Təhsil Nazirliyinin binası, arxiv şəkli

Koronavirusla bağlı daha 3 sinif 1 məktəb distant təhsilə keçirilib

56
Bu gün distant təhsildən əyani təhsilə keçirilən siniflərin sayı 2-dir. Ümumilikdə distant təhsilə keçirilmiş siniflərin sayı 28, məktəblərin sayı 2-dir.

BAKI, 6 oktyabr - Sputnik. Təhsil Nazirliyi bu gün üzrə ümumtəhsil müəssisələrində COVID-19-la bağlı məlumatı açıqlayıb.

Məlumata görə, bu gün Azərbaycanda koronavirusla bağlı 3 sinif və 1 məktəb distant təhsilə keçirilib.

Bu gün distant təhsildən əyani təhsilə keçirilən siniflərin sayı isə 2-dir. Ümumilikdə distant təhsilə keçirilmiş siniflərin sayı 28, məktəblərin sayı 2-dir.

Bundan əlavə, bu gün hərarəti 37 dərəcədən yuxarı olan şagirdlərin sayı 8, işçi heyətinin sayı 2 olub.

Bu gün koronavirusa yoluxan şagird sayı 11, işçi heyətinin sayı isə 3 olub.

56
Elnur Hüseynov, arxiv şəkli

"Eurovision" ulduzlarından Gəncə terroru barədə klip

49
(Yenilənib 20:03 28.10.2020)
"Say Hallelujah" mahnısına çəkilmiş videoklip Fidan Hüseynovanın rəsmi "Youtube" kanalında təqdim edilib. Sənətçilər klip vasitəsi ilə həqiqəti bütün dünyaya çatdırmağa çalışıblar.

BAKI, 28 oktyabr — Sputnik. "Eurovision" mahnı müsabiqəsinin ulduzları Elnur Hüseynov və Fidan Hüseynova Ermənistanın Gəncədə törətdiyi terror aktları barədə klip çəkiblər. Sputnik Azərbaycan xəbər verir ki, "Say Hallelujah" mahnısına çəkilmiş videoklip Fidan Hüseynovanın rəsmi "Youtube" kanalında təqdim edilib. Sənətçilər klip vasitəsi ilə həqiqəti bütün dünyaya çatdırmağa çalışıblar.

Müğənni kliplə bağlı danışarkən bunları deyib: "Oktyabrın 4, 11 və 17-də Azərbaycanın hərbi əməliyyatlar zonasından kənarda yerləşən, əhalisinin sayına görə ikinci ən böyük şəhəri olan Gəncəyə üç raket hücumu nəticəsində 26 nəfər həlak olub. Həlak olanlar arasında 10 qadın və 6 uşaq var. Daha 138 nəfər yaralanıb. İndi informasiya müharibəsi gedir və hər kəsin öz silahı var: bizim mahnımız ingilis dilində olduğu üçün istədim ki, yenidən o mahnıya qayıdaq və bütün həqiqəti dünyaya çatdıraq. Bu arzumu Fidanın atası Yaqub müəllimə bildirəndə o, mənim ideyamı ürəkdən dəstəklədi".

Rejissor Ülviyyə Könül bildirib ki, bu klipin ərsəyə gəlməsində məqsəd həqiqəti bəşəriyyətə çatdırmaqdır: "Mənim fikrimcə, bu klip çox güclü material yaratmağa kömək edib, çünki bu mövzuya laqeyd qalmaq mümkün deyil".

Layihə müəlliflərinin sözlərinə görə, bu gün dünya birliyi anlamalıdır ki, Ermənistanın terrorçu qoşunları Azərbaycan ərazisində vuruşur, lakin Qarabağın hüdudlarından uzaqlarda dinc əhaliyə qarşı vəhşiliklər törədirlər.

Mahnının sözləri Cəlal Qurbanovundır. Misraları ingilis dilinə tərcümə etmiş şairə Nigar Həsənzadə deyir:

"Bu mahnı doğma Azərbaycanımızın övladlarına, müharibə nəticəsində həyatlarını itirmiş günahsız qurbanlara görə bizim ümumi harayımız və fəryadımızdır. Bu mahnı dünya birliyini həqiqətin gözünün içinə baxmağa, öz ambisiyalarını müvəqqəti də olsa, unutmağa, mənfur erməni diasporunun təsirinə uymamağa və terrorçu ermənilərin bəşəriyyət əleyhinə törətdiyi dəhşətli cinayətlərə görə onları mühakimə etməyə çağırışdır".

49
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Şəhid general Polad Həşimovun portreti, arxiv şəkli

Türkiyədə general Həşimovun adına park salındı - VİDEO

50
(Yenilənib 20:31 28.10.2020)
Osmanqazi bələdiyyəsinin sədri Mustafa Dündar və Azərbaycanın Türkiyədəki səfirliyinin müşaviri Ruslan Abdullayev mərasimdə çıxış ediblər

BAKI, 28 oktyabr - Sputnik. Ermənistan silahlı qüvvələrinin Tovuz rayonu istiqamətindən ölkəmizə xain hücumları nəticəsində şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin generalı Polad Həşimovun əziz xatirəsi Türkiyədə əbədiləşdirilib.

Sputnik Azərbaycan-ın məlumatına görə, Bursanın Osmanqazi rayonunun Dəmirtaş bölgəsində Polad Həşimovun adı verilən yeni park salınıb.

Parkın açılış mərasimi Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilməsi ilə başlayıb. Sonra şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, onların ruhuna dualar oxunub.

Osmanqazi bələdiyyəsinin sədri Mustafa Dündar və Azərbaycanın Türkiyədəki səfirliyinin müşaviri Ruslan Abdullayev mərasimdə çıxış ediblər.

50
Əlaqədar
Türkiyədə Polad Həşimovun xatirəsi əbədiləşdirilir
"Təhlükəsizlik baxımından bizim üçün Türkiyənin önəmi qiymətsizdir" – Azərbaycanlı general
"Yeni şəhidlərimiz olmasın" - Polad Həşimovun portretini yaradan rəssam - VİDEO
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin binası

Füzuli, Xocavənd Qubadlıda Ermənistan ordusunun hücum cəhdlərinin qarşısı alınıb

29
(Yenilənib 08:04 29.10.2020)
Cəbhənin müxtəlif istiqamətlərində Ermənistan silahlı qüvvələrinə qarşı görülən cavab tədbirləri nəticəsində düşmənin şəxsi heyəti arasında ölən və yaralananlar var.

BAKI, 29 oktyabr - Sputnik. Ermənistan silahlı qüvvələrinin bölmələri oktyabrın 28-i gün ərzində və 29-na keçən gecə cəbhənin müxtəlif istiqamətlərində Azərbaycan Ordusu bölmələrinin yerləşdiyi mövqeləri və yaşayış məntəqələrimizi müxtəlif silahlardan, o cümlədən artilleriya və raketlərdən atəşə tutub. Bu barədə Sputnik Azərbaycan Müdafiə Nazirliyinə istinadən xəbər verir.

Döyüş əməliyyatları əsasən cəbhənin Xocavənd, Füzuli və Qubadlı istiqamətlərində davam edib. Düşmənin hücum etmək cəhdlərinin qarşısı qətiyyətlə alınıb.

Cəbhənin müxtəlif istiqamətlərində Ermənistan silahlı qüvvələrinə qarşı görülən cavab tədbirləri nəticəsində düşmənin şəxsi heyəti arasında ölən və yaralananlar var.

Dünən gün ərzində və gecə saatlarında cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi, 2 ədəd T-72 tankı, 2 ədəd BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemi, 14 ədəd müxtəlif tipli topu, bir neçə dayaq məntəqəsi və 6 ədəd avtomobil texnikası məhv edilib və sıradan çıxarılıb.

Hazırda qoşunlarımız əməliyyat şəraitinə nəzarət edir.

29
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə