Raket atəşinə məruz qalmış Gəncə sakinləri dağıntılar arasında

Gəncənin narahat gecəsi qorxmaz sakinlər: "Uşaqlar yaralanıblar. Bəs belə olar?" - FOTO

427
“Biz həmişə burada yaşamışıq və heç vaxt ağlımıza gəlməzdi ki, nə vaxtsa burada müharibə olar. İndi isə onlar bizi bombalayırlar, özü də gündüz bombalamağa qorxur, gecələr atırlar" - Gəncə sakini

BAKI, 11 oktyabr — Sputnik. Azərbaycanın böyüklüyünə görə ikinci şəhəri olan Gəncə şənbədən bazara keçən gecə Ermənistan tərəfdən raket atəşinə məruz qalıb. Ən azı doqquz nəfər həlak olub.

Zərbə altında qalan rayonun sakinləri RİA Novosti-yə canlarını necə qurtardıqlarını danışıblar.

Bu gün Azərbaycan Müdafiə Nazirliyi bildirib ki, Gəncə Ermənistan ərazisindən atəşə tutulub. Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev mətbuat konfransında deyib ki, zərbə “Toçka-U” kompleksindən buraxılan raket ilə yerinə yetirilib.  Nəticədə 9 nəfər həlak olub, 34 nəfər yaralanıb.

Bombardman zamanı – gecə saat 2-də Gəncə əhalisi şirin yuxuda idi. Çoxları üçün bu, öyrəşmədikləri hal idi – şəhər hərbi əməliyyatların getdiyi Qarabağdan uzaqda yerləşir və son günlərədək atəşlər burada nadir hal sayılırdı.

İndi əsas zərbənin düşdüyü evdən ancaq böyük çala qalıb. Ətrafdakı binalərın damları əyilib, şüşələri tökülüb, əyilmiş divarlar asılı qalıb, yanmış avtomobilin yarısını “yer udub”. Evlərin yanındak Qələbə parkındakı ağaclar yanıb,  aşıb. Xilasedicilər dağıntıların yığışdırılmasını bazar günü günortayadək ancaq bitiriblər. 

Qonşu küçədəki evlərin, qarşısında onlarla uşaq arabası düzülən uşaq mağazasının da şüşələri qırılıb tökülüb, ələ gələsi halda deyil. 

“Gecə iki idi, yatırdım. Birdən oyanıb gördüm ki, hər şey dağılır, şüşə qırıntıları üstümə tökülür. Oğlum bircə maykada qaça-qaça gəldi, qolumdan tutub məni çıxardı. Özüm çıxa bilmirdim”, - yerli sakin Şərqiyyə Daşdəmirova deyib. Qadının sözlərinə görə, şəhərdən getməyi ağlına da gətirmir.

Onun evindəki dəmir qapını partlayış zərbəsi yerindən çıxarıb.

Sakinlərin sözlərinə görə, bu rayon ilk dəfə atəşə tutulur.

Şərqiyyənin qonşusunun isə bəxti gətirməyib – o, partlayış nəticəsində həlak olub.

“Biz həmişə burada yaşamışıq və heç vaxt ağlımıza gəlməzdi ki, nə vaxtsa burada müharibə olar. İndi isə onlar bizi bombalayırlar, özü də gündüz bombalamağa qorxur, gecələr atırlar. Uşaqlar da yaralanıblar. Bəs belə olar?!” – qonşu Akifə Bayramova deyir.

  • Raket atəşinə məruz qalmış Gəncə sakinləri dağıntılar arasında
    Raket atəşinə məruz qalmış Gəncə sakinləri dağıntılar arasında
    © Sputnik / Mihail Voskresenskiy
  • Raket atəşinə məruz qalmış Gəncə sakinləri dağıntılar arasında
    Raket atəşinə məruz qalmış Gəncə sakinləri dağıntılar arasında
    © Sputnik / Mihail Voskresenskiy
  • Raket atəşinə məruz qalmış Gəncədə xilasedicilər
    Raket atəşinə məruz qalmış Gəncədə xilasedicilər
    © Sputnik / Mihail Voskresenskiy
  • Raket atəşinə məruz qalmış Gəncə sakinləri dağıntılar arasında
    Raket atəşinə məruz qalmış Gəncə sakinləri dağıntılar arasında
    © Sputnik / Mihail Voskresenskiy
  • Raket atəşinə məruz qalmış Gəncə sakinləri dağıntılar arasında
    Raket atəşinə məruz qalmış Gəncə sakinləri dağıntılar arasında
    © Sputnik / Mihail Voskresenskiy
  • Raket atəşinə məruz qalmış Gəncədə xilasedicilər
    Raket atəşinə məruz qalmış Gəncədə xilasedicilər
    © Sputnik / Mihail Voskresenskiy
  • Raket atəşinə məruz qalmış Gəncə sakinləri dağıntılar arasında
    Raket atəşinə məruz qalmış Gəncə sakinləri dağıntılar arasında
    © Sputnik / Mihail Voskresenskiy
  • Raket atəşinə məruz qalmış Gəncə sakinləri dağıntılar arasında
    Raket atəşinə məruz qalmış Gəncə sakinləri dağıntılar arasında
    © Sputnik / Mihail Voskresenskiy
  • Raket atəşinə məruz qalmış Gəncə sakinləri dağıntılar arasında
    Raket atəşinə məruz qalmış Gəncə sakinləri dağıntılar arasında
    © Sputnik / Mihail Voskresenskiy
  • Raket atəşinə məruz qalmış Gəncə sakinləri dağıntılar arasında
    Raket atəşinə məruz qalmış Gəncə sakinləri dağıntılar arasında
    © Sputnik / Mihail Voskresenskiy
1 / 10
© Sputnik / Mihail Voskresenskiy
Raket atəşinə məruz qalmış Gəncə sakinləri dağıntılar arasında

Sentyabrın 27-də saat 06:00 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlardan, minaatanlardan və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub.

Ermənistan silahlı birləşmələrinin hərbi fəallığının qarşısını almaq və dinc əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı qoşunların cəbhə boyu əks-hücum əməliyyatına başlayıb.

10 oktyabr saat 12:00-dan etibarən humanitar məqsədlərlə Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi və onun meyarlarına uyğun olaraq, hərbi əsirlər və digər saxlanılan şəxslərin, həmçinin ölənlərin meyitlərinin dəyişdirilməsi üçün atəşkəs elan olunub.

Bununla bağlı Rusiya tərəfinin təşəbbüsü əsasında 9-10 oktyabr tarixlərində Moskva şəhərində keçirilən görüş nəticəsində Rusiya Federasiyası, Azərbaycan Respublikası və Ermənistan Respublikasının Xarici İşlər nazirlərinin qəbul etdiyi bəyanatda deyilir.

Bəyanata əsasən, atəşkəs rejiminin konkret parametrləri əlavə olaraq razılaşdırılacaq.

Azərbaycan Respublikası və Ermənistan Respublikası ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə tənzimlənmənin əsas prinsipləri əsasında münaqişənin tezliklə sülh yolu ilə həlli məqsədilə substantiv danışıqlara başlayacaqlar.

427
Teqlər:
sakinlər, ölənlər və yaralılar, dağıntılar, raket zərbələri, Gəncə, erməni təxribatı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə (608)
Əlaqədar
Gəncədə oğullarını cəbhəyə göndərən tibb işçisi erməni raketindən həlak oldu – VİDEO
Gəncəyə "Toçka-U" raketinin düşmə anı - VİDEO
Kamran Əliyev Gəncə hücumu barədə: "Terror aktı ilə bağlı cinayət işi başlanılıb"
“Ermənistan yalvarıb, atəşkəsə çağırışlar edirdi, bunun ardınca Gəncəni atəşə tutub”
Ermənistan ordusunun Gəncəyə atdığı raketdən ölənlərin sayı 9 oldu
Kommunarkada karantin mərkəzi, arxiv şəkli

Rusiyada koronavirusdan ölənlərin sayı daha bir psixoloji göstəricisini keçdi

0
(Yenilənib 13:58 22.10.2020)
Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 41,2 milyonu keçib, 1,13 mindən çox adam isə virus səbəbilə ölüb.

BAKI, 22 oktyabr — Sputnik. Son bir sutka ərzində Rusiyada 15971 koronavirusa yeni yoluxma halı aşkarlanıb. Sputnik Azərbaycan Rusiya Operativ Qərargahına istinadən xəbər verir ki, bir gün ərzində qonşu ölkədə 290 nəfər ölüb.

Ümumilikdə, Rusiyada bu xəstəliyə yoluxanların sayı 1463306-ya çatıb. Rusiyada pandemiya yayılandan 25242 nəfər COVID-19-dan vəfat edib. Ölkədə bu virusdan sağalanların sayı 1107988-ə çatıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 41,2 milyonu keçib, 1,13 mindən çox adam isə virus səbəbilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

0
Payızda yarpaq tökümü, arxiv şəkli

Sabaha hava proqnozu açıqlandı

1
(Yenilənib 13:55 22.10.2020)
Tibbi-meteoroloji proqnoza gəldikdə isə oktyabrın 23-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.

BAKI, 22 oktyabr — Sputnik. Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi əsəcək, gündüz cənub küləyi ilə əvəz olunacaq.

Sputnik Azərbaycan Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata istinadla xəbər verir ki, havanın temperaturu Abşeron yarımadasında gecə 12-15, gündüz 19-22, Bakıda gecə 13-15, gündüz 19-21 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 768 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz təşkil edəcək.

Oktyabrın 23-də Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 9-13, gündüz 18-23, dağlarda gecə 2-7, gündüz 10-14 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza gəldikdə isə oktyabrın 23-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.

1