Xəritə, arxiv şəkli

İşğaldan azad olunmuş torpaqlarımızın yeni adları ilə xəritələr hazırlanır

3968
(Yenilənib 19:46 08.10.2020)
"Yaxın zamanda yenilənmiş versiyada xəritələrimizi nəşr edəcəyik. Redaktə təsdiqləndikdən sonra xəritəmiz yeni yer adlarıyla çap olunacaq"

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 8 oktyabr — Sputnik. Azərbaycanın işğaldan azad olunmuş torpaqlarının tarixi adlarının bərpa olunmasına başlanılıb. Ötən gün Prezident İlham Əliyev Tərtər rayonunun Madagiz kəndinin Suqovuşan kəndi adlandırılması haqqında qanunu təsdiqləyib. Bu qanuna əsasən Tərtər rayonunun Çaylı kənd inzibati ərazi dairəsi tərkibindəki Madagiz kəndi Suqovuşan kəndi adlandırılıb. Prezident bəyan edib ki, şəhər və kəndlərimiz işğaldan azad olunduqca bu proses davam edəcək. Sputnik Azərbaycan işğaldan azad olunmuş torpaqlarımızın tarixi adlarının xəritələrdə nə vaxt əks olunacağını, bu prosesə başlanılıb-başlanılmadığını araşdırıb.

Akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun direktoru Ramiz Məmmədov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, hal-hazırda bu istiqamətdə iş görülür. Onun sözlərinə görə, yeni xəritələr hazırlandıqda da mütləq təsdiq olunanlara istinad edilməlidir: "Kim yeni xəritə tərtib edəcəksə, bizim təsdiq etdiyimiz xəritələrdən istifadə etməlidir".

R.Məmmədovun sözlərinə görə, xəritə hazırlanarkən kartoqrafiyada rəsmi təsdiq olunmuş adlardan, məlumatlardan istifadə mütləqdir:

"Ərazi adları xəritədə qeyd edilməzdən öncə Milli Məclisin Toponim Komissiyası ilə dəqiqləşdirilmə aparılmalıdır. Əgər bu komissiya həmin toponimi təsdiqləyibsə, xəritədə o addan istifadə etmək olar. Ötən gün Milli Məclis Azərbaycan Ordusu tərəfindən erməni işğalından azad edilən Madagiz kəndinin Suqovuşan adlandırılmasını təsdiq edib. Bununla bağlı qanun layihəsi parlamentin iclasında müzakirəyə çıxarılıb. Müzakirələrdən sonra "Azərbaycan Respublikasının Tərtər rayonunun Madagiz kəndinin Suqovuşan kəndi adlandırılması haqqında" qanun layihəsi səsə qoyularaq qəbul edilib. Prezident tərəfindən də bu qanun təsdiqlənib".

Abbasqulu Ağa Bakıxanov adına Tarix İnstitutunun Elmi işlər üzrə direktor müavini, Tarix üzrə fəlsəfə doktoru Cəbi Bəhramov Sputnik Azərbaycan-a bildirib ki, torpaqlarımız işğaldan azad olunduqca, prezidentin təsdiqlədiyi adlar xəritələrə köçürüləcək:

"Bizdə əvvəlki xəritələr var. Azərbaycan Respublikasının xəritəsində də işğal altında olan rayon və kəndlərimizin keçmiş adları var. Amma torpaqlarımız işğaldan azad olunduqca, prezidentin təsdiqlədiyi adlar xəritələrə köçürüləcək".

C.Bəhramov işğal altında olan topraqlarımıza ermənilərin qoyduğu adların da onlara məxsus olmadığını deyir. Onun sözlərinə görə, qədim adların çoxunun ermənilərə aidiyyəti yoxdur.

"Geodeziya və Kartoqrafiya" MMC-nin marketinq şöbəsinin müdiri Fuad Rəsulov Sputnik Azərbaycan-a bildirib ki, hal-hazırda bu istiqamətdə iş aparılır: "Yaxın zamanda yenilənmiş versiyada xəritələrimizi nəşr edəcəyik. Redaktə təsdiqləndikdən sonra xəritəmiz yeni yer adlarıyla çap olunacaq".

F.Rəsulov işğaldan azad olunmuş torpaqlarımızın yeni adlarının elektron xəritələrdə də əksini tapacağını söyləyib. Onun sözlərinə görə, artıq bu istiqamətdə də iş aparılır:

"Biz Avropaya, elektron formada xəritə hazırlayanlara məktub göndəririk. Azərbaycanın işğaldan azad olunmuş yerlərinin adları da yaxın günlərdə onlara göndəriləcək".

Şöbə müdiri deyir ki, həmin adların "Google Maps"-də da yeni adlarla çıxması üçün "Google" tərəfindən yeni adlar yerləşdirilməlidir.

AMEA Qafqazşünaslıq İnstitutu "Ermənişünaslıq" şöbəsinin müdiri, tarix üzrə elmlər doktoru Qasım Hacıyev bildirib ki, hətta Qərbi Azərbaycan torpaqlarının bir hissəsində yerləşən, indiki Ermənistan ərazisində olan 1220 Azərbaycan toponiminin 964-ü, yəni 79%-i erməniləşdirilib. Onun sözlərinə görə, indiyə qədər Ermənistanın saxtalaşdıra bilmədiyi bir çox yer adları hələ də aborigen xalqın - Azərbaycan türklərinin tarixini, türk tayfalarının adını (quqark, gorus, sak, aynın, qıpçaq, qaraqoyunlu, şirak, peçenek, axta, kəvər və s.) əks etdirir. Tədqiqat nəticəsində bu ərazinin toponimlərinin qədim türk sözləri (balıq, yazı, art, bək, kəpəz və s.), Azərbaycan dili ilə bağlı coğrafi terminlər (dağ, dərə, düz, təpə, tap, taxt, yal, nüvək, ova, gədik və s.) əsasında formalaşdığı aydın olur.

Tarixçinin sözlərinə görə, erməni müəllif Z.Qorqodyanın "1831-1931-ci illərdə Sovet Ermənistanın əhalisi" kitabında qeydə alınan 2310 oykonimin (yaşayış məntəqəsinin) 2000-dən çoxu türk mənşəli, 300-ə yaxını isə ərəb və fars mənşəli olması deyilənlərə tutarlı sübutdur. Ümumiyyətlə, XX əsrdə iki milyon azərbaycanlı indiki Ermənistandan (Qərbi Azərbaycandan) - tarixi-etnik torpaqlarından qovulub. Düşünülmüş və planlaşdırılmış bu proseslərdən – azərbaycanlıların öz doğma yurdlarından qovulmasından sonra mövcud olan yer adlarının – toponimlərin dəyişdirilməsinə başlanılıb, toponimlər kütləvi şəkildə "soyqırımına" məruz qalıb".

Hacıyev onu da qeyd edib ki, 1935-1989-cu illərdə Ermənistanda hətta yer adlarına qarşı qərəzli siyasət tətbiq edilib və Azərbaycan-türk mənşəli olduğu üçün minlərlə Azərbaycan toponimi xəritələrdən silinib. Yer adlarının dəyişdirilməsi Azərbaycan xalqına məxsus olan bu ərazilərdən onların izini itirmək məqsədilə həyata keçirilib:

"Ermənistan ərazisindəki toponimlərin mənşəcə türklərə məxsus olduğu danılmaz həqiqətdir. SSRİ-nin süqutu və Ermənistan Respublikasının müstəqilliyinin elan edilməsindən sonrakı mərhələdə də Ermənistan dövləti tarixi adlar və toponimlər saxtalaşdırılmasının dövlət səviyyəsində həyata keçirilib. Azərbaycanlı əhalinin kütləvi şəkildə deportasiya edildiyi Ermənistanda əksər türkmənşəli toponimlər və oykonimlər dəyişdirilib, erməni dilində adlandırılıb".
3968
Əlaqədar
Ermənistan ərazisində olan Azərbaycan toponimləri erməniləşdirilib
Elektrik yarımstansiyası, arxiv şəkli

Azərbaycanda yeni istilik elektrik stansiyalarının tikilməsinə ehtiyac yaranıb

24
(Yenilənib 00:22 21.10.2020)
"Koronavirus (COVID-19) pandemiyasının qlobal energetika sektorunda enerjiyə tələbatın azalması ilə müşayiət olunan təsirləri bu il ölkəmizin elektrik enerjisi ilə bağlı göstəricilərini qismən azaldıb".

BAKI, 21 oktyabr — Sputnik. "Koronavirus (COVID-19) pandemiyasının qlobal energetika sektorunda enerjiyə tələbatın azalması ilə müşayiət olunan təsirləri bu il ölkəmizin elektrik enerjisi ilə bağlı göstəricilərini qismən azaldıb".

Sputnik Azərbaycan xəbər verir ki, bunu Energetika naziri Pərviz Şahbazov 20 oktyabr - Azərbaycan energetiklərinin peşə bayramı günü münasibətilə rəsmi mətbuatda dərc etdirdiyi məqalədə bildirib.

Onun sözlərinə görə, bu ilin 9 ayı ərzində elektrik enerjisinin istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,8% azalaraq, 19,4 milyard kVt·st təşkil edib.

P.Şahbazov bildirib ki, qarşıdakı illərdə isə elektrik enerjisinə tələbat və istehsal həcmləri ilə bağlı dinamikada əhəmiyyətli dərəcədə artım gözlənilir:

"2025-ci ilə qədər ölkəmizdə elektrik enerjisinə tələbatın 25,5 milyard kVt·st-a qədər artacağı, ixrac da nəzərə alınmaqla elektrik enerjisi istehsalının isə ötən ilə nisbətən 15% artımla 30 milyard kVt·st-a çatacağı proqnozlaşdırılır. Bu istehsal həcmlərinin bir qismi ötən il istismara verilmiş, qoyuluş gücü 409 МVt olan "Şimal-2" elektrik stansiyası, bu il təməli qoyulmuş və 2022-ci ildə istifadəyə verilməsi planlaşdırılan 385 МVt gücündə "Qobu" elektrik stansiyası hesabına əldə ediləcək".

Nazirin fikrincə, həmçinin bu prosesdə "Azərenerji" ASC-nin istehsal güclərinin optimallaşdırılması və bərpası nəticəsində yenidən istismara cəlb edilən 1300 MVt imkan gücündən istifadə ediləcək: "Eyni zamanda, təhlillər göstərir ki, tələbatın tam qarşılanması üçün yeni istilik elektrik stansiyalarının tikilməsinə də ehtiyac var".

24
Su təhcizatı işləri, arxiv şəkli

Həm Azərbaycanın, həm İranın arzusu reallaşır - "Xudafərin" hidroqovşağından şad xəbər

48
(Yenilənib 23:50 20.10.2020)
Azərbaycan və İran arasında birgə həyata keçirilən "Ordubad" və "Marazad" su elektrik stansiyaları layihələri üzrə işlər davam etdirilir.

BAKI, 20 oktyabr — Sputnik. "Xudafərin" hidroqovşağı bəndinin tikintisi demək olar ki, tamamlanıb, "Qız Qalası" hidroqovşağının bəndində isə işlər yekunlaşmaq üzrədir.

Sputnik Azərbaycan xəbər verir ki, bunu Energetika naziri Pərviz Şahbazov deyib.

O vurğulayıb ki, Azərbaycan, İran və Rusiyanın enerji sistemlərinin əlaqələndirilməsi üzrə proses davam edir: "Hər üç ölkənin müvafiq enerji şirkətlərinin razılığı ilə müəyyən edilmiş məsləhətçi şirkət tərəfindən layihənin texniki-iqtisadi əsaslandırılmasının hazırlanmasına başlanılıb. Eyni zamanda, "Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında Araz çayı üzərində "Xudafərin" və "Qız Qalası" hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi, istismarı, energetika və su ehtiyatlarından istifadə sahəsində əməkdaşlıq haqqında Saziş"dən irəli gələn vəzifələr də yerinə yetirilməkdədir.

"Xudafərin" hidroqovşağı bəndinin tikintisi demək olar ki, tamamlanıb, "Qız Qalası" hidroqovşağının bəndində isə işlər yekunlaşmaq üzrədir. "Xudafərin" hidroqovşağı üzrə tikinti xərclərinin və dəymiş ziyanın hesablanması, habelə su elektrik stansiyalarının qurğu və avadanlıqlarının alınması və quraşdırılması məsələlərinə baxılır. 1,6 milyard kubmetrdən çox sututumuna malik bu hidroqovşaqlar və ümumi qoyuluş gücü 280 meqavat gücündə olan bu stansiyalar Araz çayının su və enerji ehtiyatlarından hər iki tərəfin birgə istifadəsinə imkanlar yaradır".

O bildirib ki, bu layihələr iqtisadi və strateji aspektdən ölkəmiz üçün çox əhəmiyyətlidir:

"Bu layihələrin reallaşması Azərbaycana illik 368 milyon kilovat/saat elektrik enerjisi istehsalı, mövcud 252 min hektar torpaq sahəsi üzrə suvarmanın yaxşılaşdırılması və 8 min hektar yeni əkin sahələrinin suvarılması imkanı yaradacaq. Azərbaycanın suverenliyi, ərazi bütövlüyü əsas götürülməklə 2016-cı ildə bu layihələr üzrə sazişin imzalanması işğal olunmuş ərazilərimizin geri qaytarılacağına böyük inamın ifadəsi idi".

"Bu günlərdə müzəffər Ordumuzun Cəbrayıl şəhəri və rayonunun bıra sıra kəndlərini azad etməsi də Azərbaycan Prezidentinin uzaqgörən siyasətini, həmin ərazilərin bərpası zamanı bu hidroqovşaqlar və stansiyaların istifadəsinə əvvəlcədən hazırlıqla bağlı strateji baxışlarını bir daha nümayiş etdirdi. Azərbaycan və İran arasında birgə həyata keçirilən "Ordubad" və "Marazad" su elektrik stansiyaları layihələri üzrə işlər davam etdirilir", - deyə nazir bildirib.

48
Əlaqədar
İranla Azərbaycan arasında tarixi "Xudafərin Sazişi" imzalandı
İlham Əliyev: Xudafərin körpüsünün üzərində Azərbaycan bayrağı qaldırıldı
Nazirlikdən sərhədlərimizi qoruyanlara Xudafərin naminə zirehli hədiyyə - FOTO
Xudafərin körpüsünün üzərində Azərbaycan bayrağı - VİDEO
Ermənistan Xudafərin istiqamətində əməliyyat keçirməyə qadir deyil - MN