Təhsil Nazirliyinin binası, arxiv şəkli

Nazirlikdən özəl məktəblərə xəbərdarlıq

89
(Yenilənib 18:57 18.09.2020)
Sosial şəbəkələrdə bəzi özəl ümumi təhsil müəssisələrində şagirdlərin həftədə 5 dəfə əyani şəkildə tədrisə cəlbi ilə bağlı fikirlər səsləndirilir.

BAKI, 18 sentyabr — Sputnik. Sentyabrın 15-dən ölkəmizdə 2020-2021-ci tədris ilinə start verilib. Pandemiya ilə əlaqədar olaraq, dərslər həm əyani, həm də distant (məsafədən) formada təşkil edilir. Müəyyən edilmiş qaydalara əsasən, I-IV siniflər tədris ilinə əyani və distant (məsafədən), V-XI siniflər isə distant formada başlayıb.

Bu barədə Sputnik Azərbaycan-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, 2020-2021-ci tədris ilində ümumi təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin karantin rejimində təşkili Nazirlər Kabinetinin müvafiq Qərarı əsasında həyata keçirilir. Belə ki, Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunun ümumi təhsil müəssisələrinin fəaliyyəti əyani olaraq həftədə 2 dəfə, digər şəhər və rayonlarda isə əyani formada həftədə 3 dəfə xüsusi tədris planlarına uyğun təşkil edilir.

Lakin sosial şəbəkələrdə bəzi özəl ümumi təhsil müəssisələrində şagirdlərin həftədə 5 dəfə əyani şəkildə tədrisə cəlbi ilə bağlı fikirlər səsləndirilir. Bildiririk ki, bu, Nazirlər Kabinetinin tədrisin təşkili ilə bağlı müvafiq qərarlarına riayət edilməməsidir. Təhsil müəssisələrində tədrisin təşkili ilə bağlı bütün məsələlər Təhsil Nazirliyinin nəzarətindədir və belə hallar təsdiqini taparsa, müvafiq şəkildə tədbirlər görüləcək.

89
Əlaqədar
Onlayn təhsil müəllimlərin əməkhaqqına necə təsir edəcək
Təhsil naziri intihara cəhd edən qıza baş çəkib
Ekspert: “Təhsil alanlar üçün internet tariflərində güzəştlər tətbiq edilməlidir”
Tələbələrə təhsil kreditlərində "yaşıl işıq" - İşləyib qaytaracaqlar
Ölkədə təhsil böhranı yaşanır, internet problemi isə hələ də həllini tapmayıb
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi

XİN: Ermənistan münaqişənin siyasi həllində maraqlı deyil

4
"Azərbaycanın dinc əhalisinə qarşı insanlıq əleyhinə cinayətin törədilməsinə görə Ermənistanın siyasi-hərbi rəhbərliyi tam məsuliyyət daşıyır"

BAKI, 27 oktyabr - Sputnik. Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsi Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Bərdə rayonunun atəşə tutulması barədə məlumat yayıb.

Sputnik Azərbaycan-ın xəbərinə görə, məlumatda bildirilir ki, 27 oktyabr tarixində Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Bərdə rayonuna “Smerç” yaylım atəşli reaktiv sistemdən atılan raket atəşləri nəticəsində 4 nəfər mülki şəxs, o cümlədən azyaşlı uşaq həyatını itirib və aralarında uşaqlar və qadınlar olmaqla 13 nəfər ciddi xəsarət alıb.

“Bu, son günlər ərzində beynəlxalq vasitəçilərin davamlı səyləri ilə üçüncü dəfə razılaşdırılmış humanitar atəşkəs rejimini kobud şəkildə pozan Ermənistanın beynəlxalq humanitar hüquq öhdəliklərini heçə sayaraq törətdiyi növbəti müharibə cinayətidir. İki ölkənin Xarici İşlər nazirlərinin Cenevrədə ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə keçirəcəyi görüşü ərəfəsində Ermənistan silahlı qüvvələri tərəfindən növbəti qanlı cinayətin törədilməsi, təcavüzkar Ermənistanın münaqişənin siyasi həllində maraqlı olmadığının və hər vəchlə danışıqlara maneə törətmək məqsədi güddüyünün bariz göstəricisidir.

Azərbaycanın dinc əhalisinə qarşı insanlıq əleyhinə cinayətin törədilməsinə görə Ermənistanın siyasi-hərbi rəhbərliyi tam məsuliyyət daşıyır. Cinayətkarların ədalət məhkəməsi qarşısında cavab verməsini təmin etmək üçün beynəlxalq ictimaiyyəti qəti mövqe sərgiləməyə çağırırıq”, - deyə məlumatda qeyd olunub.

4
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Əlaqədar
Hikmət Hacıyev: "Bərdəyə "Smerç"dən kasetli bomba atılıb"
Bərdədə erməni təxribatından ölənlərdən biri 7 yaşlı uşaqdır
Ermənilərin Bərdəni atəşə tutması nəticəsində ölənlərin sayı artdı
Bərdə atəşə tutuldu, ölənlər var - YENİLƏNİB - FOTO
Atəşkəs Tərtərə dinclik gətirmədi: Rayon dağıntılar içində qalıb – VİDEO
Samir Şərifov, arxiv şəkli

Ermənilər azərbaycanlı naziri hədəf aldılar

12
(Yenilənib 18:39 27.10.2020)
Maliyyə Nazirliyi xalqımızı bu kimi təxribatlara qarşı diqqətli olmağa, yalnız rəsmi mənbələrdən verilən məlumatlara inanmağa çağırır.

BAKI, 27 oktyabr — Sputnik. Əmanətlərin Sığortalanması Fondunun fəaliyyətinin dayandırılacağı və fond vəsaitlərinin dövlətin hərbi ehtiyaclarına yönləndiriləcəyi ilə bağlı Azərbaycan Respublikasının Maliyyə naziri Samir Şərifovun adından sosial şəbəkələrdə yayılan məktub saxtadır və Ermənistan tərəfinin növbəti uğursuz təxribatıdır.

Bu barədə Sputnik Azərbaycan-a Maliyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Qeyd edilib ki, Maliyyə Nazirliyi, nazir və nazirliyin hər hansı səlahiyyətli şəxsi tərəfindən bu barədə bəyanat və ya açıqlama verilməyib. Bu, döyüş meydanında aciz vəziyyətə düşən işğalçı ölkənin və onun havadarlarının Azərbaycanın informasiya məkanında təxribat törətməyə yönəlmiş növbəti uğursuz cəhdi kimi qiymətləndirilməlidir. Maliyyə Nazirliyi xalqımızı bu kimi təxribatlara qarşı diqqətli olmağa, yalnız rəsmi mənbələrdən verilən məlumatlara inanmağa çağırır.

12
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Əlaqədar
Şeyxdən II Qareginə irad: "Uşaqları hərbi savaşa çağırması..."
Ermənilərin Bərdəni atəşə tutması nəticəsində ölənlərin sayı artdı
İranın xüsusi elçisi Qarabağa görə Bakı, Moskva, Yerevan və Ankaraya səfər edəcək
Prezidentin köməkçisi: "İran, Rusiya və Türkiyənin iştirakı ilə Minsk qrupuna paralel..."
Ermənistan dinc əhalidən sonra ekoloji terrora keçib
Rusiyanın Xarici işlər naziri Sergey Lavrov

Lavrov Rusiyanın AŞ-nin sanksiyalarını cavabsız qoymayacağını bəyan etdi

0
(Yenilənib 18:42 27.10.2020)
Lavrovun sözlərinə görə, diplomatiyanın nə olduğunu unudan, bayağı kobudluq səviyyəsinə düşməkdən çəkinməyən qərbli həmkarlarının Rusiya əleyhinə hücumları Moskva tərəfindən cavabsız qalmayacaq

BAKI, 27 oktyabr — Sputnik. Avropa Şurasının (AŞ) Almaniya və Fransanın təhriki ilə Aleksey Navalnı məsələsinə görə Rusiyaya qarşı sanksiya tətbiq etməsi bu qurumun baş verənləri adekvat qiymətləndirə bilməməsindən xəbər verir. Sputnik Azərbaycan-ın RİA Novosti-yə istinadən yaydığı xəbər görə, bu fikri Rusiya Xarici İşlər naziri Sergey Lavrov səsləndirib.

Qeyd edək ki, oktyabrın 15-də Brüsselin altı Rusiya vətəndaşı və elmi-tədqiqat institutuna qarşı məhdudiyyət tətbiqinə Moskvadan cavab reaksiyası gözlənilirdi.

Berlin Baş Prokurorluğunun Navalnı ilə bağlı çoxsaylı müraciətlərə cavab verməkdən "təkəbbürlü şəkildə imtina etdiyini" xatırladan diplomatın sözlərinə görə, bununla da Almaniya Cinayət Məsələlərində Qarşılıqlı Hüquqi Yardım haqqında Avropa Konvensiyası üzrə öhdəliklərini yerinə yetirməyib.

"Almaniya və Fransa nümayəndələri bu beynəlxalq hüquqi sənədə hörmət etmək əvəzinə, AŞ-ni Rusiya vətəndaşlarına qarşı daha bir qanunsuz sanksiyanın tətbiqinə təhrik edirlər. Bütün bunlar təəssüf doğurur və açıq şəkildə Brüsselin özünü qanundan kənarda qoymaq istəyini nümayiş etdirir", – deyə Lavrov Xorvatiyanın "Veçerni List" qəzetinə verdiyi müsahibədə vurğulayıb.

Onun sözlərinə görə, diplomatiyanın nə olduğunu unudan, bayağı kobudluq səviyyəsinə düşməkdən çəkinməyən qərbli həmkarlarının Rusiya əleyhinə hücumları Moskva tərəfindən cavabsız qalmayacaq.

Diplomat onu da qeyd edib ki, Rusiyanın inkişafına mane olmaq məqsədilə səylərini ikiqat artıran Vaşinqton və Brüssel Moskvaya qarşı irəli sürdükləri ittihamlarla bağlı heç bir dəlil göstərməyiblər.

Lavrov avropalı tərəfdaşlarının dialoqu bərpa etmək üçün kifayət qədər sağlam düşüncəyə və uzaqgörənliyə sahib olduğuna ümid etdiyini bildirib.

0
Əlaqədar
Amerika Senatı Rusiyaya qarşı növbəti sanksiyaların tətbiqini tələb edib
Olimpiada və Navalnı skandalı
Toksikoloq: Navalnının "zəhərlənmə" diaqnozu təsdiqlənməyib
Navalnı Rusiyaya qayıtmağı planlaşdırır
Tramp Navalnı məsələsinə qoşulmaq istəmir