DİN əməkdaşları, arxiv şəkli

Noyabrın ikisinədək ölkədə qoyulan qadağaların SİYAHISI

483
Üç qızıl qaydaya əməl olunmazsa, yoluxma sayı bugünküdən dəfələrlə artıq ola, bu da tibb sahəsini yenidən kritik vəziyyətə sala bilər

BAKI, 10 oktyabr — Sputnik. Azərbaycanda mart ayından başlayan koronavirus pandemiyası ilə mübarizə bu gün də davam edir. Sentyabr ayının əvvəlində 100 ətrafında qeydə alınan gündəlik yoluxma sayı ötən həftələrdə 50-dən də aşağı düşsə də, bu günlərdə artıq 200-ü keçib. Bunun səbəbi isə vətəndaşların bəzi qaydalara hələ də laqeyd yanaşmasıdır.

Sputnik Azərbaycan xəbər verir ki, Azərbaycanda xüsusi karantin rejimi Nazirlər Kabinetinin qərarı ilə noyabrın 2-dək uzadılıb. Bu müddətədək vətəndaşlar bütün situasiyalarda bu 3 qaydada əməl etməlidirlər: maska taxmaq, sosial məsafəni qorumaq,dezinfeskiya qaydalarına əməl etmək.

Son günlər dünyanın bir çox ölkəsində, xüsusilə qonşu Gürcüstan və düşmən Ermənistanda gündəlik yoluxma sayı 600-ün üzərindədir. Bu ölkələrdə əhalinin sayının Azərbayanla müqayisədə bir neçə dəfə az olmasını nəzərə alsaq, orada vəziyyətin acınacaqlı olduğunu deyə bilərik. Bu gün Rusiyada isə 12 mindən çox insanın virusa yolxuduğu müəyyən olunub. Bolqarıstanda son iki gün ərzində ard-arda rekord qeydə alınaraq yoluxma sayı 600-dən artıq olub. Avropanın digər ölkələrində də yoluxma sayı sürətlə artır.

Azərbaycanda isə mart ayından tətbiq edilən xüsusi karantin rejimi və buna ciddi nəzarət, dövlətin səhiyyə sahəsinin inkişafı üçün atdığı addımlar sayəsində vəziyyət nəzarətdə saxlanılır. Lakin son günlər insanlarda yaranan arxayınlıq, laqeydlik yenidən yoluxma sayının artmasına səbəb olub. Üç qızıl qaydaya əməl olunmazsa, yoluxma sayı bugünküdən dəfələrlə artıq ola bilər, bu da tibb sahəsini yenidən kritik vəziyyətə sala bilər. Bunun baş verməməsi üçün əhali mütəmadi olaraq ictimai nəqliyyatda – marşrutlarda, metroda və taksidə maskadan istifadə etməli, qapalı məkanlar, iaşə obyektlərində masadan kənarda maska taxmalı, əllərini tez-tez yumalı, dezinfeksiya etməlidir.

Azərbaycanda sərtləşdirilmiş karantin rejimindən mərhələli şəkildə çıxaraq qismən yumşalmaya gedilib, məsələn, rayonlar və Bakı arası gediş-gəlişə qoyulan məhdudiyyət götürüldü, kafe və restoranların qapalı şəkildə işləməsinə icazə verildi, repetitor xidmətinin 10 nəfərədək fəaliyyətinə icazə verildi. Lakin xüsusi karantin rejiminə uyğun olaraq noyabrın 2-dək qüvvədə olan qadağalar var.

Həmin qaydaları təqdim edirik:

- yük daşımaları istisna olmaqla, ölkə ərazisinə yerüstü və hava nəqliyyatı ilə giriş-çıxış;

- ölkənin şəhər və rayonlarından yerustü və hava nəqliyyatı ilə sərnişin daşımaları;

- "ASAN xidmət" və "DOST" mərkəzləri istisna olmaqla, digər dövlət orqanlarında (qurumlarında) vətəndaşların yerində qrup və fərdi qaydada qəbulu;

- dəfn mərasimləri istisna olmaqla, dini ritual xidmətləri, eləcə də mərasim zallarında, çadırlarda və digər qapalı məkanlarda yas mərasimlərinin təşkili və keçirilməsi;

- bütün kütləvi tədbirlərin, o cümlədən mədəni-idman tədbirlərinin keçirilməsi (tamaşaçıların iştirakı olmadan açıq havada idman yarışlarının oyunlarının keçirilməsi istisna olmaqla);

- tədbirlərin təşkili üzrə xidmətlərin, o cümlədən bu sahədə müştərinin evində və ya digər məkanlarda ad günləri, toy, nişan və bu kimi mərasimlərin təşkili;

- ictimai yerlərdə, o cümlədən küçələrdə, bulvarlarda, parklarda və digər yerlərdə şəxslərin (yaxın qohumlar, yəni ata-ana, nənə-baba, uşaqlar və bacı-qardaşlar istisna olmaqla) 10 nəfərdən artıq qruplarda cəmləşə;

- istirahət və əyləncə məkanlarının, həmçinin uşaq əyləncə məkanlarının (bulvar və parkların ərazisindəki daxil olmaqla) fəaliyyəti;

- muzey və sərgi zalları istisna olmaqla, digər mədəniyyət obyektlərinin, eləcə də kinoteatrların, teatrların və idman zallarının fəaliyyəti;

- iri ticarət mərkəzlərinin nəzdindəki uşaq və digər əyləncə mərkəzlərinin, kinoteatrların və ictimai iaşə məkanlarının fəaliyyəti;

- ictimai iaşə obyektlərində qəlyan avadanlıqlarından istifadə;

- tibb müəssisələrində müalicə alan şəxslərin xəstə yaxınları tərəfindən ziyarəti;

- idman, sağlamlıq-bərpa üzrə xidmətlər (bu sahədə tibbi xidmətlər istisna olmaqla);

- masaj və hamam xidmətlərinin göstərilməsi;

483

Ağdam rayonunun Şelli kəndi - VİDEO

2
Noyabrın 10-da imzalanmış üçtərəfli bəyanata görə, erməni işğalçıları Ağdam rayonunu 2020-ci il noyabrın 20-də tərk ediblər

BAKI, 16 yanvar — Sputnik. Müdafiə Nazirliyi erməni işğalından azad olunan Ağdam rayonunun Şelli kəndindən videogörüntülər hazırlayıb.

Sputnik Azərbaycan həmin görüntüləri təqdim edir.

Qeyd edək ki, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Qarabağ üzrə üçtərəfli bəyanatı 2020-ci il noyabrın 10-da imzalanıb. Bəyanata əsasən, Dağlıq Qarabağ münaqişə zonasında 2020-ci il noyabrın 10-u saat 00:00-dan etibarən bütün hərbi əməliyyatların dayandırılması və tam atəşkəs barədə razılaşıblar.

Bəyanata görə, Ağdam rayonu 2020-ci il noyabrın 20-də, Kəlbəcər rayonu noyabrın 25-də (ilkin olaraq noyabrın 15-i nəzərdə tutulurdu), Laçın rayonu isə dekabrın 1-də Azərbaycana qaytarılıb. Bununla yanaşı, təmas xətti və Laçın dəhlizi boyunca Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirilir. Paralel olaraq Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdən çıxarılmalıdır.

2
Teqlər:
video, kənd, Ağdam
Evdən icazəsiz çıxan koronavirus xəstəsi

Gəncədə 30 nəfərə cinayət işi açıldı

2
(Yenilənib 16:30 16.01.2021)
Orxan Məmmədov koronavirus testinin nəticəsi pozitiv çıxmasına baxmayaraq avtoyuma məntəqəsinə gələrək orada işləyib

BAKI, 16 yanvar — Sputnik. Gəncə sakini Orxan Məmmədov koronavirus testinin nəticəsinin pozitiv çıxması, özünü təcrid edərək yaşadığı evdə müalicə almalı olduğu halda şəhər ərazisində fəaliyyət göstərən avtoyuma məntəqəsinə gələrək, orada işlyib. Müştərilərlə mütəmadi təmasda olaraq onlara infeksiyaya yoluxma təhlükəsi yaratdığından polis əməkdaşları tibbi prosedurları gözləməklə onu yaşadığı evə göndəriblər.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Sputnik Azərbaycan-a verilən məlumata görə, bundan başqa, polislər şəhər ərazisindəki stasionar postda xidmət aparan zaman ayrı-ayrılıqda şəhər sakinləri Elnurə Verdiyeva və Sənan Hacıyevin də təcrid qaydalarına riayət etməyərək, sağalmadan yaşadığı evlərini tərk etdiklərini aşkar edib. Vətəndaşlara pandemiya barədə ümumi məlumat verilərək yaşadıqları evlərə göndəriliblər.

Koronavirus pandemiyasının qarşısının alınması məqsədilə aparılan tədbirlər nəticəsində Gəncə şəhərində ümumilikdə 30 nəfərin xəstəliyə yoxluxduğu halda yaşayış yerini tərk etməsi aşkarlanıb ki, həmin şəxslər barəsində Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 139-1. (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

2
Mövzu:
Azərbaycan karantində: nikbinlər, bədbinlər, xeyirxahlar və ixtiraçılar