Lift, arxiv şəkli

Yenisi var, amma işləmir: lift üçün ağız açmağa kimsə tələsmir

938
(Yenilənib 12:23 21.09.2020)
"Liftlər quraşdırıldıqdan sonra istismarına icazə verilməlidir. Bu səlahiyyət isə Bakı Şəhər İcra Hakimiyyətində deyil. Liftlər FHN tərəfindən qəbul edilməlidir ki, istismarına başlanılsın"

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 21 sentyabr — Sputnik. Paytaxtda liftlərlə bağlı problemlər bitib-tükənmək bilmir. Bir vaxtlar paytaxt sakinləri köhnə liftlərin işləməməsindən şikayət edirdilərsə, indi Bakıda köhnə binalara quraşdırılan yeni liftlər də işləmir. 

Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə deputat Etibar Əliyev bildirib. O qeyd edib ki, Suraxanı rayonu, Yeni Günəşli "V" yaşayış sahəsi 22-ci binanın sakinləri ilə görüş zamanı sakinlər binada liftlərin işləməməsindən şikayət ediblər: "Sakinlərlə görüşün məqsədi də binanın liftləşməsinin vəziyyətini öyrənmək idi. Liftlər yarımçıq quraşdırılıb. Vətəndaşlar bir aydan çoxdur ki, liftlərin işləməsini gözləyirlər. Aidiyyatı qurumlara müraciət edəcəyik".

Sputnik Azərbaycan binalarda yeni quraşdırılan liftlərin işləməməsinin səbəbini araşdırıb.

Bakı Şəhər İcra Hakimiyyətindən Sputnik Azərbaycan-a bildirilib ki, paytaxtda binalara yeni quraşdırılan liftlərin işləməməsinin səbəbi liftlərin istismara qəbul edilməməsi ilə bağlıdır: "Bakıda ötən il 542 lifti quraşdırılıb. Bundan əlavə, 2019-cu ildə gətirilən daha 39 liftin də quraşdırılması başa çatdırılıb. Bu liftlər əsasən Nizami və Qaradağ rayonlarındakı köhnə binalara quraşdırılıb. Liftlərin yarımçıq quraşdırılması mümkün deyil. Sadəcə olaraq liftlər quraşdırıldıqdan sonra istismarına icazə verilməlidir. Bu səlahiyyət isə Bakı Şəhər İcra Hakimiyyətində deyil. Binalarda liftlərin istismarına Fövqəladə Hallar Nazirliyinin (FHN) aidiyyatı qurumu rəy verir. Liftlər FHN tərəfindən qəbul edilməlidir ki, istismarına başlanılsın".

"Azərbaycan Rieltorlar Assosasiyası" İctimai Birliyinin sədri Elnur Fərzəliyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, bu gün əksər binalarda liftlərlə bağlı problemlər var:

"Liftlərin işləməməsi ilə bağlı problem artıq yeni tikililərdə də yaşanır. Yeni tikilmiş binalar var ki, onların liftləri artıq köhnəlib. İstismar müddətini, demək olar ki, başa vurub. Buna da səbəb yeni binalarda tikinti materiallarının liftlə qaldırılmasıdır. Azərbaycanda yaşayış binaları tikilir, amma divarına suvaq, yerinə döşəmə vurulmur. O binalardan ev alanlar qumu, sementi, hətta armaturu da liftlə qaldırırlar. Ona görə də əksər binalarda liftlər öz ömrünü başa vurmuş olur. Yeni binalarda liftlərin yoxlanması üçün MTK-lar tərəfindən müraciət olunmalıdır. Köhnə binalarda isə bunun üçün MİS-lər müraciət etməlidir".

Fövqəladə Hallar Nazirliyindən Sputnik Azərbaycan-a bildirilib ki, binalarda liftlər quraşdırılır, daha sonra FHN tərəfinfən qəbul olunur. İstismara qəbul edildikdən sonra isə istifadəyə buraxılır. FHN-dən bununla bağlı sorğumuza cavab olaraq bildirildi ki,  Suraxanı rayonu, Yeni Günəşli "V" yaşayış sahəsi 22-ci binada liftlərin quraşdırılması ilə bağlı hələ ki FHN-ə müraciət edilməyib: "Sizin qeyd etdiyiniz ünvanda 26 ədəd lift quraşdırılır. Orada liftlərin quraşdırılması prosesi hələ tam başa çatmayıb.  Bakı Lift Təmir İstehsalat Birliyi bizə müraciət etməlidir ki, həmin ünvanda liftlər yoxlanılıb istismara qəbul edilsin. Hələ ki FHN-ə bununla bağlı rəsmi müraciət edilməyib. Amma artıq o ünvanda liftlərin quraşdırılması başa çatmaqdadır. Gözlənilir ki, bununla bağlı FHN-ə yaxın günlərdə müraciət edilsin".

938
Teqlər:
Yeni Günəşli qəsəbəsi, FHN, MTK, lift, Bakı
Əlaqədar
Lift ustasının ölümü ilə bağlı cinayət işi - təqsirləndirən şəxs heç yerə gedə bilməz
TƏBİB-dən liftdən istifadə edənlərə koronavirus xəbərdarlığı
Doqquzuncu mərtəbəyə 48 yaşlı qocanın belində - bilmədik, rekorddur, yoxsa işgəncə - FOTO
Bakının rayonlarında liftlər dəyişdiriləcək
Daha qorxumuz yoxdur – Alman liftlərində “uçacağıq”
Sami Yusuf, arxiv çəkli

Azərbaycan əsilli müğənnidən növbəti dəstək

3
(Yenilənib 22:40 27.10.2020)
Müğənni özünün "Instagram" səhifəsində video paylaşaraq "Azərbaycan I love you. Yaşasın Azərbaycan!" deyib

BAKI, 27 oktyabr — Sputnik. Azərbaycan əsilli dünyaca məşhur müğənni və bəstəkar Sami Yusuf cəbhə xəttində həyata keçirilən əks-hücumlarla əlaqədar Azərbaycan Ordusuna növbəti dəfə dəstəyini ifadə edib. Sputnik Azərbaycan xəbər verir ki, müğənni özünün "Instagram" səhifəsində video paylaşaraq "Azərbaycan I love you. Yaşasın Azərbaycan!" deyib.

Qeyd edək ki, Azərbaycan əsilli dünyaca məşhur müğənni və bəstəkar Sami Yusuf cəbhə xəttində həyata keçirilən əks-hücumlarla əlaqədar dəfələrlə Azərbaycan Ordusuna dəstəyini ifadə edib: "Davamlı uğurlarınız, firavanlığınız və torpağınızın və suverenliyinizin qorunması üçün dua edirəm".

3
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Əlaqədar
Türkiyəli sənətçilər Qarabağda müharibəyə görə toylarını təxirə saldılar
Biz Qarabağda oyanmaq istəyirik - VİDEO
Sinan Akçıldan daha bir dəstək - "Daim yaşa, Azərbaycan" adlı mahnı bəstələyib
Rəzalət davam edir - Türk sənətkarları Qarabağda "öldürürlər"
İbrahim Tatlısəsdən kövrək addım: "Ölənədək yanındayıq, AZƏRBAYCAN!"
Yemək yeyən insanlar, arxiv şəkli

İaşə obyektlərində reyd: sıxlığa da əməl etməyiblər

5
(Yenilənib 22:30 27.10.2020)
Reyd keçirilən 42 ictimai iaşə müəssisəsində Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş qaydalara əməl olunmaması və kobud şəkildə pozulması faktları aşkarlanıb

BAKI, 27 oktyabr — Sputnik. Ölkəmizdə hərbi vəziyyətin elan olunduğu, eyni zamanda xüsusi karantin rejiminin davam etdiyi bir şəraitdə əhalinin sağlamlığı və təhlükəsizliyinin təmin olunması bizlərdən müharibə dövrünün şərtlərinə uyğun olaraq xüsusi yanaşma və məsuliyyət tələb edir. Xüsusilə, qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektləri xəstəliyin yayılmaması üçün əks-epidemik tədbirlərə ciddi riayət etməli, insanların sıx toplaşdığı ictimai iaşə müəssisələrində karantin rejiminin tələblərini daim diqqət mərkəzində saxlamalıdırlar.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən bu sahədə aidiyyəti qurumlarla birgə həyata keçirilən yoxlama-nəzarət tədbirləri zamanı, təəssüflər olsun ki, bəzi ictimai iaşə müəssisələrinin sahibləri və müştərilər tərəfindən bir sıra qaydalara əməl edilmədiyi aşkar olunur. AQTA-dan Sputnik Azərabycan-a verilən məlumata görə, agentlik tərəfindən ictimai iaşə müəssisələrində reydlər davam etdirilir. Belə ki, AQTA əməkdaşları tərəfindən 25-26 oktyabr 2020-ci il tarixində Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu, eləcə də koronavirus (COVID-19) yoluxmalarının artması müşahidə olunan şəhər və rayonlar (Gəncə, Şəki, Quba, Lənkəran, Şəmkir, Cəlilabad, Sabirabad) üzrə 697 ictimai iaşə obyektində 1281 monitorinq keçirilib. Sahibkarlıq subyektlərinə qida təhlükəsizliyi sahəsində qanunvericiliyin tələbləri izah edilib, icrası məcburi göstərişlər və maarifləndirici tövsiyələr verilib.

Reyd keçirilən 42 ictimai iaşə müəssisəsində Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş qaydalara əməl olunmaması və kobud şəkildə pozulması faktları aşkarlanıb. Aşkarlanmış faktlarla bağlı həmin müəssisələr barədə qanunvericiliyin tələbləri çərçivəsində inzibati tədbirlər görülüb.

Aparılan reydlər zamanı sahibkarlıq subyektlərində, əsasən, işçi heyətin və müştərilərin tibbi maskadan istifadəsinə nəzarət edilməməsi, həmçinin pandemiya dövründə ictimai iaşə müəssisələrinin qida qəbulu zallarında müştəri qəbulu zamanı adambaşına müəyyən edilən sıxlıq normalarına riayət olunmaması ilə bağlı nöqsanlar aşkarlanıb.

Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, qida qəbulu zallarında oturacaqların ara məsafəsi eyni masa arxasında 1 metrdən, masalararası məsafə isə 2 metrdən az olmamalıdır. Koronavirus (COVID-19) pandemiyası dövründə ictimai iaşə müəssisələrində müştəri qəbulu qüvvədə olan norma və qaydalardan 2 dəfə az olmalı və müvafiq olaraq, adambaşına müəyyən edilən sahə ikiqat artırılmalıdır.

5