Azərbaycan bayrağı, arxiv şəkli

Vətəndaşlar öz təşəbbüsləri ilə ön cəbhəyə yardım göndərirlər - kimi pul, kimi geyim...

395
(Yenilənib 23:15 02.10.2020)
Adi vətəndaşların sosial şəbəkələrdəki yardım çağırışına anında yüzlərlə vətənpərvər müsbət reaksiya verir

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 2 oktyabr — Sputnik. Bu gün hər kəs ön cəbhəyə yardım etməyə çalışır. Bəzən adi vətəndaşların sosial şəbəkələrdəki yardım çağırışına anında yüzlərlə vətənpərvər müsbət reaksiya verir. Vətəndaşlar yardımlar toplayır, cəbhə bölgəsinə gedirlər. Eyni zamanda şirkətlər, restoranlar Silahlı Qüvvələrə yardım fonduna yardım edirlər.

Kristal Abşeron tikinti şirkətinin marketinq şöbəsinin rəisi Rəşad Qurbanov qeyd edib ki, şirkət Silahlı Qüvvələrə yardım fonduna 200 min manat yardım edib.

"Bu, bizim ilk yardımımız deyil. Dövlətimizin, ölkəmizin hər bir anında yanındayıq. Bu, bizim yardımların görünən tərəfidir. Şirkətin rəhbərliyi etdiyi yardımların açıqlanmasının tərəfdarı olmadığı üçün, etdiyimiz çox işləri gizli saxlayırıq. Bu gün isə hamı bir olmalıdır. Bizim etdiyimiz yardımı paylaşmaqda məqsədimiz, digər şirkətləri də gücü çatdığı qədər yardım etməyə təşviq etməkdir".
© Sputnik / Irade JELIL
Ön cəbhəyə göndərilən yardım

Emin Tarverdiyev də ön cəbhəyə yardım edən şəxslərdəndir. O qeyd edir ki, bir neçə gün əvvəl Füzuli rayonuna ön cəbhəyə yardımlar aparıb.

"Biz rayonların ərazisindən keçdikcə, qürur hissi yaşayırdıq. Təsəvvür edin, uşaqlar əllərində bayraqlar yol kənarında durub. Bölgələrin sakinləri də boş dayanmır. Kimin nəyə gücü çatırsa, yardım edir. İmkanı olmayan şəxslər yolları təmizləyir", - deyən E.Tarverdiyev qeyd edib ki, yenidən yardımlar toplayaraq cəbhə bölgəsinə gedəcək.

Onun sözlərinə görə, yardımlara hər kəs imkanından asılı olaraq qoşulur. Yəni 1 manatı olan bir manat, 1000 manatı olan 1000 manat yardım edir:

"Biz bu gün arxa cəbhədə yardım edirik. Ali Baş Komandanın əmrini gözləyirik. Ehtiyac olarsa, ön cəbhədə döyüşəcəyik".

Ramil Vəliyev də cəbhə xəttinə yardım toplayan şəxslərdəndir: "Biz özümüz Səfərbərlik Xidmətindən qeydiyyatdan keçib, mesaj, zəng gözləyən adamlarıq. Vallah, işdə oturmağa utanırıq. Bəs niyə bizi çağırmırlar, yaşımız düşür, müraciət də etmişik. Buna görə də iş yoldaşları Səlim Hacıyev və Heydər İmanquliyevlə qərar verdik ki, yardım toplayaq əsgərlərimiz üçün. Mən də öz sosial şəbəkə profilimdə yardım toplamağa başladım. Kimin nəyə gücü çatır, qoşulsun bizim kampaniyaya. Tanımadığımız insanlar bizə qoşulurlar. Bu, çox qürurvericidir".

© Sputnik / Irade JELIL
Ön cəbhəyə göndərilən yardım

Onun sözlərinə görə, əsgərlərimiz üçün əsasən siqaret, tibbi ləvazimatlar, qida və alt geyimləri toplanır.

Müğənni Elçin Şəfizadə könüllü şəkildə müraciət etsə də, ön cəbhəyə aparılmadığı üçün, cəbhəyə yardım kampaniyasına başlamaq qərarı verib:

"Mən hər zaman bacardığım qədər kömək etməyə çalışıram. Ancaq müharibə başlayandan əsgərlərimiz üçün yardımlar toplayıb apardım. Ayın 27-29-u Füzulidə idim. Vallah qürurverici hissdir. Gözlərim yaşarır. Bizim xalqımız güclü xalqdır, vətənpərvərdir. Kaş hamı əlindən gələn yardımı etsə".

Pərvin Dunusov da ön cəbhəyə yardım toplayan vətəndaşlarımızdandır. Onun sözlərinə görə, topladıqları yardımı Tərtər bölgəsinə aparacaqlar: "Vətən, Vətən sağ olsun! Ürəyimiz ancaq vətən üçün döyünür".

Qeyd edək ki, Ali Məhkəmənin hakimləri və əməkdaşları vətəndaş fəallığı və orduya dəstək nümayiş etdirərək mütamadi olaraq əməkhaqlarının bir hissəsini Silahlı Qüvvələrə Yardım Fonduna köçürürlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri və əməkdaşları Silahlı Qüvvələrə Yardım Fonduna 120 min manat məbləğində pul vəsaiti köçürüblər.

© Sputnik / Irade JELIL
Ön cəbhəyə göndərilən yardım

Bakı Tekstil Fabriki isə cəbhəyə 70 min manatlıq yardım göndərib. Fabrikin direktoru, Azərbaycan Qadın Sahibkarları Assosiasiyasının sədri Səkinə Babayeva Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, əsgərlərimiz üçün alt paltarları, corablar istehsal edilərək göndərilir. Həmçinin cəbhəyə yardım üçün fabrikdən mal alan əhaliyə həmin istehsal edilmiş mallar maya dəyərinə satılır:

"Biz bu addımı ona görə atmışıq ki, cəbhə bölgəsinə yardım etmək istəyənlərin bu niyyətinə dəstək olaq. Biz cəbhəyə yardım üçün alınan mallardan heç bir mənfəət gözləmirik. Təki xalqımız bu məsələdə həmrəy olsun!"

Azərbaycanın minlərlə vətəndaşı cəbhə bölgəsində düşmənlə üz-üzə duran əsgərlərimizə yardım etməyə çalışır.

395
Rəssamın rəngləri və fırçaları, arxiv şəkli

Adi karandaşla canlı kimi görünən qəhrəmanlarımız: bunlar 14 yaşlı uşağın əl işidir - FOTO

21
(Yenilənib 23:32 16.01.2021)
Yardımlıdan olan yeniyetmə Vətən müharibəsi şəhidlərinin portretlərini sadə karandaşla yaradır. O inanır ki, gələcəkdə məşhur fırça ustası olacaq

BAKI, 16 yanvar - Sputnik, Kəmalə Əliyeva. Akademik təhsilinin olmamasına rəğmən, on dörd yaşlı Səməd İskəndərli karandaşla unikal əsərlər yaradır. O, daha çox Qarabağ müharibəsinin qəhrəmanlarının portretlərini çəkir. Sputnik Azərbaycan bildirir ki, gənc rəssam üçün hazırda ən böyük çətinlik işləmək üçün şəraitin olmaması və rassam ləvazimatlarının yoxluğudur. 

Посмотреть эту публикацию в Instagram

Публикация от İskəndərli Səməd 🇦🇿 (@drawing.smd)

Səməd Yardımlı rayonunun Sırıq kəndində yaşayır. O, rəsmlə uşaqlıqdan maraqlanır. Maliyyə problemlərinə görə ailəsi ona inkişaf etməkdə yardım edə bilmir. Müəllimlə çalışmaq imkanı olmayan Səməd internetdə müxtəlif videoçarxlara baxaraq öyrənir. 

Посмотреть эту публикацию в Instagram

Публикация от İskəndərli Səməd 🇦🇿 (@drawing.smd)

"Təəssüf ki, valideynlərim mənə rəssamlıq üçün lazım olanları ala bilmirlər, çünki bu ləvazimatlar çox bahadır. Əvvəl ancaq sadə karandaşla çəkməyə başladım. Sonra mənim xaricdə yaşayan dostum tanışları vasitəsilə mənə rəngli karandaşlar göndərdi, indi də onlardan istifadə edirəm. Onun sayəsində öz üzərimdə daha çox işləmək arzusu yarandı", - Səməd deyir.

© Photo : Courtesy of Samed Iskenderli
Səməd İskəndərli

Gənc istedad qohumlarını, tanışlarını, müxtəlif filmlərin qəhrəmanlarını çəkir. Son işləri isə Vətən müharibəsinin qəhrəmanlarına həsr olunub. Onun sözlərinə görə, hər dəfə şəhidlərin portretlərini yaradanda böyük məsuliyyət hiss edir və çalışır ki, hər yeni işi öncəkindən daha yaxşı alınsın. 

Səməd əmindir ki, gələcəkdə məşhur rəssam olacaq və onun əsərlərini hər kəs tanıyacaq. 

21
Teqlər:
Yardımlı, yeniyetmə, rəssam, Qarabağ
Mövzu:
Sözlə deyə bilmədiklərimizin izharı - sənət
Qanda qlükozanın miqdarının yoxlanılması

Şəkərlə bağlı xərcləri əhəmiyyətli dərəcədə azaltmaq olar

10
(Yenilənib 23:07 16.01.2021)
"Ölkəmizdə qeydiyyatda olan şəkərli diabet xəstələrinin sayı 272 min nəfərdir. Onların 1850-ni uşaqlar təşkil edir".

BAKI, 16 yanvar — Sputnik. "Ölkəmizdə qeydiyyatda olan şəkərli diabet xəstələrinin sayı 272 min nəfərdir. Onların 1850-ni uşaqlar təşkil edir".

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev "Virtual Diabet Məktəbi" layihəsi üzrə Anlaşma Memorandumunun imzalanması mərasimində deyib. O bildirib ki, diabetlə əlaqəli fəsadlaşmaların sayının artması universal tibbi təminat baxımından dövlət büdcəsinə ağır maliyyə yükü yaradır:

"İlkin profilaktik tədbirləri və əhali arasında maarifləndirməni gücləndirməklə xəstəliklə bağlı xərcləri əhəmiyyətli dərəcədə azaltmaq olar. Bu baxımdan Anlaşma Memorandumu mənfi tendensiyanı müsbətə doğru çevirməkdə yeni imkanlar açır".

Agentliyin İdarə Heyətinin sədri deyib ki, hər il dünyada ölümlərin 11.3%-i şəkərli diabetlə bağlı olur.

10