Azərbaycan manatı, arxiv şəkli

Əməkhaqlarının birgə maliyyələşməsi proqramına başlanılır

94
Layihənin icrası zamanı şəhid ailəsi üzvlərinə, gənclərə, əlilliyi olan şəxslərə, cəzaçəkmə yerlərindən azad edilmiş şəxslərə və bir ildən artıq işsiz kimi qeydiyyatda olan şəxslərə üstünlük veriləcək

BAKI, 9 oktyabr — Sputnik. Dövlət Məşğulluq Agentliyi əməkhaqlarının bir hissəsinin birgə maliyyələşməsi proqramına başlayır. Bu barədə Sputnik Azərbaycan-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən daxil olan məlumatda bildirilir. Xəbərə görə, işəgötürənlər (dövlət və bələdiyyəyə məxsus hüquqi şəxslər istisna olmaqla) əməkhaqlarının bir hissəsinin İşsizlikdən sığorta fondunun vəsaiti hesabına maliyyələşdirilməsi proqramında iştirak edə bilərlər. Proqram Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən həyata keçirilir.

Son 1 ildə fəaliyyətdə olan, Agentlik tərəfindən müəyyən edilən prioritet iqtisadi sahələr və peşələr (ixtisaslar) üzrə vakansiyası olan və ya yeni vakansiya yaradan işəgötürənlər proqrama müraciət edə bilər. Layihənin icrası zamanı şəhid ailəsi üzvlərinə, gənclərə, əlilliyi olan şəxslərə, cəzaçəkmə yerlərindən azad edilmiş şəxslərə və bir ildən artıq işsiz kimi qeydiyyatda olan şəxslərə üstünlük veriləcək. Məqsəd sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslərə dəstək olmaq, onların məşğulluğunu təmin etməkdir. Proqramda iştirak Nazirlər Kabinetinin 2020-ci il 8 iyul tarixli Qərarı ilə təsdiq edilmiş "Sosial iş yerlərində işçilərin əməkhaqqının bir hissəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən maliyyələşdirilməsi Qaydası"na uyğun həyata keçirilir. İşəgötürənlər proqrama aşağıda göstərilmiş keçid vasitəsi ilə müraciət edə bilərlər.

94
Teqlər:
əməkhaqqı, maliyyələşmə, Dövlət Məşğulluq Agentliyi
Sahibsiz itlər

Sahibsiz it qadını xəstəxanalıq etdi

5
(Yenilənib 21:24 03.08.2021)
Küçədə dolaşan sahibsiz it kənd sakininə hücum edib. Hər iki əlindən və digər nahiyələrindən xəsarət alan qadın xəstəxanaya çatdırılıb.

BAKI, 3 avqust - Sputnik. Goranboy rayonunda 49 yaşlı qadına küçə iti hücum edib.

Sputnik Azərbaycan APA-ya istinadən bildirir ki, hadisə axşam saatlarında Bağçakürd kəndində baş verib.

1972-ci il təvəllüdlü kənd sakini Muradova Aygün Akif qızı küçədə dolaşan sahibsiz itin hücumuna məruz qalıb. Hər iki əlindən və digər nahiyələrindən xəsarət alan qadın xəstəxanaya çatdırılıb.

Eləcə də oxuyun:

5
Teqlər:
sahibsiz it, hücum, qadın, Goranboy
Azərbaycan FHN işçiləri, arxiv şəkli

Yanğınsöndürənlərimizin Türkiyədəki fəaliyyətindən son görüntülər

6
(Yenilənib 21:13 03.08.2021)
Türkiyə Respublikasının meşə yanğınlarının ciddi vüsət aldığı bölgələrindən olan Marmaris ərazisində fəaliyyət göstərən yanğınsöndürənlərimizin səyi ilə bir çox istiqamətlərdə meşə yanğınlarının genişlənməsinin qarşısı alınıb.

BAKI, 3 avqust — Sputnik. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq, meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə qardaş Türkiyə Respublikasında olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə qüvvələri yanğınların söndürülməsi əməliyyatlarını peşəkarlıqla davam etdirirlər.

Sputnik Azərbaycan FHN-in saytına istinadən bildirir ki, artıq bir neçə gündür Türkiyə Respublikasının meşə yanğınlarının ciddi vüsət aldığı bölgələrindən olan Marmaris ərazisində fəaliyyət göstərən yanğınsöndürənlərimizin səyi ilə bir çox istiqamətlərdə meşə yanğınlarının genişlənməsinin qarşısı alınıb. Hazırda FHN-in yanğınsöndürmə qüvvələri yanğın ocaqlarının söndürülməsi üçün əməliyyat şəraitinə uyğun olaraq lazımi tədbirləri davam etdirirlər.

Qeyd edək ki, Azərbaycan fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyevin rəhbərliyi altında Nazirliyin Marmaris bölgəsində olan yanğın-xilasetmə qüvvələrinin koordinasiyalı idarəetməsi təşkil olunub. Ölkə başçısının tapşırığına uyğun olaraq Azərbaycan Fövqəladə Hallar Nazirliyi tərəfindən Türkiyəyə yola salınmış ikinci yanğın-xilasetmə qrupu isə sabah yanğınların söndürülməsi əməliyyatlarına başlayacaq.

Türkiyədə yanğınlar

Xatırladaq ki, iyulun 28-də Antalyanın Manavqat rayonunda başlayan meşə yanğınları qısa müddətdə ölkənin digər bölgələrində müşahidə edilib. Son 6 gündə Türkiyədə 107 yerdə meşə yanğını qeydə alınıb. Yanğın nəticəsində, son məlumatlara görə, səkkiz nəfər dünyasını dəyişib.

Antalya başda olmaqla Türkiyənin Kayseri, Bodrum, Osmaniyə, Milas, Adana, Kütahya, Mersin, Dıdım, Kuşadası, Kocaeli bölgələrində kütləvi surətdə meşə yanğınları baş verməkdədir. Türkiyə rəsmiləri hadisənin terror aktı olduğunu istisna etmirlər. Türkiyəyə yardım məqsədi ilə dünyanın bir çox ölkələrindən, o cümlədən Azərbaycandan texnika və canlı qüvvə göndərilib. Türkiyədə baş vermiş meşə yanğınlarının söndürülməsi prosesində qardaş ölkəyə dəstək məqsədilə göndərilənlər arasında Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürmə qüvvələri də var.

Meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə qardaş Türkiyə Respublikasında olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə qüvvələri yanğınların söndürülməsi əməliyyatlarını fədakarlıqla davam etdirirlər.

Eləcə də oxuyun:

6
Teqlər:
FHN, Türkiyə, yanğınsöndürənlər, meşə, yanğın