Maskada qadın, arxiv şəkli

"İşıqlar sönənə qədər işləyirik" - iri ticarət mərkəzində karantin oyunu

92
(Yenilənib 15:28 18.09.2020)
"İri ticarət mərkəzlərinin fəaliyyətinə elə bu səbəbdən icazə verilmir ki, yoluxma artmasın. Əgər bu gün hansısa iri ticarət mərkəzi bu tələbə əməl etməyib işə başlayıbsa, təbii ki, bu düzgün deyil"

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 18 sentyabr — Sputnik. Ölkəmizdə koronavirus pandemiyası dövründə iri ticarət mərkəzlərinin fəaliyyəti qadağan olunsa da, son günlər mediada "Binə" və "Sədərək" ticarət mərkəzlərinin gizli fəaliyyətinə dair görüntülər yayılıb. Həmin görüntülərdən bəlli olur ki, bu ticarət mərkəzləri qanunsuz olsa da, fəaliyyət göstərirlər. Hətta sözügedən ticarət mərkəzlərində sərbəst alış-veriş gedir.

Sputnik Azərbaycan koronavirus pandemiyası dövründə iri ticarət mərkəzlərinin fəaliyyətinin yoluxma sayına təsirini araşdırıb.

Səhiyyə Nazirliyinin baş infeksionisti Cəlal İsayev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, iri ticarət mərkəzlərinin fəaliyyətinin qadağan olunduğu dövrdə gizli fəaliyyət göstərməsi yolverilməzdir: "Bu qərar boş-boşuna verilməyib. İri ticarət mərkəzləri yoluxma riskinin ən çox olduğu yerlərdir. Bəzən deyirlər ki, restoranlara icazə verilibsə, iri ticarət mərkəzləri də işləməlidir. Bu yanaşma düzgün deyil. Restoranda 20 nəfər olur, iri ticarət mərkəzində isə yüzlərlə adam.

Kimin boş vaxtı varsa, ehtiyac oldu-olmadı üz tutur ticarət mərkəzinə. Bizim xalqımızın belə xüsusiyyəti var ki, iri ticarət mərkəzinə gedir ki, bəlkə, nəsə xoşuna gələn bir şey oldu, aldı. Bu isə koronavirusa yoluxmaya çox ciddi təsir edir. İri ticarət mərkəzlərinin fəaliyyətinə elə bu səbəbdən icazə verilmir ki, yoluxma artmasın.

Əgər bu gün hansısa iri ticarət mərkəzi bu tələbə əməl etməyib işə başlayıbsa, təbii ki, bu, düzgün deyil. Çünki orada insanların gigiyenik tələblərə əməl edib-etmədiklərini bilmirik. Əgər belə hal varsa, mütləq maska taxmalıdırlar. Sosial məsafə qorunmalıdır".

"Binə" Ticarət Mərkəzindən isə Sputnik Azərbaycan-a bildirdilər ki, burada mağazalar onlayn işləyir:" "Binə" Ticarət Mərkəzində mağazalar onlayn fəaliyyət göstərir. Hər mağazada bir nəfər onlayn satış sifarişlərini göndərmək üçün işə gəlir. "Binə" Ticarət Mərkəzi alıcılar üçün açıq deyil".

Amma "Binə" Ticarət Mərkəzində fəaliyyət göstərən mağazalardan bunun əksini bildirdilər.

"Binə" TM, sıra 7 a, korpus 4-də fəaliyyət göstərən "Lome-kids" mağaza 70-dən bizə bildirdilər ki, Ticarət Mərkəzi günorta saat 15:00-a kimi fəaliyyət göstərir: "Saat 15:00-dan sonra "Binə"də işıqlar söndürülür. Ona görə də həmin vaxta qədər fəaliyyət göstəririk".

Bu ticarət mərkəzindəki daha bir mağazadan - "Baqqozza" mağazasından da fəaliyyət göstərdiklərini söylədilər: "Əgər gəlmək istəyirsinizsə, saat 15:00-a qədər gəlin. Bizdən olsa, mağazanı axşama qədər açıq saxlayarıq. Amma saat 15:00-dan sonra işıqları söndürürlər. Qapıda soruşsalar, deyin, topdan mal almaq üçün gəlirsiniz. Amma maska taxın".

"Binə" Ticarət Mərkəzi sıra 5.3.11 ünvanında fəaliyyət göstərən "Azura butik"dən də mağazanın müştərilərin üzünə açıq olduğunu söylədilər. Bildirdilər ki, mağaza saat 15:00-a qədər açıqdır.

"Sədərək" Ticarət Mərkəzindən isə heç bir mağazanın işləmədiyi, ümumiyyətlə müştərilərin qəbul edilmədiyini söylədilər. Bu ticarət mərkəzində mebel satışı mağazasından da bildirdilər ki, ticarət mərkəzinə müştərilər buraxılmırlar: ""Sədərək" Ticarət Mərkəzinə müştərilər buraxılmırlar. ""Binə" işləsə də, bizə müştəri qəbul etməyə icazə vermirlər. Çünki "Sədərək" Ticarət Mərkəzinin sahibi başqa adamdır, "Binə" Ticarət Mərkəzininki başqa.

Amma məişət malları mağazasından Sputnik Azərbaycan-a bildirdilər ki, mağaza fəaliyyət göstərir:

"Buyurub gəlin, ticarət mərkəzinə yalnız avtomobillər buraxılmır. Maşınsız gələ bilərsiniz. Aldığınız malı bizim avtomobillə çıxardıb ünvana çatdıracağıq. Yaxşı, məsləhətli paltaryuyan maşınlarımız var. Münasib qiymətə də verərik".

Qeyd edək ki, Nazirlər Kabinetinin ölkədə tətbiq edilən karantin rejiminin qaydalarına dair Qərarına əlavə olaraq sərtləşdirilmiş xüsusi karantin rejimində Bakı, Sumqayıt şəhərlərinin və Abşeron rayonunun ərazisində iri ticarət mərkəzlərinin fəaliyyətinin dayandırılması qüvvədə saxlanılıb.

Bu gün isə məlum olub ki, "Sədərək" Ticarət Mərkəzi bazar ərazisində qanunsuz fəaliyyət göstərən sahibkarlarla bağlı xüsusi komissiya yaradılıb, üstəlik TM-in işıqları söndürülüb.

Dörd rayonun alış-veriş etdiyi bazar üç günlük bağlandı>>

Bu barədə Trend-ə açıqlamasında "Sədərək" TM İdarə Heyətinin müşaviri Mikayıl Qədimov deyib. Müşavir bildirib ki, hazırda ticarət mərkəzinin bütün giriş-çıxışları nəzarətə götürülüb: "Bu barədə ticarət mərkəzinin rəhbərliyi xüsusi qərar qəbul edib. Bazar ərazisində olan bütün mağaza və digər obyektlərə nəzarət gücləndirilib. Komissiya üzvləri mütəmadi olaraq bazarın ticarət aparılan ərazilərinə cəlb ediliblər. Bazardakı bütün alış-veriş mağazaları yoxlanılır. Ticarət üçün açıq olan obyektlər dərhal qapadılacaq və sahibkar barədə ciddi ölçü götürüləcək. Hazırda ticarət mərkəzində yalnız ofislərin fəaliyyətinə icazə verilib".

M.Qədimov bildirib ki, həmçinin bazarın alış-veriş mağazalarına elektrik enerjisinin verilişi də dayandırılıb:

"Bütün mağazalara elektrik enerjisinin verilişini dayandırmışıq. Hazırda heç bir alış-veriş mağazasında elektrik enerjisi yoxdur. Sahibkarlar yalnız onlayn alış-verişə görə obyektə daxil ola bilərlər. Həmin şəxslərə də müvafiq vaxt təyin edilir ki, onlayın sifarişlərini götürmək üçün mağazalarına daxil olub mallarını götürüb ərazini tərk etsinlər. Sahibkarlardan başqa nə satıcılar, nə də müştərilər girişdən buraxılmırlar. Giriş-çıxışlara müşahidə kameraları ilə nəzarət edilir. Əgər hər hansısa fakt aşkarlanarsa, cavabdeh şəxslər dərhal cəzalandırılacaqlar".

Ticarət mərkəzində yoxlamaların aparılması ilə bağlı yayılan məlumatlara gəlincə isə M. Qədimov bildirib ki, bu barədə məlumatlar həqiqəti əks etdirmir: "Ticarət Mərkəzində heç bir yoxlamalar aparılmır. Mərkəz və onun rəhbərliyi barədə yayılan məlumatlar həqiqəti əks etdirmir. Hazırda ticarət mərkəzində Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərar və tövsiyələrə uyğun olaraq dezinfeksiya işləri davam etdirilir, mərkəz fəaliyyətini bərpa etməsi üçün hazır vəziyyətə gətirilir".

92
Teqlər:
komissiya, elektrik enerjisi, , mağaza, qadağa, Sədərək Ticarət Mərkəzi, Binə Ticarət Mərkəzi, ticarət mərkəzi
Mövzu:
Azərbaycan karantində: nikbinlər, bədbinlər, xeyirxahlar və ixtiraçılar (373)
Əlaqədar
Azərbaycanda ən çox koronavirus aşkarlanan ərazi açıqlandı
Absurd qərarın söndürdüyü "yaşıl işıq" yandı, bəs adamları hotellərdən niyə çəkindirirlər?
Endirimlərlə bağlı reklamlar alıcıları çaşdırır
Pandemiyanın gətirdiyi daha bir bəla: Ərzaq bahalaşır
Saxta nişanlama: Onu edənlər də, belə malları alıb-satanlar da həbs ediləcək
Koronavirus testi, arxiv şəkli

Ön cəbhəyə yollanan hərbçilər COVID-19 testindən keçirilir?

8
(Yenilənib 00:19 23.10.2020)
Səfərbərlik Xidmətinə yola salınan hər bir əsgər COVID-19 testindən keçirilir. Cavablar mənfi olduqdan sonra onlara ordu sıralarına qatılmağa icazə verilir".

BAKI, 22 oktyabr — Sputnik. "Bu gün Səfərbərlik Xidmətinə yola salınan hər bir əsgər COVID-19 testindən keçirilir. Cavablar mənfi olduqdan sonra onlara ordu sıralarına qatılmağa icazə verilir".

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu AzTV-nin efirində yayımlanan "Gün başladı" verilişində qonaq olarkən Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Pərviz Abubəkirov deyib. O bildirib ki, cəbhəyə yollanan şəxslər arasında COVID-19-un yayılmasının qarşısının alınması istiqamətində qabaqlayıcı tədbirlər görülüb:

"Çağırışçılar, ön cəbhəyə gedən hər bir kəs sağlam olmalıdır. Çünki bu, çox ciddi məsələdir. Odur ki, bu istiqamətdə Nazirlik tərəfindən yoxlamalar gücləndirilib".

P.Abubəkirov onu da qeyd edib ki, hər ana öz övladını yola salarkən bağrına basmaq, qucaqlamaq istəyir, lakin mümkün qədər bu normalara riayət etmək lazımdır.

8
E-Təbib tətbiqi

TƏBİB-dən xəstələrə antibiotiklərlə bağlı xəbərdarlıq

13
(Yenilənib 22:59 22.10.2020)
"Xəstəliyin ilk simptomları üzə çıxan zaman bəzi insanlar özbaşına antibiotiklərdən istifadə edirlər" - TƏBİB.

BAKI, 22 oktyabr — Sputnik. Bəzən koronavirusa yoluxan gənc insanlarda da ağırlaşmalar ola bilər.

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Səhiyyə Nazirliyinin İctimai səhiyyə və sanitariya və epidemioloji nəzarət şöbəsinin müdiri Nəzifə Mürsəlova deyib. Onun sözlərinə görə, sağlamlıq vəziyyəti normal olan 82 yaşlı insanların da koronavirusdan sağalması mümkün olub:

"Amma hər hansı gəncin xroniki xəstəliyi varsa və başqa ağırlaşmalar qeydə alınarsa, onun səhhətində daha ciddi ağırlaşmalar baş verə bilər".

N.Mürsəlova qeyd edib ki, gənc insanlar arasında ağırlaşmalar müraciətin gec edilməsi səbəbindən baş verir.

İnsanları özünümüalicədən də uzaqlaşmağı məsləhət görən N.Mürsəlova deyib ki, xəstəliyin ilk simptomları üzə çıxan zaman bəzi insanlar özbaşına antibiotiklərdən istifadə edirlər: "Bu zaman isə xəstənin vəziyyətində yaxşılaşma deyil, əksinə pisləşmə baş verir. Bu halda da xəstəxanaya düşən xəstəyə reanimasion yardım lazım olur".

13
Армянская военная форма

Ermənistan son günlərdə hərbi əməliyyatlarda ölən hərbçilərinin siyahısını açıqlayıb

0
(Yenilənib 00:18 23.10.2020)
Ermənistan hökuməti oktyabrın 22-də Dağlıq Qarabağ münaqişəsində həlak olan hərbi qulluqçularının növbəti siyahısını açıqlayıb.

BAKI, 22 oktyabr - Sputnik. Ermənistan hökuməti oktyabrın 22-də Dağlıq Qarabağ münaqişəsində həlak olan hərbi qulluqçularının yeni siyahısını açıqlayıb.

Sputnik Azərbaycan Ermənistan KİV-lərinə istinadən xəbər verir ki, bugünkü siyahıda 26 nəfərin adı yer alıb.

Bu günədək Ermənistan tərəfinin açıqladığı itkilərin sayı 900 nəfərə çatıb.

Qeyd edək ki, qarşı tərəf itkilərinin sayını məqsədyönlü şəkildə gizlədir.

0
Əlaqədar
MN: Ermənistan rəhbərliyi cəbhədə verdiyi ağır itkiləri yaddan çıxarıb
Madagiz-Ağdərə istiqamətində ermənilərin itkiləri açıqlandı
Ermənistan ordusu ağır itkilər verməyə davam edir - VİDEO
İtkilər üzə çıxır? Ermənistan ordusunun əsgəri ölüb
"Ermənistanın verdiyi itkilər arasında xaricdən gətirilən muzdlular çoxluq təşkil edir"