QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Astara arıçılarından ordumuza qeyri-adi sovqat

© Sputnik / Rahim MuradovAstara arıçıları
Astara arıçıları - Sputnik Azərbaycan
Abunə olmaq
Astara Arıçılar Cəmiyyətinin üzvləri cəbhədə döyüşən əsgərlərimiz üçün 700 kq bal sovqatı göndəriblər.

Rahim Muradov, Sputnik Azərbaycan

BAKI, 2 oktyabr — Sputnik. "Bizim yaşımızın çox olmasına baxmayaraq döyüşə tam hazırıq."

Ali Baş Komandanın əmrindən sonra Azərbaycan Ordusunun son günlər keçirdiyi uğurlu əməliyyatlar əhali arasında böyük ruh yüksəkliyinə səbəb olub. Bu səbəbdən cəbhəyə yollanan könüllülərlə yanaşı, döyüşən əsgərlərimiz üçün sovqat göndərənlər də az deyil. Astara arıçıları da özlərinə məxsus şəkildə ordumuza hədiyyə aparıblar.

Sputnik Azərbaycan-ın bölgə müxbirinin verdiyi xəbərə görə, Astara Arıçılar Cəmiyyətinin üzvləri cəbhədə döyüşən əsgərlərimiz üçün bal sovqatı göndəriblər.

© Sputnik / Rahim Muradov
Astara Arıçılar Cəmiyyətinin üzvləri cəbhədə döyüşən əsgərlərimiz üçün bal sovqatı göndəriblər - Sputnik Azərbaycan
1/4
Astara Arıçılar Cəmiyyətinin üzvləri cəbhədə döyüşən əsgərlərimiz üçün bal sovqatı göndəriblər

2/4

3/4

4/4

Cəmiyyətin sədri Arif Nəzirov əsgərlərimiz üçün sovqat aparmağı özlərinə borc bildiklərini deyib:

"Arıçılarımız 700 kiloqrama yaxın bal toplayıblar və bu hədiyyəni cəbhədəki əsgərlərimiz üçün aparacağıq. Cənab Prezident əmr versə, yaşımızın ötməsinə baxmayaraq, can-başla müharibədə iştirak etməyi özümüzə borc bilirik."

Astara rayonu Miki kənd sakini, arıçı Xanağa Hüseynov da yaşının çox olmasına baxmayaraq, döyüşə tam hazır olduğunu vurğulayıb:

"Bizim ordumuzun yardıma ehtiyacı yoxdur. Mən özüm ehtiyatda olan kapitanam. Sabah Cənab Prezident səfərbərlik əmrini versə və yaşlı zabitləri də orduya çağırsalar, mən də can-başla orduya gedəcəyəm. Lakin hazırda əlimizdən bir şey gəlmir. Ona görə də biz arıçılar yığışıb qərara gəldik ki, hazırda torpaqlarımızı işqaldan azad edən əsgərlərimiz üçün hədiyyə olaraq bal toplayaq və indi onları cəbhəyə aparırıq."

Məlumat üçün bildirək ki, Astara Arıçılar Cəmiyyətinin 30 nəfərə yaxın üzvü cəbhədə döyüşən əsgərlərimiz üçün bal sovqatı göndəriblər.

Xəbər lenti
0