Azərbaycan bayrağı, arxiv şəkli

Nazirlik azad olunacaq ərazilərdə göstərəcəyi xidmətləri açıqladı

255
(Yenilənib 18:48 03.10.2020)
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi uğurlu hərbi əməliyyatlar nəticəsində işğaldan azad edilməkdə olan torpaqlarımızda öz fəaliyyət istiqamətləri üzrə hər kəsi xidmətləri ilə əhatə edəcək

BAKI, 3 oktyabr — Sputnik. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi işğaldan azad edilməkdə olan ərazilərimizlə bağlı maraqlı statistika açıqlayıb. Nazirlikdən Sputnik Azərbaycan-a daxil olan məlumatda bildirilir ki, işğaldan azad edilməkdə olan ərazilərimizdə göstəriləcək xidmətlərlə bağlı ilkin statistika artıq hazırdır: "Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Silahlı Qüvvələrimizin uğurlu hərbi əməliyyatları nəticəsində işğaldan azad edilməkdə olan torpaqlarımızda öz fəaliyyət istiqamətləri üzrə hər kəsi xidmətləri ilə əhatə edəcək. O gün uzaqda deyil. Qələbə bizimlədir!"

255
Məktəb, arxiv şəkli

Uşaqlar hansı yaşdan etibarən maska taxmalıdırlar?

27
Rusiyanın Paster adına Epidemiologiya və Mikrobiologiya Elmi Tədqiqat İnstitutunun mütəxəssisləri belə hesab edirlər ki, 12 yaşdan başlayaraq uşaqlarda virusa qarşı həssaslıq yaranır.

BAKI, 24 oktyabr — Sputnik. Bütün dünyadan koronavirus epidemiyası yayıldığı gündən bu yana hansı yaşdan etibarən uşaqların maska taxmalı olduqları məsələsi də ən çox müzakirə olunan mövzulardan biridir. Rusiyalı ekspert bu suala dəqiq cavab verib.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, mütəxəssislər 12 yaşdan etibarən bütün uşaq və yeniyetmələrin maska taxmasını tövsiyə edirlər. Rusiyanın Paster adına Epidemiologiya və Mikrobiologiya Elmi Tədqiqat İnstitutunun mütəxəssisi belə hesab edir ki, bu yaşdan başlayaraq uşaqlarda virusa qarşı həssaslıq yaranır. Mütəxəssisin sözlərinə görə, bununla belə, uşaqlar COVID-19 virusunun aktiv daşıyıcıları hesab olunmurlar. Müşahidələr göstərir ki, bu virus əksər hallarda uşaqlara böyüklərdən yoluxur.

27
Koronavirus modeli, arxiv şəkli

Koronavirus daha tez öldürməyə başlayıb

43
Alimlər eyni zamanda SARC –CoV-2 –nin mutasiya edə bildiyini də təsdiqləyib. Onların fikrincə, mutasiya xəstəliyin ağırllaşmasına səbəb olmasa da, sürətlə yayılmasına səbəb ola bilər.

BAKI, 24 oktyabr — Sputnik. Koronavirus pandemiyasının ikinci dalğasında virusun ağırlaşmış formasında olan xəstələr birinci dalğa ilə müqayisədə daha tez ölür.

Sputnik Azərbacan Rusiya mətbuatına istinadla xəbər verir ki, bu barədə Britaniyanın fövqəladə hallar üzrə elmi məsləhət qrupunun hesabatında deyilir.

Alimlər bütün ölkə üzrə xəstəxanalarda olan 76700 sakinin məlumatlarını təhlil edərək bu nəticəyə gəlib.

Belə ki, avqustun 1-nə olan dövr ərzində koronavirusn əlamətləri müşahidə edilən gündən etibarən ağırlaşaraq ölümlə nəticələnmə 13 gün ərzində baş verirdi. Hazırda bu dövr qısalıb və ölümlə nəticələnmə bir həftəyə baş verir.

Alimlərin fikrincə, bu neqativ dinamika xəstəliyin müalicəsinin inkişafı ilə əlaqəlidir. Belə ki, hazırda həkimlər daha çox xəstənin həyatını xilas edə bilir. Xəstəlikdən ölənlər isə digər sağlamlıq problemləri olan zəif orqanizmi olan şəxslərdir.

Alimlər eyni zamanda SARC–CoV-2–nin mutasiya edə bildiyini də təsdiqləyib. Onların fikrincə, mutasiya xəstəliyin ağırllaşmasına səbəb olmasa da, sürətlə yayılmasına səbəb ola bilər.

43
Ginnesin Rekordlar kitabının sertifikatı, arxiv şəkli

Çinli iki metr yarıma yaxın boyu ilə Ginnesin Rekordlar Kitabına düşmək istəyir - VİDEO

0
14 yaşlı Keyu Ren Çinin Sichuan əyalətində yaşayan orta məktəb şagirdidir. Ən yüksək qapılardan keçəndə belə başını əyməli olan Ren, bəzən yeriməkdə çətinlik çəkir.

BAKI, 24 oktyabr — Sputnik. Çində yaşayan 14 yaşlı Keyu Ren 2 metr 21 santimetr boyu ilə Ginnesin Rekordlar Kitabına düşmək üçün müraciət edib.

Sputnik Azərbaycan "TRThaber"ə istinadla xəbər verir ki, Keyu Ren Çinin Sichuan əyalətində yaşayan orta məktəb şagirdidir. 14 yaşlı Reni yaşıdlarından fərqləndirən ən vacib xüsusiyyət 2 metr 21 santimetr uzunluğunda olmasıdır. Ən yüksək qapılardan keçəndə belə başını əyməli olan Ren, bəzən yeriməkdə çətinlik çəkir.

Ren 13-18 yaş kateqoriyasında 2 metr 21 santimetr hündürlüyündə Rekordlar Kitabına namizəd kimi göstərilib. Ren müsbət cavab alacağını gözləyir.

Qeyd edək ki, indiyədək dünyada ən uzun yeniyetmə kimi 2015-ci ildə 2 metr 15 santimetr boyu ilə ABŞ-dan olan Kevin Bradford Rekordlar Kitabına düşüb.

0