Azərbaycan hərbi qulluqçuları, arxiv şəkli

Həm ön, həm arxa cəbhədə birlik - hər kəs yardıma tələsir

117
(Yenilənib 01:02 08.10.2020)
Qeyd edək ki, www.asanpay.az portalından "Silahlı Qüvvələrə Yardım Fondu" bölməsinə daxil olaraq öz dəstəyinizi göstərə bilərsiniz.

 

BAKI, 8 oktyabr — Sputnik. Ermənistan silahlı qüvvələrinin sentyabrın 27-də törətdikləri növbəti hərbi təxribatın qarşısını qətiyyətlə alan Azərbaycan Ordusu əks-həmlə əməliyyatına başlayaraq işğal olunmuş Azərbaycan torpaqlarını uğurla azad edir. Ordumuzun qısa müddətdə əldə etdiyi ardıcıl qələbələr xalqımızın döyüş ruhunun daha da yüksəlməsinə səbəb olmaqla, xalqımızı bir yumruq kimi düşmənlə istər ön, istərsə də arxa cəbhədə mübarizəyə kökləyir.

Hamı bacardığı qədər əsgərlərimizə yardım etməyə can atır. Kimi yardımlar toplayıb aparır, böyük şirkətlər, idarə və nazirliklər isə Silahlı Qüvvələrə Yardım Fonduna yardım edir. "Aviation Services Group"un (ASG) əməkdaşları da əməkhaqlarından Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna vəsait köçürüblər.

Bu barədə Sputnik Azərbaycan-a "Aviation Services Group"-dan məlumat verilib.

Bildirilib ki, qurum Azərbaycan Ordusuna dəstək məqsədilə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna 500 min manat məbləğində vəsait köçürüb.

Fövqəladə Hallar Nazirliyi də Silahlı Qüvvələrə Yardım Fonduna yardım edib. Nazirliyin əməkdaşları fonda 305 min manat vəsait köçürüblər.

Qeyd edək ki, FHN-in əməkdaşları davamlı olaraq könüllü surətdə Silahlı Qüvvələrə Yardım Fonduna vəsait köçürürlər.

"AzerGold" QSC-nin əməkdaşları bir aylıq vəzifə maaşı məbləğində vəsaiti könüllü olaraq Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna ianə ediblər. Bununla yanaşı, ötən həftə Cəmiyyət tərəfindən Silahlı Qüvvələrə tələbata uyğun zəruri əşyalardan ibarət bir neçə yük maşını da cəbhənin müxtəlif istiqamətlərinə yola salınıb. Cəmiyyət bu yöndə lazım olan fəaliyyətləri davam etdirəcək.

"Ovçular Cəmiyyəti"nin rəhbəri Füzuli Əşrəfov da Silahlı Qüvvələrinə Yardım Fonduna yardım edib.

Qeyd edək ki, www.asanpay.az portalından "Silahlı Qüvvələrə Yardım Fondu" bölməsinə daxil olaraq öz dəstəyinizi göstərə bilərsiniz.

117
Teqlər:
FHN, şirkət, vətəndaşlar, Silahlı Qüvvələrə Yardım Fondu
Əlaqədar
Pensiyasını orduya bağışlayan Hikmət baba: "İndi ayaqqabı almağın vaxtı deyil..."
Orduya dəstək olmaq istəyənlər üçün təlimat yayıldı
Müdafiə Nazirliyi Silahlı Qüvvələrə yardım toplayan şəxslərə müraciət etdi
Amerikada yaşayan reperdən dəstək gəldi
"İndi qardaşlıq zamanıdır!" - İstanbul Bakıya dəstək üçün coşdu

Azərbaycan Ordusu Ermənistanla sərhəddə təlimlərə başlayır

2
Mayın 17-də Naxçıvan Qarnizonunda müxtəlif qoşun növü birləşmə və hissələrinin cəlb edilməsi ilə komanda-qərargah təlimi keçiriləcək.

BAKI, 16 may — Sputnik. 2021-ci tədris ilinin döyüş hazırlığı planına uyğun olaraq mayın 17-də Naxçıvan Qarnizonunda müxtəlif qoşun növü birləşmə və hissələrinin cəlb edilməsi ilə komanda-qərargah təlimi keçiriləcək.

Sputnik Azərbaycan xəbər verir ki, mayın 20-dək davam edəcək təlimdə praktiki fəaliyyətlərə cəlb olunan birləşmə və hissələr təlim-döyüş tapşırıqlarına uyğun təyinat rayonlarına çıxarılaraq məşq etdiriləcək.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin təsdiq etdiyi plana əsasən, mayın 16-dan Azərbaycan Ordusunda qoşun növlərinin cəlb edilməsi ilə təlimlər keçirilir. Müdafiə nazirinin rəhbərliyi ilə keçirilən təlimə 15000 nəfərədək şəxsi heyət, 300-dək tank və digər zirehli texnika, 400-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, yaylım atəşli reaktiv sistemləri, minaatan və tank əleyhinə vasitələr, 50-dək hərbi aviasiya və müxtəlif təyinatlı pilotsuz uçuş aparatları cəlb olunub.

 

Eləcə də oxuyun: 

Döyüşə hazır olma vəziyyəti və antiterror əməliyyatı: Ordumuzda təlimlər başlayıb

Azərbaycan yollarında hərbi maşınlar: nə baş verir? - VİDEO

Azərbaycan HHQ-nin döyüş təyyarələri, Bayraktar və digər PUA-lar səmaya qalxdı

2
Teqlər:
sərhəd, hərbi təlimlər, Azərbaycan Ordusu, Azərbaycan, Naxçıvan

Sahibə Qafarova İtaliyaya gedir

0
(Yenilənib 14:59 16.05.2021)
Milli Məclisin Sədri İtaliya parlamentinin hər iki palatasının sədrləri və ölkənin xarici işlər naziri ilə görüşəcək, parlamentlərarası əlaqələrimizin bu günü və gələcək perspektivləri barədə fikir mübadiləsi aparacaq.

BAKI, 16 may — Sputnik. Milli Məclisin Sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti İtaliya tərəfinin dəvəti ilə mayın 17-dən 19-dək bu ölkədə rəsmi səfərdə olacaq.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Sputnik Azərbaycan-a məlumat verilib ki, nümayəndə heyətinin tərkibinə parlamentin komitə sədri Tahir Mirkişili, komissiya sədri Eldar Quliyev, İtaliya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun başçısı Azər Kərimli, deputatlardan Qüdrət Həsənquliyev, Elnur Allahverdiyev, Aqiyə Naxçıvanlı, Afət Həsənova, parlament Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildirlər.

Səfər çərçivəsində Milli Məclisin Sədri İtaliya parlamentinin hər iki palatasının sədrləri və ölkənin xarici işlər naziri ilə görüşəcək, parlamentlərarası əlaqələrimizin bu günü və gələcək perspektivləri barədə fikir mübadiləsi aparacaq.

Nümayəndə heyətimizin İtaliya parlamentindəki dostluq qrupunun və İtaliya-Azərbaycan Dostluq Assosiasiyasının üzvləri ilə görüşləri nəzərdə tutulub.

Eləcə də oxuyun: 

* Millət vəkili: “Gürcüstan Azərbaycan üçün vacib rol oynamağa davam edəcək”

"Fransa Senatı sədrinin Azərbaycana qarşı əsassız ittihamları yolverilməzdir"

İtaliya nümayəndə heyəti Ağdam şəhərində səfərdə olub - FOTO

0
Teqlər:
səfər, Azərbaycan, İtaliya, Sahibə Qafarova, Milli Məclis