Azərbaycan Ordusunun hərbi qulluqçuları, arxiv şəkli

Orduya dəstək olmaq istəyənlər üçün təlimat yayıldı

535
"ASAN ödəniş" sistemi üzərindən Silahlı Qüvvələrə Yardım Fonduna ianə edə bilərsiniz. Bunun üçün ödəniş prosesi barədə təlimat videosu hazırlanıb

BAKI, 7 oktyabr — Sputnik. Bütöv Azərbaycan naminə Böyük Vətən müharibəmiz həm ön, həm də arxa cəbhədə davam edir. Hər kəsi bu şanlı zəfər yolunda Silahlı Qüvvələrə Yardım Fondu vasitəsi ilə öz dəstəyini göstərməyə dəvət edirik.

Sputnik Azərbaycan Silahlı Qüvvələrə Yardım Fondunun məlumatına istinadla xəbər verir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin də qeyd etdiyi kimi, ordumuzun heç bir maddi-texniki dəstəyə ehtiyacı yoxdur. Buna baxmayaraq ordumuza dəstək olmaq istəyirsinizsə, bunu ancaq rəsmi mənbələr əsasında etmək tövsiyə olunur. Beləcə, həm fırıldaqçılıq, həm də israfçılıq halları minimuma endiriləcək.

"ASAN ödəniş" sistemi üzərindən Silahlı Qüvvələrə Yardım Fonduna ianə edə bilərsiniz. Bunun üçün ödəniş prosesi barədə hazırlanmış təlimat videosu ilə tanış ola bilərsiniz:

 

535
Teqlər:
yardım, video, təlimat, ASAN, Silahlı Qüvvələrə Yardım Fondu
Əlaqədar
Müdafiə Nazirliyi Silahlı Qüvvələrə yardım toplayan şəxslərə müraciət etdi
Azərbaycan Bəstəkarlar İttifaqı dünya musiqiçilərinə müraciət edib
Amerikada yaşayan reperdən dəstək gəldi
Bir millət, iki dövlət olduğumuzun əyani sübutu: İstanbul Azərbaycanı necə dəstəklədi
Mərkəzi Bank Silahlı Qüvvələrə dəstək oldu
Yaponiyada qoruyucu maskada olan insanlar

Avropanın "ağ siyahısı": yaponları oradan silirlər

1
(Yenilənib 00:58 27.01.2021)
Avropa Birliyi sərhədlərini Yaponiya vətəndaşlarının üzünə bağlamağa hazırlaşır. Bu ölkənin "ağ siyahı"dan çıxma ehtimalı yüksəkdir

BAKI, 27 yanvar - Sputnik. Avropa Birliyi ölkələrinə gəlməyə icazəsi olan insanların siyahısından Yaponiya vətəndaşları çıxarıla bilər.

Sputnik Azərbaycan bildirir ki, Avropa Birliyinin bu niyyəti barədə Bloomberg öz mənbələrinə istinadən yazır. 

Agentliyin məlumatına görə, bu qərar Yaponiyada koronavirusa yoluxmanın artması ilə bağlıdır.  

Mənbə bildirib ki, Avropa Birliyinin yenilənmiş "ağ siyahısı"nda cəmi yeddi ölkə olacaq və yalnız bu ölkələrin vətəndaşları AB-yə üzv ölkələrə səyahət edə biləcəklər. 

Siyahıdakı "xoşbəxtlər" isə Avstraliya, Çin, Yeni Zelandiya, Ruanda, Sinqapur, Cənubi Koreya və Tailanddır. COVID-19-a yoluxma sayının kəskin artması səbəbindən Böyük Britaniya bu siyahını yanvarın 1-dən tərk edib. 

1
Teqlər:
Koronavirus, qadağa, Avropa Birliyi, vətəndaşlar, Yaponiya
Mövzu:
Yeni tip koronavirus pandemiyası
Tərəzi, kökəlmək, köklük

Diabetə qalib gəlməyin çox asan yolu

3
(Yenilənib 00:44 27.01.2021)
Diabetə on iki həftə ərzində qalib gəlmək mümkündür. Amerikalı alimlərin araşdırmasına görə, minimal karbohidratlı pəhriz həm sağaldır, həm də arıqladır

BAKI, 27 dekabr - Sputnik. On iki həftə boyunca minimal karbohidrat pəhrizinə riayət edən insanlar ikinci tip diabetə qalib gəlmək şansını təxminən 30% artırırlar. 

Sputnik Azərbaycan bildirir ki, bu barədə Diabetes.co.uk portalı Texasın A&M Universitetinin (ABŞ) əməkdaşlarının araşdırmalarına istinadən yazır.

Tədqiqatda 1357 nəfər iştirak edib. Yaşları 47 ilə 67 arasında dəyişən bu şəxslərin əksəriyyəti artıq çəki və ya piylənmədən əziyyət çəkib. Onlar on iki həftə ərzində minimal karbohidrat pəhrizinə riayət ediblər. Bundan 6 ay və bir il sonra isə mütəxəssislər tədqiqatda iştirak edənlərin səhhətlərini təkrar yoxlamadan keçiriblər. 

Qeyd olunur ki, pasiyentlər nişastalı karbohidratlardan (daha çox kartof və makaronda olur) imtina ediblər. Alimlər belə nəticəyə gəliblər ki, 6 aydan sonra bu qrup insanların xəstəliyin əlamətlərini azaltmaq şansları digər pəhrizlərə riayət edənlərlə müqayisədə daha çoxdur. 

Elmi tədqiqatın müəllifləri qeyd ediblər ki, gələcəkdə onlar kalorilərə nəzarətlə bağlı da bir sıra tədqiqatlar aparmaq niyyətindədirlər. Bununla onlar minimal karbohidratlı pəhrizin arıqlamağa və diabetin remissiyasına davamlı müsbət təsir göstərdiyinə əmin olmaq istəyirlər.

* Minimal karbohidratlı pəhriz - sutkada 100-150 qramdan artıq olmayan karbohidratın qəbul olunmasını nəzərdə tutan qida rejimidir. Bundan başqa, burada istifadə olunan karbohidratın əksər hissəsi böyük miqdarda lifə malik tərəvəz və tam buğdaların payına düşməlidir. 

Bu pəhriz həm diabet xəstələrinə, həm də arıqlamağa çalışan idmançılara məsləhət görülür. O, qanda şəkərin miqdarını tənzimləmək üçün əla üsul sayılır.

3