CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda virusa yoluxanların sayı açıqlandı

© AFP 2023 / LUIS ROBAYOМедицинский работник демонстрирует устройство для быстрого тестирования COVID-19
Медицинский работник демонстрирует устройство для быстрого тестирования COVID-19  - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycanda bu gün koronavirus infeksiyasına 101 yeni yoluxma faktı qeydə alınıb, 137 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

BAKI, 25 sentyabr — Sputnik. Azərbaycanda bu gün koronavirus infeksiyasına 101 yeni yoluxma faktı qeydə alınıb, 137 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Son sutkada 2 nəfər COVID-19-dan vəfat edib. Azərbaycanda indiyədək ümumilikdə 39787 nəfər koronavirus infeksiyasına yoluxub.

Onlardan 37392 nəfər müalicə olunaraq sağalıb, 583 nəfər vəfat edib, aktiv xəstə sayı 1812 nəfərdir. Ölkədə son sutka ərzində 6705, hazırkı dövrədək isə 1087578 test aparılıb.

Xəbər lenti
0