Bakı

Sabahın hava proqnozu açıqlanıb

41
(Yenilənib 13:55 01.10.2020)
Oktyabrın 2-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü  gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir. 

BAKI, 1 oktyabr - Sputnik. Oktyabrın 2-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, səhər bəzi yerlərdə zəif duman olacağı gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək.

Milli Hidrometeorologiya Xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, havanın temperaturu Abşeron yarımadasında gecə 12-15, gündüz  22-25, Bakıda gecə 12-14, gündüz 22-24 dərəcə isti olacaq. Atmosfer  təzyiqi normadan yüksək 764 mm civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 60-70, gündüz 45-55 faiz  olacaq.  

Azərbaycanın əsasən şimal və qərb rayonlarında gecə və axşam şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Arabir  duman olacaq. Şərq küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu  gecə 13-18, gündüz 21-26, dağlarda gecə 4-9, gündüz  9-13 dərəcə  isti olacaq.   

Tibbi-meteoroloji proqnoz

Oktyabrın 2-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü  gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir. 

41
Könül Kərimova

İzləyiciləri müğənnini sərt tənqid etdilər - "Üzünüzdə təbiilik yoxdur"

0
(Yenilənib 21:09 16.01.2021)
Videoda saçını və makiyajını nümayiş etdirən müğənninin görüntülərini izləyiciləri birmənalı qarşılamayaraq, son zamanlar özündə etdiyi dəyişikliyi onun yaşına uyğun hesab etməyiblər

 

BAKI, 16 yanvar — Sputnik. Əməkdar artist Könül Kərimova "Instagram" hesabında yeni video paylaşıb. Sputnik Azərbaycan xəbər verir ki, videoda saçını və makiyajını nümayiş etdirən müğənninin görüntülərini izləyiciləri birmənalı qarşılamayıblar. Belə ki, son zamanlar özündə etdiyi dəyişikliyi izləyiciləri müğənninin yaşına uyğun hesab etməyərək çoxsaylı rəylər yazıblar.

İzləyicilər "Məncə, gözəl görünmürsünüz. Üzünüzdə təbiilik yoxdur. Kuklaya oxşayırsınız", "Gözəl deməzdim, amma gözəl görünmək üçün dəridən-qabıqdan çıxmısınız" sözlərini yazıblar.

0
Teqlər:
video, izləyici, Könül Kərimova
Manat, arxiv şəkli

Yardım dayandırılmayıb - Şahmar Mövsümov

6
(Yenilənib 20:07 16.01.2021)
"Bunun üçün vəsaitlər ayrılıb, proses gedir. Məsələ ilə İqtisadiyyat Nazirliyi məşğul olur" - Prezidentin köməkçisi

BAKI, 16 yanvar — Sputnik. Sahibkarlara dəymiş ziyanın ödənilməsi ilə bağlı tədbirlər planı üzrə proseslər davamlı olaraq həyata keçirilir. Sputnik Azərbaycan-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Prezidentin köməkçisi, Prezident Administrasiyasının İqtisadi Məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov bildirib.

Ş.Mövsümov deyib ki, müxtəlif sahələr və istiqamətlərdə sahibkarlara yardım nəzərdə tutulub:

"Bunun üçün vəsaitlər ayrılıb, proses gedir. Məsələ ilə İqtisadiyyat Nazirliyi məşğul olur. Ümumilikdə zərərçəkmiş sahələrdə çalışanlara yardım heç vaxt dayandırılmayıb".

6