Əli Nağıyevin ailəsi

"Azəriqaz" Prezident Administrasiyasına müraciət edən vətəndaşların problemini həll etdi

11
(Yenilənib 17:15 22.09.2020)
Ə.Nağıyev müraciətində ailəsinin yaşadığı fərdi yaşayış evində təbii qazdan istifadə edə bilmədiyini bildirib. O, müraciətinə baxılması zamanı 3 övladının görmə məhdudiyyətinin olmasının da nəzərə alınmasını istəyib

BAKI, 22 sentyabr — Sputnik. Bakı şəhərinin Səbail rayonunda qeydiyyatda olan vətəndaş Nağıyev Əli Rafil oğlunun Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına ünvanladığı və Səbail Rayon İcra Hakimiyyətinə daxil olmuş müraciətini "Azəriqaz" İstehsalat Birliyi dərhal təmin edib. Bu barədə "Azəriqaz" İB-dən Sputnik Azərbaycan-a verilən məlumatda bildirilib.

Ə.Nağıyev müraciətində ailəsinin yaşadığı fərdi yaşayış evində təbii qazdan istifadə edə bilmədiyini bildirib. O, müraciətinə baxılması zamanı 3 övladının görmə məhdudiyyətinin olmasının da nəzərə alınmasını istəyib. Birliyin əməkdaşları onun ailəsinin yaşadığı evə baş çəkib, təbii qazın çəkilməsi işlərinə başlanılıb. 20 sentyabr – "Neftçilər Günü" peşə bayramı ilə bağlı "Azəriqaz" İB-nin həyata keçirdiyi sosial aksiya çərçivəsində vətəndaşın problemi tezliklə həllini tapıb.

Qeyd edək ki, Nağıyev Əli Rafil oğlu hazırda cəzaçəkmə müəssisəsində məhkumluq həyatı yaşayır.

Bu ailənin müraciətinə dair görülən işlərlə bağlı hazırlanan video materialı aşağıdakı sosial şəbəkə ünvanlarından izləyə bilərsiniz:

11
Teqlər:
problem, məhkum, Səbail, şikayət, Prezident Administrasiyası, vətəndaş, "Azəriqaz" İB
Əlaqədar
Cəbhəyanı bölgələrdə kommunal ödənişlərə güzəşt təklif edilir - Qurumlar nə deyir?
"Azəriqaz" İB-dən millət vəkilinə cavab - Abonentlərə isə şad xəbər
Abonentlərin narahatlığı da həll olundu: vəsaitlər yeni sayğaca köçürüldü
Qazı olmayanlar, bu xəbəri oxuyun, bəlkə, siyahıda sizin də adınız var?
“Azəriqaz” təmas xəttində yaşayanların kommunal problemlərini həll edir

İki gün əvvəl ordudan tərxis olunan könüllü əsgər ölüb

24
Onun səhhətində problem yarandığı üçün iynə vurulub. İynədən sonra anafilaktik şok keçirən İbrahim Mirzəzadə dünyasını dəyişib.

BAKI, 17 yanvar - Sputnik. Lənkəran rayonunun Göyşaban kəndindən Vətən müharibəsinə könüllü olaraq qatılan Mirzəzadə İbrahim Rüfət oğlu bu gün vəfat edib.

“Report”un verdiyi xəbərə görə, mərhum iki gün əvvəl səfərbərlik üzrə hərbi xidmətdən tərxis edilib.

İlkin məlumata görə, onun səhhətində problem yarandığı üçün iynə vurulub. İynədən sonra anafilaktik şok keçirən İbrahim Mirzəzadə dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

24
Qəza, arxiv şəkli

Cəlilabadda ağır yol qəzası olub, ölən yaralananlar var

15
Yaralılar ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Hazırda onlar əməliyyat edilir. Ölən və yaralananların şəxsiyyəti dəqiqləşdirilir.

BAKI, 17 yanvar - Sputnik. Cəlilabad rayonunda ağır yol nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, qəza axşam saatlarında rayonun Alar kəndi ərazisində qeydə alınıb.

İlkin məlumata görə, hərəkətdə olan "Niva" markalı minik avtomobilinin aşması nəticəsində 1 nəfər ölüb, 3 nəfər yaralanıb. Yaralılar ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Hazırda onlar əməliyyat edilir.

Ölən və yaralananların şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

15