İnsanlar bankomat yanında, arxiv şəkli

Deputatdan bank inhisarçılığına etiraz: Bütün müəllimləri bir banka cəmləmək düzgün deyil

2639
(Yenilənib 16:16 25.09.2020)
Fazil Mustafa: "Vətəndaş borclu deyil ki, işini-gücünü atıb bir neçə gün bankın qarşısında növbə gözləsin".

Nigar İsgəndərova, Sputnik Azərbayan

BAKI, 24 sentyabr — Sputnik. Sosial şəbəkələrdə müəllimlər daha çox qarşılaşdıqları problemlərdən biri kimi əməkhaqqı kartlarının verilməsi zamanı banklarda yaranan növbələrdən şikayət edirlər.

Millət vəkili Fazil Mustafa da bu problemə toxunub və həlli istiqamətində təkliflərini irəli sürüb. Sputnik Azərbaycan-a danışan millət vəkili deyib ki, banklar vətəndaşlara keyfiyyətli xidmət göstərsələr, belə problemlər də yaranmaz:

"Vətəndaş borclu deyil ki, işini-gücünü atıb bir neçə gün bankın qarşısında növbə gözləsin. Vətəndaş səhər tezdən növbə tutmalıdır ki, nə var-nə var maaş kartı alacaq?! Bu problemin bir yolu tapılmalıdır. Yəni, bir bankın gücü çatmırsa, o zaman digər banklar da prosesə cəlb olunmalıdır. Bütün müəllimləri bir banka cəmləmək düzgün deyil. Xüsusən də işin-gücün bol olduğu, onlayn təhsilin həyata keçirildiyi bir vaxtda müəllimi bu formada kart almaq üçün banklara cəlb etmək düzgün deyil. Çıxış yolları tapılmalıdır".

Millət vəkili deyir ki, əməkhaqqı kartlarını direktorlar vasitəsilə paylamaq, yaxud da yerində çatdırmaqla problemi həll etmək olar: "Düzdür, bankların da çətinliyi çoxdur. Lakin bankın da o qədər əməkdaşı yoxdur ki, bunu etsin. Amma bununla belə, müəllimi yoraraq onu 3-4 gün qapının ağızında saxlamaq, əziyyət vermək düzgün deyil. Yəni, bu gün dünyanın heç bir yerində belə əziyyətlə kart almaq prosesi yoxdur".

Təhsil üzrə ekspert Məlahət Mürşüdlü Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, ona da müəllimlər əməkhaqqı kartının alınması zamanı problemlə qarşılaşdıqlarını bildiriblər:

"4-5 il öncə əməkhaqqı kartları pulsuz şəkildə məktəblərə verilirdi. Düşünürəm ki, indiki şəraitdə ən uyğun variantlardan biri də budur. Bununla müəllimin vaxt itkisinin, eyni zamanda da növbələrin yaranmasının, riskin qarşısı alınacaq. Bu problemin həlli istiqamətində təklif olaraq deyə bilərəm ki, hər rayonun müəllimlərinin əməkhaqqı kartını alması üçün rayonlarda xüsusi gün təyin olunmalıdır. Yəni, bu cür növbəlilik prisnipi ilə də sözügedən problemin, narazılığın qarşısını almaq olar".

Ekspert də əməkhaqlarının yalnız bir bankdan alınmasının tərəfdarı deyil.

"Kapital Bank"ın İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov bu məsələ ilə əlaqədar Sputnik Azərbaycan-a bildirib ki, bu ilin mart ayından başlayaraq pandemiya ilə əlaqədar olaraq "Kapital Bank" tərəfindən təhsil, sosial müavinət, ünvanlı sosial yardım və əmək pensiyası alanların kartlarının müddəti bir neçə aylıq uzadılıb. Hazırda sentyabr ayının sonunda bu kateqoriyaya düşən bəzi kartların müddəti bitir və köhnə kartlar yeniləri ilə əvəz olunmalıdır.

Konkret olaraq təhsil kartlarına gəldikdə, bankın nümayəndəsi deyib ki, yeni kartlar sifariş olunaraq təhsil müəssisələrinə göndərilir və filiallara gəlməyə ehtiyac yoxdur. Sadəcə, bəzi kart sahiblərinə işlədikləri yerdən düzgün məlumat verilmir və həmin şəxslər birbaşa filiallara gelir. Bu səbəbdən də növbələr yaranır.

2639
Bakıda yağışlı hava

Sabah yağışlı dumanlı hava gözlənilir

0
Oktyabrın 28-də Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi yerlərdə yağış yağacağı, duman olacağı gözlənilir

BAKI, 27 oktyabr — Sputnik. Oktyabrın 28-də gözlənilən hava şəraiti ilə bağlı proqnoz açıqlanıb. Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin Sputnik Azərbaycan-a verdiyi məlumata görə, oktyabrın 28-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir.

Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 12-15, gündüz 19-21, Bakıda gecə 13-15, gündüz 19-21 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 45-50 faiz təşkil edəcək.

Oktyabrın 28-də Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi yerlərdə yağış yağacağı, duman olacağı gözlənilir. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 9-14, gündüz 19-24, dağlarda gecə 5-9, gündüz 11-16 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza gəlincə, oktyabrın 28-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün nisbətən əlverişlidir.

0
Mən Gəncəyəm filmin hazırlanması

"Mən Gəncəyəm" - Gəncədə baş verən terror haqqında sənədli film çəkildi

19
(Yenilənib 12:47 27.10.2020)
Filmdə ilk dəfə Gəncəyə gedən aktyorun qeydləri və orada yaşanan hadisələr olduğu kimi, real hadisələr əsnasında öz əksini tapıb

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 27 oktyabr — Sputnik. Gəncə hadisələrini özündə əks etdirən "Mən Gəncəyəm" adlı sənədli film çəkilib. Sputnik Azərbaycan xəbər verir ki, filmdə ilk dəfə Gəncəyə gedən aktyorun qeydləri və orada yaşanan hadisələr olduğu kimi, real hadisələr əsnasında öz əksini tapıb. Daha böyük auditoriyaya çatdırmaq üçün filmdə ingilis dilində titr da yerləşdirilib.

© Sputnik / Stringer
"Mən Gəncəyəm" filmin hazırlanması

"Mən Gəncəyəm" filminin rejissoru Ramil Ağasıyev açıqlamasında bildirdi ki, oktyabrın 17-də növbəti dəfə Ermənistan silahlı qüvvələri Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncəni raket atəşinə tutaraq dinc sakinləri hədəf aldı: "Bu hadisə media vasitəsi ilə dünyaya çatdırılsa da biz bunu film şəklində yerli və xarici dildə təqdim etmək istədik. Bildiyiniz kimi, düşmənin məqsədli şəkildə şəhərin mərkəzi hissəsində yerləşən çoxmənzilli yaşayış binalarını ağır artilleriyadan – "Skad" raketlərindən atəşə tutması nəticəsində 14 nəfər həlak olub, 48 nəfər yaralanıb. 10 dan artıq çoxmənzilli binaya və 100-dən çox müxtəlif təyinatlı obyektə ziyan dəyib. Bu terrordur. Dinc sakinlərin hədəf alınması düşmənin sağlam təfəkkürünün olmamasından xəbər verir. Biz bu yaşanan hadisələri sənədli film şəklində təqdim etmək qərarına gəldik. Filmdə aktyor Ziya Ağa ilk dəfə Gəncəyə gedir və bu hadisələri öz gündliyində qeyd edir. Əslində, bu, bir insanlıq faciəsidir".

Rejissor açıqlamasında ordumuzun bu günlərdə bir tarix yazdığını və hər bir vətəndaşın öz cəbhəsində döyüşdüyünü əlavə etdi.

Qeyd edək ki, filmin quruluşçu operatoru Fahir Səmədoğlu, icraçı prodüseri Zamiq Əlövsətoğludur. Montajı isə Rasim Ramazanova məxsusdur. Filmdə yaşanan hadisələr aktyor Ziya Ağanın qeydləri ilə təsvir edilir.

19
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə