Artilleriya atəşi, arxiv şəkli

Uşaqlar müharibədən sual verməyə başlayıblarsa... Psixoloqlar düzgün yolu deyirlər

579
(Yenilənib 21:48 05.10.2020)
Uşaqlarda müharibənin qorxu kimi qəbul edilməsi problemi valideyn və psixoloqlar tərəfindən rahatlıqla aradan qaldırıla bilər

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 5 oktyabr — Sputnik. Müharibə, dağıntılar, ölüm, atəş səsləri, yaxınlarını itirmək qorxusu... Yaşından asılı olmayaraq hər kəs üçün bunu qəbul etmək çətindir. Kiçik yaşlarında kimsəsiz qalmaq, başının üzərindən şütüyən güllələrin səsi uşaqların psxikasına zədə vurur.

Bir müddət əvvəl Xocalı soyqırımı zamanı hər iki valideynini itirmiş Mehdi Əliyevlə söhbətimiz olmuşdu. 4 yaşı olanda yaşadığı faciə illər keçsə də Mehdinin yaddaşından silinmirdi.

Bu gün Azərbaycan öz torpaqlarını geri qaytarmaq üçün mübarizə aparır.

Atılan raketlər, bölgələrin atəşə tutulması, ölümlər...

Uşaqlara müharibə necə izah edilməlidir?

Psixoloq Fuad Əsədov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, uşaq psixologiyası hər şeydən təsirlənə bilir.

"Müharibə, ölüm xəbərləri, şiddət və təcavüzün əks olunduğu görüntüləri gördükləri və ya eşitdikləri zaman bu onların beynində xüsusi olaraq qalır və həmin gördüklərinin bir gün öz başlarına da gələcəyi qorxusu ilə yaşayırlar", - deyən psixoloq vurğulayıb ki, qorxu yaşamaq hər zaman "travma almaq" demək deyil.

Mütəxəssis qeyd edib ki, bəzi uşaqlarda müharibənin varlığı sadəcə qorxu kimi qəbul edilsə də, bəzi uşaqlarda bu travma yarada bilər.

Uşaqlarda müharibənin qorxu kimi qəbul edilməsi problemi valideyn və psixoloqlar tərəfindən rahat aradan qaldırıla bilər.

"Müharibənin yaxşı və ya pis olduğunu izah edərkən çalışmaq lazımdır ki, uşaqlara qəddarlıq ruhu aşılanmasın. Uşaqlara müharibədə insanların zərər gördüyünü izah etməliyik. Bəzən deyirlər ki, uşaqları belə xəbərlərdən uzaq tutmalıyıq. Amma nə qədər uzaq tuta bilərik? Uşaqlar bir gün televiziyada, internetdə bu xəbərləri görəcəklər. Onu da deyək ki, müharibə televiziyada və internetdə daha pis şəkildə - əzabverici səhnələrlə təqdim olunur. Və bu səhnələr onlara daha ağır təsir edə bilər. Bu səbəbdən də uşaqlar müharibə mövzusunda sual verməyə başlayıblarsa, valideynlər bildiyi formada, daha yumşaq şəkildə müharibənin nə olduğunu uşaqlara izah etməlidirlər", - deyə psixoloq bildirib.

F.Əsədovun fikrincə, uşaqlar müharibə xəbərlərindən düşünüldüyü qədər təsirlənmirlər. Ancaq uşaq təbiətcə narahat və qayğılıdırsa, o, belə xəbərlərdən daha çox təsirlənəcək.

Mütəxəssisin fikrincə, əgər uşaq belə xarakterlidirsə, ona hər bir şey təsir edə bilər: "Uşaqlara başa salmaq lazımdır ki, nə olursa-olsun, valideyni yanında olacaq. Uşağa ölkənin müharibənin zərərlərindən müdafiə oluna bilmə potensialını da izah etmək lazımdır. Dövlətin, ordunun gücünü uşağa başa salmaq lazımdır ki, hər şey ordu tərəfindən idarə edilir".

Psixoloqun sözlərinə görə, tarixini bilən hər bir azərbaycanlı vətənpərvər olur.

Bunun üçün müharibənin olmasına, müharibənin izah olunmasına ehtiyac yoxdur. Uşaqlara izah etmək lazımdır ki, qəhrəman olmaq, vətənə qulluq etmək sadəcə cəbhədə olmur: "Bu kimi fikirləri uşaqlara izah edərək, müharibənin təsirlərini maksimum azaltmaq olar". 

Psixoloq Zeynəb Eyyubovanın sözlərinə görə, uşaqlara vətənpərvərlik bağça yaşlarından aşılanır.

Onlara Qarabağ adlı bir dərdimizin olduğu aşılanır. Tarix kitablarında, dərsliklərdə bu, uşaqlara izah edilir: "Son günlər qələbə coşqusu, şəhidlərlə bağlı şüarlar uşaqlarda qorxu deyil, coşqu yaradır. Bir neçə gündür ki, ölkə başçısının paylaşdığı xəbərlər xalqda coşqu yaradır. Uşaqlar bizim nə dediyimizə yox, nə etdiyimizə daha çox fikir verirlər. Uşaq valideynini yüksək əhval-ruhiyyədə görəndə, coşqusunu hiss edəndə, onda da eyni hisslər baş qaldırır", -  deyə o vurğulayıb.

579
Əlaqədar
Çavuşoğlu NATO Baş katibi ilə görüşdə Ermənistandan danışdı: "Bu, hərbi cinayətdir"
Ermənistan silahlı qüvvələri Ağcabədi və Beyləqanı atəşə tutur, yaralılar var
Uşaqlar partlayış səsindən qorxurlar: Üçoğlan sakinlərisə Vətəni tərk etməmək əzmindədir
Atılan raketlərin çoxu havadaca məhv edilir – Hikmət Hacıyev
Qurbanların sayı artır: Bərdədə ev deşik-deşik edilib – video
Elnur Hüseynov, arxiv şəkli

"Eurovision" ulduzlarından Gəncə terroru barədə klip

42
(Yenilənib 20:03 28.10.2020)
"Say Hallelujah" mahnısına çəkilmiş videoklip Fidan Hüseynovanın rəsmi "Youtube" kanalında təqdim edilib. Sənətçilər klip vasitəsi ilə həqiqəti bütün dünyaya çatdırmağa çalışıblar.

BAKI, 28 oktyabr — Sputnik. "Eurovision" mahnı müsabiqəsinin ulduzları Elnur Hüseynov və Fidan Hüseynova Ermənistanın Gəncədə törətdiyi terror aktları barədə klip çəkiblər. Sputnik Azərbaycan xəbər verir ki, "Say Hallelujah" mahnısına çəkilmiş videoklip Fidan Hüseynovanın rəsmi "Youtube" kanalında təqdim edilib. Sənətçilər klip vasitəsi ilə həqiqəti bütün dünyaya çatdırmağa çalışıblar.

Müğənni kliplə bağlı danışarkən bunları deyib: "Oktyabrın 4, 11 və 17-də Azərbaycanın hərbi əməliyyatlar zonasından kənarda yerləşən, əhalisinin sayına görə ikinci ən böyük şəhəri olan Gəncəyə üç raket hücumu nəticəsində 26 nəfər həlak olub. Həlak olanlar arasında 10 qadın və 6 uşaq var. Daha 138 nəfər yaralanıb. İndi informasiya müharibəsi gedir və hər kəsin öz silahı var: bizim mahnımız ingilis dilində olduğu üçün istədim ki, yenidən o mahnıya qayıdaq və bütün həqiqəti dünyaya çatdıraq. Bu arzumu Fidanın atası Yaqub müəllimə bildirəndə o, mənim ideyamı ürəkdən dəstəklədi".

Rejissor Ülviyyə Könül bildirib ki, bu klipin ərsəyə gəlməsində məqsəd həqiqəti bəşəriyyətə çatdırmaqdır: "Mənim fikrimcə, bu klip çox güclü material yaratmağa kömək edib, çünki bu mövzuya laqeyd qalmaq mümkün deyil".

Layihə müəlliflərinin sözlərinə görə, bu gün dünya birliyi anlamalıdır ki, Ermənistanın terrorçu qoşunları Azərbaycan ərazisində vuruşur, lakin Qarabağın hüdudlarından uzaqlarda dinc əhaliyə qarşı vəhşiliklər törədirlər.

Mahnının sözləri Cəlal Qurbanovundır. Misraları ingilis dilinə tərcümə etmiş şairə Nigar Həsənzadə deyir:

"Bu mahnı doğma Azərbaycanımızın övladlarına, müharibə nəticəsində həyatlarını itirmiş günahsız qurbanlara görə bizim ümumi harayımız və fəryadımızdır. Bu mahnı dünya birliyini həqiqətin gözünün içinə baxmağa, öz ambisiyalarını müvəqqəti də olsa, unutmağa, mənfur erməni diasporunun təsirinə uymamağa və terrorçu ermənilərin bəşəriyyət əleyhinə törətdiyi dəhşətli cinayətlərə görə onları mühakimə etməyə çağırışdır".

42
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Şəhid general Polad Həşimovun portreti, arxiv şəkli

Türkiyədə general Həşimovun adına park salındı - VİDEO

46
(Yenilənib 20:31 28.10.2020)
Osmanqazi bələdiyyəsinin sədri Mustafa Dündar və Azərbaycanın Türkiyədəki səfirliyinin müşaviri Ruslan Abdullayev mərasimdə çıxış ediblər

BAKI, 28 oktyabr - Sputnik. Ermənistan silahlı qüvvələrinin Tovuz rayonu istiqamətindən ölkəmizə xain hücumları nəticəsində şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin generalı Polad Həşimovun əziz xatirəsi Türkiyədə əbədiləşdirilib.

Sputnik Azərbaycan-ın məlumatına görə, Bursanın Osmanqazi rayonunun Dəmirtaş bölgəsində Polad Həşimovun adı verilən yeni park salınıb.

Parkın açılış mərasimi Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilməsi ilə başlayıb. Sonra şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, onların ruhuna dualar oxunub.

Osmanqazi bələdiyyəsinin sədri Mustafa Dündar və Azərbaycanın Türkiyədəki səfirliyinin müşaviri Ruslan Abdullayev mərasimdə çıxış ediblər.

46
Əlaqədar
Türkiyədə Polad Həşimovun xatirəsi əbədiləşdirilir
"Təhlükəsizlik baxımından bizim üçün Türkiyənin önəmi qiymətsizdir" – Azərbaycanlı general
"Yeni şəhidlərimiz olmasın" - Polad Həşimovun portretini yaradan rəssam - VİDEO
Avropa İttifaqının bayrağı (Aİ), arxiv şəkli

Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dair substantiv danışıqlara çağırdı

0
Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Jozep Borrelin mətbuat katibi Peter Stanon atəşkəsə dair üç razılaşmadan sonra Dağlıq Qarabağ və ətrafında gedən döyüşlərlə bağlı bəyanat yayıb.

BAKI, 29 oktyabr - Sputnik. Avropa İttifaqı Rusiya, Fransa və ABŞ-ın vasitəçiliyi ilə atəşkəsə dair üç razılaşmadan sonra Dağlıq Qarabağ və ətrafında döyüşlərin hələ də davam etdiyini və daha çox mülki şəxslərin hədəf alınmasını qəbuledilməz hesab edir.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Jozep Borrelin mətbuat katibi Peter Stanonun atəşkəsə dair üç razılaşmadan sonra Dağlıq Qarabağ və ətrafında gedən döyüşlərlə bağlı verdiyi bəyanatda bildirilib.

Bəyanatda, o da qeyd edilib ki, Avropa İttifaqı münaqişə tərəflərinə beynəlxalq humanitar hüquqa əsasən, mülki  şəxsləri qorumaq öhdəliklərini bir daha xatırladır.

"Avropa İttifaqı tərəfləri sonuncu dəfə 25 oktyabrda Vaşinqtonda razılaşdırıldığı kimi, gecikmədən Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dair substantiv danışıqlara başlamağa çağırır", - deyə bəyanatda bildirilir.

0