stabildir
Gəncədə oğullarını cəbhəyə göndərən tibb işçisi erməni raketindən həlak oldu – VİDEO
Gəncənin narahat gecəsi və qorxmaz sakinlər: "Uşaqlar yaralanıblar. Bəs belə olar?" - FOTO
“Bütün gəncəlilər kimi, biz də şəhərdə qalırıq” – “Kəpəz”in baş məşqçisi
Bakıda maska taxmış şəxs

Yoluxanların sayı artdı, sərtləşməyə hazır olun!

13
Azərbaycanda koronavirus xəstələrinin 40 min 272 nəfəri müalicə olunaraq sağalıb, 635 nəfər vəfat edib. Aktiv xəstə sayı 4972 nəfərdir.

BAKI, 20 oktyabr — Sputnik. Azərbaycanda bu gün koronavirus infeksiyasına 584 yeni yoluxma faktı qeydə alınıb, 128 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Son sutkada 5 nəfər COVID-19-dan vəfat edib. Hazırkı dövrədək ölkəmizdə 45 min 879 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 40 min 272 nəfər müalicə olunaraq sağalıb, 635 nəfər vəfat edib. Aktiv xəstə sayı 4972 nəfərdir.

Ötən müddət ərzində 1 milyon 241 min 664 test aparılıb. Bugünkü test sayı isə 9028-dir.

13
Əməliyyat, arxiv şəkli

Hərbi əsirlərdən transplantasiya məqsədilə orqan götürülməsi qadağan edilib

10
(Yenilənib 21:00 20.10.2020)
Canlı donor və onun tərəfindən transplantasiyanın həyata keçirilməsinə verilmiş məlumatlandırılmış razılıq haqqında məlumatlar canlı donorlar reyestrinə daxil edilir.

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 20 oktyabr — Sputnik. Canlı donordan donor orqan götürülməsinə qoyulan məhdudiyyət müəyyən edilib.

Sputnik Azərbaycan xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən plenar iclasında üçüncü oxunuşda müzakirəyə çıxarılan "İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında" qanun layihəsində əksini tapıb.

Qanun layihəsinin 18-ci maddəsinə (Canlı donordan donor orqanın götürülməsinə məhdudiyyət) əsasən, resipiyentin sağlamlığı üçün təhlükə törədən xəstəliyi olan şəxslərdən orqan götürülməsi qadağandır. Bu xəstəliklərin siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunur.

18 yaşına çatmayan şəxsdən transplantasiya məqsədilə orqan və toxumaların (sümük iliyi, kök hüceyrələr istisna olmaqla) götürülməsi qadağandır.

18 yaşına çatmayan şəxsdən sümük iliyi və kök hüceyrələrinin götürülməsinə onun valideynlərinin razılığı ilə yol verilir.

Resipiyentin qulluq tabeliyində və ondan fiziki, mənəvi, maddi cəhətdən asılı olan və ya həbsdə olan şəxslərdən, daha əvvəl orqan donoru olmuş şəxslərdən, hamilə qadınlardan, valideyn himayəsindən məhrum uşaqlardan, hərbi əsirlərdən və fəaliyyət qabiliyyəti olmayan şəxslərdən transplantasiya məqsədilə orqan götürülməsi qadağandır.

Canlı donordan transplantasiya üçün cüt orqanlardan birini, tək orqanlardan isə o miqdarda və həcmdə götürmək olar ki, donorun həyatı üçün təhlükəli hallar, yaxud onun sağlamlığında bərpa olunmaz pozğunluqlar yaranmasın.

Qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Qeyd edək ki, canlı donor - öz orqanlarını xəstəliyi olan şəxslərə transplantasiya məqsədilə könüllü olaraq verən fəaliyyət qabiliyyətli on səkkiz yaşına çatmış (sümük iliyi və kök hüceyrələri istisna olmaqla) sağlam şəxsdir.

Orqanın götürülməsi əməliyyatından əvvəl canlı donor arvadının (ərinin) və ya digər yaxın qohumlarının birinin şahidliyi ilə forması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilmiş məlumatlandırılmış razılıq ərizəsini yazıb imzalamalıdır.

Canlı donor və onun tərəfindən transplantasiyanın həyata keçirilməsinə verilmiş məlumatlandırılmış razılıq haqqında məlumatlar canlı donorlar reyestrinə daxil edilir.

Bu qanun Azərbaycanda insan orqanlarının və toxumalarının (bundan sonra - orqanlar) donorluğunun və onların transplantasiyasının hüquqi əsaslarını, donorların, resipiyentlərin, orqan transplantasiyası sahəsində fəaliyyət göstərən tibb müəssisələrinin və tibb işçilərinin hüquqlarını və vəzifələrini müəyyən edir, bu sahədə yaranan münasibətləri tənzimləyir.

10
Moskvada Gəncənin atəşə tutulması nəticəsində həlak olanlara xatirə lövhəsi

Erməni terrorunun qurbanları dünyanın dörd bir yanında anıldı

0
(Yenilənib 21:54 20.10.2020)
Dünyanın bir çox ölkələrində Ermənistan ordusunun Gəncə şəhərində törətdiyi təxribata etiraz əlaməti olaraq aksiya keçirilib.

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 20 oktyabr — Sputnik. Dünyanın bir çox ölkələrində Ermənistan ordusunun Gəncə şəhərində törətdiyi təxribata etiraz əlaməti olaraq aksiya keçirilib. Sputnik Azərbaycan xəbər verir ki, "Çex Respublikasında Azərbaycan İcması" təşkilatının təşəbbüsü ilə Ermənistan ordusunun Gəncə şəhərində törətdiyi təxribata etiraz əlaməti olaraq aksiya keçirilib. Çexiya ictimaiyyətinin diqqətini vandalizm aktlarına yönəltmək üçün soydaşlarımız təsirli bir vasitədən - rəmzi məna daşıyan sahibsiz ayaqqabılardan və oyuncaqlardan istifadə ediblər. Soydaşlarımız hər bir insanı Azərbaycanın haqq səsini eşitməyə və vandalizm aktlarına biganə qalmamağa səsləyiblər. Soydaşlarımızın təşkil etdikləri aksiyada Praqa sakinləri azərbaycanlı şəhid uşaqların "sahibsiz ayaqqabıları"na şahidlik ediblər. Bundan başqa, "Sarı gəlin" mahnısının sədaları altında yekunlaşan aksiyanın sonunda soydaşlarımız meydanı tərk edib, meydanda sahibsiz ayaqqabılar, yanan şamlar və gəlinciklər qalıb.

Yunanıstanda da oktyabr ayının 16-dan 17-nə keçən gecə Gəncədə baş vermiş terrorun qurbanları anılıb.

Estoniyanın Tallin şəhərində Azərbaycan Evinin binası önündə Gəncə hadisələrini əks etdirən xatirə guşəsi yaradılıb.

İspaniyanın Madrid şəhərində, Macarıstanın Budapeşt şəhərində, Özbəkistanın Daşkənd şəhərində, Misirin Qahirə şəhərində, Rusiyanın Moskva şəhərində, İsveçrənin Bern şəhərində, Tacikistanın Düşənbə şəhərində, Litvanın Vilnüs şəhəridə, Böyük Britaniyanın London şəhərində, Çinin paytaxtı Pekində də dəhşətli gecənin qurbanları anılıb.

0
Əlaqədar
“Qızımın vəziyyətinin necə olduğunu hələ də bilmirəm” – Gəncə faciəsinin qurbanı
Türk ulduzları Gəncə terroruna səssiz qalmayıblar
Dünya azərbaycanlıları Gəncə terroru barədə dünyaya car çəkib
Gəncə terrorunda gözlərini itirən Pərvin - "O, bir daha balalarını görə bilməyəcək"
Gəncə istiqamətində Ermənistanın PUA-sı məhv edildi