BAKI, 27 sentyabr - Sputnik. "Bu, həyatımın ən unudulmaz günüdür. Valideynlərimin, nəslimin doğma kəndinə qayıdacağı xəbəri mənim üçün çox önəmli bir hadisədir. Doğma kəndimin düşmənlərdən azad edilməsini sözlərlə ifadə edə bilmirəm".
Sputnik Azərbaycan "Report"a istinadən xəbər verir ki, bu fikirləri "Qarabağ"ın futbolçusu Qara Qarayev Füzulinin Horadiz kəndinin işğaldan azad olunması ilə bağlı danışarkən deyib.
28 yaşlı yarımmüdafiəçi həsrətində olduğu torpaqlara ayaq basacağı günü səbirsizliklə gözlədiyini bildirib: "İnanıram ki, bu, son deyil. Tezlikdə Qarabağda, Şuşada Azərbaycan bayrağı dalğalanacaq. Ordumuzla, xalqımızla qürur duyuram. Bu gün birlik, bərabərlik günüdür. Allah sizi qorusun, Azərbaycan əsgəri"!
Qeyd edək ki, Azərbaycan millisinin də üzvü olan Qara Qarayev Horadiz kəndində doğulub. Kənd onun 1 yaşı olarkən - 1993-cü ildə işğal edilib.
BAKI, 28 fevral - Sputnik. Həyəcanlılıq və depressiya milyonlarla insana əzab verən psixi sağlamlığın ən çox yayılmış problemlərindən hesab olunur. Alimlərin fikrincə, rozmarinlə dəmlənmiş çay bu cəhətdən daha faydalı ola bilər. Bəzi tədqiqatçılar rozmarinlə dəmlənmiş çayı içmək və ya bu bitkinin komponentlərini buruna çəkməyin əhval-ruhiyyəni yüksəltdiyi və yaddaşı möhkəmləndirdiyi qənaətindədirlər. Tədqiqat işinin nəticələri barədə “Journal of the American College of Nutrition” jurnalında dərc olunmuş materialda rozmarinli çayın həyəcan və depressiya kimi problemlərə qarşı mübarizədə faydalı olması vurğulanır.
AZƏRTAC xəbər verir ki, rozmarinlə dəmlənmiş çay, psixi pozuntular zamanı antidepressiv və sakitləşdirici təsir göstərir.
“Complementary Therapies in Clinical Practices” jurnalının dərc etdiyi digər bir materialda bildirilir ki, 500 milliqram rozmarinin bir ay müddətində gündə iki dəfə qəbul edilməsi həyəcanı azaldır, yaddaşı möhkəmləndirir və yuxunun keyfiyyətini yüksəldir. Rozmarin sağlamlıq üçün faydalı xüsusiyyətlərə malikdir.
Rozmarinli çayın tərkibində infeksiyadan qoruyan anti-iltihab və anti-mikrob antioksidanlar var. Bu çay qanda şəkərin səviyyəsini tənzimləyir, beyini qocalmaqdan, neyrodegenerativ xəstəliklərdən, gözləri isə yaşla bağlı olan sarı ləkənin degenerasiyası kimi xəstəliklərdən qoruyur. Rozmarinli çay bağırsaqların sağlam qalmasına imkan yaradır, iltihabı azaldır, həzmi gücləndirir, həm də ürək-damar xəstəlikləri riskini azaldır.
BAKI, 28 fevral - Sputnik. Lökbatan qəsəbəsi ərazisindəki "Meyvəli" bazarında yanğın başlayıb.
“Report”un məlumatına görə, yanğın ərzaq mağazalarının birində qeydə alınıb.
Artıq əraziyə yanğınsöndürənlər cəlb olunub, yanğının söndürülməsi üçün tədbirlər görülür.
Yanğının miqyası və digər təfərrüatlar barədə məlumat veriləcək.