Xalid Məmmədov, Sputnik Azərbaycan
BAKI, 6 oktyabr — Sputnik. Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov parlamentdə keçirdiyi brifinqdə COVID-19-a görə vətəndaşları ehtiyatlı olmağa çağırıb.
Sputnik Azərbaycan xəbər verir ki, komitə sədrinin müavini bildirib ki, payız aylarında pandemik alovlanma olarsa, Azərbaycan buna hazırdır: "Lakin mütləq şəkildə sosial məsafə qorunmalı, maska taxılmalıdır. Bu gün sadəcə ordu sıralarında olan səhiyyəçilər deyil, ölkəmizin özəl müəssisələrində çalışan səhiyyə işçiləri də ön cəbhədə öz işlərini görməyə davam edirlər. Xəstəlik artdığı zaman isə insan resursları bu istiqamətə yönəlir. Ona görə də insanlar COVID-19-a görə özlərini qorumalıdırlar".
"Hazırda koronavirusa görə ölkədə sabitlikdir. Mən Operativ Qərargahın üzvü kimi bütün Azərbaycan əhalisindən xahiş edirəm ki, koronavirus barədə ehtiyatlı olsun, qaydalara riayət etsin. Bunu ən çox Azərbaycan əsgəri, Ordumuz üçün etsin", - deyə o əlavə edib.
BAKI, 20 yanvar - Sputnik. Təhsil Nazirliyi "Xüsusi karantin rejimi dövründə ümumi təhsil müəssisələrində təhsilalanların attestasiyasının (məktəbdaxili qiymətləndirmənin) aparılmasının müvəqqəti qaydaları"nı təsdiq edib.
Sputnik Azərbaycan-ın məlumatına görə, qaydalara əsasən, II-XI siniflərdə bütün fənlər üzrə summativ qiymətləndirmə fənni tədris edən müəllim tərəfindən distant formada yarımilin sonunda bir dəfə olmaqla aparılır.
Summativ qiymətləndirmənin nəticələri 100 ballıq şkala ilə ölçülür və qiymətləndirmədə test, inşa, çalışma, şifahi sorğu, yaradıcılıq və əl işləri, layihə kimi qiymətləndirmə vasitələrindən istifadə olunur. Qiymətləndirmə 45-60 dəqiqə müddətində təşkil olunur. Bu summativ qiymətləndirmə yarımil qiymətləndirməsi hesab olunur və həmin qiymətlər yarımil qiymətləri kimi götürülür. Bu barədə jurnalda müvafiq qeydiyyat aparılır.
Üzrsüz səbəbdən summativ qiymətləndirmədə iştirak edə bilməyən təhsilalanın həmin qiymətləndirmə üzrə balı "0" qəbul olunur. Təhsilalan summativ qiymətləndirmədə üzrlü səbəbdən iştirak edə bilmədikdə onun üçün müvafiq qiymətləndirmə günündən 1 ay sonra summativ qiymətləndirmə təşkil edilir. Sürətli internet bağlantısı və ya internetə çıxışı olmaması səbəbindən şagirdin qiymətləndirmədə iştirak edə bilməməsi halında təhsil müəssisəsi tərəfindən qanunvericiliyin tələbləri gözlənilməklə əyani formada qiymətləndirmədə iştirakı üçün müvafiq şəraitin yaradılması təmin olunur. Təkrar qiymətləndirmədə iştirak etməyən şagirdin qiyməti "0" olaraq götürüləcək. Qiymətləndirmə Microsoft Teams, Whatsapp, Zoom, Skype tətbiqləri vasitəsi ilə keçirilə bilər.
BAKI, 20 yanvar — Sputnik. "Koronavirusa qarşı peyvənd vurdurmamışdan öncə qida rasionuna zülalla zəngin məhsullar, ət, balıq, yumurta əlavə etmək lazımdır". Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, bu barədə dietoloq Viktor Tutelan danışıb.
Onun sözlərinə görə, peyvəndləmədən sonra isə orqanizmdə vitamin balansını, xüsusən də D vitamini balansını qorumaq önəmlidir. "Vaksin spesifik antikorların istehsalını stimullaşdırmaq üçün tətbiq olunur. Antikorlar protein quruluşlarıdır, bunun üçün zülala - ət, balıq, yumurtaya böyük ehtiyac yaranır. Pəhrizimizdə buna diqqət etməliyik", – deyə dietoloq bildirib.
Qeyd edək ki, koronavirus xəstələrinin böyük əksəriyyətində D vitamini çatışmazlığı müşahidə edilir.
BAKI, 20 yanvar — Sputnik. Azərbaycanda zəlzələ qeydə alınıb. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
Maqnitudası 3 bal olan zəlzələ yerli vaxtla saat 07:01-də Cəlilabad stansiyasından 31 km cənub-şərqdə, Masallı rayonunda qeydə alınıb. Zəlzələ hiss olunmayıb.