CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Onlar himayəyə verilsələr də, təhsil haqlarını dövlət ödəyəcək

© AFP 2023 / FRED DUFOURСтуденты сдают экзамен, фото из архива
Студенты сдают экзамен, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Milli Məclis "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında" qanuna dəyişiklikləri qəbul edib.

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 6 oktyabr — Sputnik. Milli Məclisin bu gün keçirilən plenar iclasında "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında" qanuna dəyişiklik üçüncü oxunuşda müzakirəyə çıxarılıb.

Sputnik Azərbaycan xəbər verir ki, dəyişikliyə görə, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar övladlığa götürüldükdə də onların ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək.

Müzakirələrdən sonra dəyişikliklər səsə qoyularaq qəbul edilib.

Xəbər lenti
0