Dərzi Mehman Bayramov Azərbaycan bayrağı tikir

Qızıldan qiymətli hədiyyə: lənkəranlı usta Qarabağı əl işləriylə bəzəmək istəyir - FOTO

399
(Yenilənib 22:45 07.10.2020)
“Gəlib material verirlər, mən təmənnasız olaraq tikib təhvil verirəm. Material verməyənlər üçün isə pulsuz bayraq tikib hədiyyə edirəm”

Rahim Muradov, Sputnik Azərbaycan

BAKI, 7 oktyabr — Sputnik. Lənkəran rayonunun Kərgəlan kənd sakini dərzi Mehman Bayramov maraqlı təşəbbüsə əl atıb. Sputnik Azərbaycan-ın müxbirinə müsahibə verən Mehman usta çoxdandır bayraq tikməyə həvəsi olduğunu bildirdi:

“Mənim uşaqlıqdan dərziliyə böyük həvəsim olub. Artıq səkkizinci sinifdə oxuyanda əl tikiş maşını götürüb işləmişəm. 1985-ci ildə dərzilik üzrə təhsilimi bitirib, diplomumu alandan sonra bir müddət rayonda dərzi işlədim. Daha sonra uzun müddət Türkiyədə dərzi işləyəndən sonra yenidən Vətənə qayıtdım və kənddə işləməyə başladım. Üç ildir ki, bayraq tikirəm. Bələdiyyələr, kənd icra nümayəndəlikləri, seçki məntəqələri, bayramlarda məktəblər üçün sifariş veriblər, mən də zəhmət haqqımı alıb, tikib vermişəm. Sifarişlər həm bizim, həm də qonşu kəndlərdən olurdu. Özü də əvvəl hər ölçüdə tikirdim”.

  • Dərzi Mehman Bayramov Azərbaycan bayrağı tikir
    © Sputnik / Rahim Murad
  • Dərzi Mehman Bayramov Azərbaycan bayrağı tikir
    © Sputnik / Rahim Murad
  • Dərzi Mehman Bayramov Azərbaycan bayrağı tikir
    © Sputnik / Rahim Murad
  • Dərzi Mehman Bayramov Azərbaycan bayrağı tikir
    © Sputnik / Rahim Murad
  • Dərzi Mehman Bayramov Azərbaycan bayrağı tikir
    © Sputnik / Rahim Murad
  • Dərzi Mehman Bayramov Azərbaycan bayrağı tikir
    © Sputnik / Rahim Murad
  • Dərzi Mehman Bayramov Azərbaycan bayrağı tikir
    © Sputnik / Rahim Murad
1 / 7
© Sputnik / Rahim Murad
Dərzi Mehman Bayramov Azərbaycan bayrağı tikir

Müsahibimiz deyib ki, döyüşlərin başladığı ilk günlərdə Lənkərandan olan gənclərimiz orduya dəstək üçün sovqatlar aparan avtomobil karvanını Azərbaycan bayrağı ilə bəzəmək üçün ondan bayraq tikməsini istəyiblər.

"Bayraq üçün lazım olan parçaları gətirdilər ki, bayraq tikim. Mən tikdim, amma pul almadım. Mən də bundan həvəslənərək qərara aldım ki, pulsuz bayraq tikib cəbhəyə göndərim. Lənkərandan əsgərlərimiz üçün sovqat aparan qardaşlarımıza vermişəm, onlar da Füzuli istiqamətində olan əsgərlərimiz üçün aparıblar. Başqaları da gəlib material verirlər, mən təmənnasız olaraq tikib təhvil verirəm. Material verməyənlər üçün isə pulsuz bayraq tikib hədiyyə edirəm", - deyə Mehman Bayramov əlavə edib.

M.Bayramov əsasən 2 ölçüdə - 150x90 sm və 100x50 sm - bayraqlar tikir. "Allahın köməyi ilə mənim tikib göndərdiyim bayraqlar Qarabağda dalğalanacaq. Allah əsgərlərimizə kömək olsun, qələbə qazanıb sağ-salamat evlərinə qayıtsınlar", - deyən dərzi Azərbaycan bayrağını tikmək üçün əlində lazım olan qədər materialı olarsa və gecəni də yatmazsa, bir sutkaya 50 ədəd bayraq tikə biləcəyini vurğuladı.

399
Teqlər:
pulsuz, hədiyyə, bayraq, dərzi, Lənkəran
Əlaqədar
Tovuzun qocaman sakini Şuşa üçün bayraq tikir
O qürurlu an: əsgərimiz Azərbaycan bayrağını azad edilmiş Suqovuşana sancır - VİDEO
Ermənilər öz bayraqlarını Kolumbiyanınkı ilə səhv saldılar
Azərbaycan və Türkiyə şahinləri Gəncə üzərində bayraqlarımızı dalğalandırdılar - VİDEO
Türkiyədən daha bir dəstək - Amasyadakı dağ Azərbaycan bayrağına "bürünüb"

Heç kim unudulmur: Böyük Vətən Müharibəsində həlak olanların xatirəsi belə yad edildi

1
Böyük Vətən müharibəsində qələbənin 76-cı ildönümü günü icitimaiyyət nümayəndələri Bakıda Qardaşlıq məzarı memorialının önünə toplaşıblar. Həlak olanların xatirəsinin necə yad olunması bizim videomuzda.

Hərbi orkestr Azərbaycan himnini ifa edərək paytaxtın Nərimanov rayonunda Qardaşlıq məzarı önündə bayram tədbirini açıb. MDB ölkələrinin səfirləri, rəsmi şəxslər və veteranlar Memorial önünə gül dəstələri qoyublar.

Moskvada Qələbə Günü: parad və xatirələrə köçmüş yerlərdən video >>

Koronavirus Qələbə Gününü qeyd etmə proqramına dəyişikliklər edib. Belə ki, Bakıda yenə də “Ölməz alay” vətəndaş-vətənpərvərlik hərəkatının yürüşü olmalı idi. Ölkədə iyunun 1-dək uzadılmış sərt karantin rejimi nəzərə alınaraq, kütləvi tədbirlər keçirmək qadağan olunub.

Bununla bağlı Memorial önündə məhdud sayda insan toplaşıb. Bütün gün ərzində Bakıda və bölgələrdə bütün memorial məzarlıqlara güllər qoyulur.

1

Sabah Bakıda güclü külək əsəcək, yağış yağacaq

3
Azərbaycanın rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

BAKI, 9 may - Sputnik. Bakıda və Abşeron yarımadasında mayın 10-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, güclü şimal-qərb küləyi axşam mülayimləşəcək.

Havanın temperaturu gecə 11-13 dərəcə isti, gündüz 13-15 dərəcə isti olacaq. Bakıda gecə 11-13 dərəcə isti, gündüz 13-15 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 758 mm civə sütunundan 766 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-80 , gündüz 50-55 faiz olacaq.

Azərbaycanın rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Səhər saatlarında duman olacaq. Mülayim qərb küləyi ayrı-ayrı yerlərdə güclü olacaq.

Havanın temperaturu gecə 9-13 dərəcə isti, gündüz 15-20 dərəcə isti, dağlarda gecə 3-7 dərəcə isti, gündüz 7-12 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza gəlincə, Abşeron yarımadasında güclü xəzri küləyinin əsəcəyi gözlənilir ki, bu da bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

3