CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Hərbi təyyarələrimiz gecə kəşfiyyatına çıxdılar - VİDEO

© AR Ministry of DefenceHərbi Hava Qüvvələrinin gecə təlimləri
Hərbi Hava Qüvvələrinin gecə təlimləri - Sputnik Azərbaycan
Abunə olmaq
Təlimlər zamanı pilotlar həmçinin, şərti düşmənin yerüstü hədəflərinin koordinatlarını təyin etməklə hava kəşfiyyatı da həyata keçiriblər

BAKI, 24 sentyabr — Sputnik. Müdafiə nazirinin təsdiq etdiyi 2020-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Hərbi Hava Qüvvələrinin (HHQ) gecə və məhdud görmə şəraitində təlim uçuşları keçirilib.

Sputnik Azərbaycan Müdafiə Nazirliyinə istinadən bildirir ki, ssenariyə əsasən, Su-25 və MiQ-29 tipli təyyarələr havaya qalxma və yerə enmə, şərti hava və yer hədəflərinin məhv edilməsi, kiçik və orta hündürlüklərdə çətin pilotaj və döyüş manevrləri üzrə tapşırıqları icra ediblər.

Təlimlər zamanı pilotlar həmçinin, şərti düşmənin yerüstü hədəflərinin koordinatlarını təyin etməklə hava kəşfiyyatı da həyata keçiriblər.

Təlimlərdə qarşıya qoyulan tapşırıqlar müvəffəqiyyətlə yerinə yetirilib.

Xəbər lenti
0