20 nömrəli məktəbdə tədris prosesi

Əyani formada dərslərə davamiyyət faizi açıqlanıb

94
(Yenilənib 19:31 29.09.2020)
"Təhsil müəssisələrində koronavirusa qarşı şagirdlərin və məktəbin pedaqoji heyətinin daha etibarlı qorunması üçün sanitar-epidemioloji vəziyyətdən irəli gələn tələblərə ciddi əməl olunur və müvafiq qaydaların icrası ilə bağlı mütəmadi monitorinqlər aparılır"

BAKI, 29 sentyabr — Sputnik. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində sentyabrın 29-da əyani formada dərslərə davamiyyət 85-90 faiz təşkil edib. İdarədən Sputnik Azərbaycan-a bildirilib ki, hazırda təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesi Nazirlər Kabinetinin "Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları"na uyğun olaraq təşkil edilir. Təhsil müəssisələrində koronavirusa qarşı şagirdlərin və məktəbin pedaqoji heyətinin daha etibarlı qorunması üçün sanitar-epidemioloji vəziyyətdən irəli gələn tələblərə ciddi əməl olunur və müvafiq qaydaların icrası ilə bağlı mütəmadi monitorinqlər aparılır. Bütün bunlar şagird və valideynlərdə əminlik hissini artırır, ənənəvi tədrisə və müəllimlə canlı ünsiyyətə əsaslanan dərs prosesinə maraq göstərənlərin faiz artımına təkan verir.

Qeyd edək ki, sentyabrın 27-də Ermənistan silahlı qüvvələri təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi intensiv atəşə tutub. Ermənistanın törətdiyi genişmiqyaslı təxribatın qarşısını almaq üçün ölkə üzrə internetin verilməsi məhdudlaşdırılıb. Bununla əlaqədar olaraq distant (məsafədən) dərslərdə müəyyən fasilələr yaranıb. Şagirdlərin hazırkı vəziyyətdə "Mədəniyyət" və "Arb Günəş" televiziya kanalları vasitəsilə yayımlanan və bütün fənləri əhatə edən teledərsləri daha diqqətlə izləməsi tövsiyə olunur. İnanırıq ki, ümumi təhsil müəssisələrində tədrisin təşkili istiqamətində nəzərdə tutulan mərhələli tədbirlər bundan sonra da uğurla reallaşdırılacaqdır.

94
Teqlər:
məktəb, orta təhsil, təhsil, Azərbaycan
Əlaqədar
Təhsil Nazirliyi dərs cədvəlinə dəyişiklik etdi
Hərbi vəziyyətdə təhsilə necə davam edəcəyik - Nazirlik aydınlıq gətirir
Distant təhsil bir müddət dayandırılsın - ekspert səbəbi açıqladı
Təhsil Nazirliyi Ermənistanın təcavüzü nəticəsində həlak olan məktəblilərimiz barədə
Samir Şərifov, arxiv şəkli

Ermənilər azərbaycanlı naziri hədəf aldılar

4
(Yenilənib 18:39 27.10.2020)
Maliyyə Nazirliyi xalqımızı bu kimi təxribatlara qarşı diqqətli olmağa, yalnız rəsmi mənbələrdən verilən məlumatlara inanmağa çağırır.

BAKI, 27 oktyabr — Sputnik. Əmanətlərin Sığortalanması Fondunun fəaliyyətinin dayandırılacağı və fond vəsaitlərinin dövlətin hərbi ehtiyaclarına yönləndiriləcəyi ilə bağlı Azərbaycan Respublikasının Maliyyə naziri Samir Şərifovun adından sosial şəbəkələrdə yayılan məktub saxtadır və Ermənistan tərəfinin növbəti uğursuz təxribatıdır.

Bu barədə Sputnik Azərbaycan-a Maliyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Qeyd edilib ki, Maliyyə Nazirliyi, nazir və nazirliyin hər hansı səlahiyyətli şəxsi tərəfindən bu barədə bəyanat və ya açıqlama verilməyib. Bu, döyüş meydanında aciz vəziyyətə düşən işğalçı ölkənin və onun havadarlarının Azərbaycanın informasiya məkanında təxribat törətməyə yönəlmiş növbəti uğursuz cəhdi kimi qiymətləndirilməlidir. Maliyyə Nazirliyi xalqımızı bu kimi təxribatlara qarşı diqqətli olmağa, yalnız rəsmi mənbələrdən verilən məlumatlara inanmağa çağırır.

4
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Əlaqədar
Şeyxdən II Qareginə irad: "Uşaqları hərbi savaşa çağırması..."
Ermənilərin Bərdəni atəşə tutması nəticəsində ölənlərin sayı artdı
İranın xüsusi elçisi Qarabağa görə Bakı, Moskva, Yerevan və Ankaraya səfər edəcək
Prezidentin köməkçisi: "İran, Rusiya və Türkiyənin iştirakı ilə Minsk qrupuna paralel..."
Ermənistan dinc əhalidən sonra ekoloji terrora keçib
Raketin fraqmenti, arxiv şəkli

Hikmət Hacıyev: "Bərdəyə "Smerç"dən kasetli bomba atılıb"

9
(Yenilənib 19:10 27.10.2020)
"İki yaşlı körpə qız da daxil olmaqla, 4 mülki şəxs həlak olub, 13 mülki şəxs yaralanıb. Kasetli raketdən istifadə olunduğu üçün itki çoxdur"

BAKI, 27 oktyabr - Sputnik. “ANAMA-nın verdiyi məlumata görə, Ermənistan ordusu tərəfindən Bərdəyə “Smerç” qurğusundan kasetli raketlər atılıb".

Sputnik Azərbaycan bildirir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter” hesabında yazıb.

“Mülki insanlara qarşı kasetli raketlərin istifadəsi qadağandır. İki yaşlı körpə qız da daxil olmaqla, 4 mülki şəxs həlak olub, 13 mülki şəxs yaralanıb. Kasetli raketdən istifadə olunduğu üçün itki çoxdur”, - deyə H. Hacıyev vurğulayıb.

9
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Əlaqədar
Ermənilərin Bərdəni atəşə tutması nəticəsində ölənlərin sayı artdı
Bərdədə erməni təxribatından ölənlərdən biri 7 yaşlı uşaqdır
Bərdə atəşə tutuldu, ölənlər var - YENİLƏNİB - FOTO
Goranboy, Tərtər və Bərdə rayonları raket atəşinə tutulur